Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Daha 5 `kosmetoloq` İFŞA OLUNDU
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Daha 5 `kosmetoloq` İFŞA OLUNDU

Daha 5 `kosmetoloq` İFŞA OLUNDU


Bu gün, 12:10
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU
Məlum olduğu kimi, ölkə qanunlarına əsasən təkcə həkimlər deyil, həmçinin kosmetoloqlar da rəsmi olaraq fəaliyyətləri üçün lisenziya almalıdır. Tribunainfo.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin bununla bağlı açıqlaması da var.
Orada qeyd edilir ki, lisenziyasız fəaliyyət göstərən şəxslər hüquqi məsuliyyət daşıyırlar və qanunla bu qadağandır.
Lakin ölkədə kosmetoloji və cərrahi xidmətlər göstərən yüzələr reklamla hər gün qarşıalşırıq. Bütün sosial şəbəkələri başına götürmüş bu reaklamlarda kimin qanuni, kimin qanunsuz çalışdığını müəyyən etmək çətindir.
Digər tərəfdən, istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Amma di gəl, bir çoxlarını azca araşdıran kimi, məlum olur ki, heç bir sənədi yoxdur. Hətta tibb kolecini qurtaran biri belə rahatlıq özünü həkim-kosmetoloq kimi təqdim edə bilər.
Tribunainfo.az bu məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Həmin araşdırma əsasında məlum olub ki, bir çox həkimlər sözügedən fəaliyyət növü ilə lisenziyasız məşğul olur. Onların sosial şəbəkələrdə paylaşımları, fəaliyyətləri barədə video-rolikləri də göz oxşayır. Di gəl, lisenziyaya malik olmaları barədə sualları ya cavabsız qoyur, ya da yayınırlar.
Tribunainfo.az-ın apardığı araşdırmalar zamanı bir neçə həkim-kosmetoloqun lisenziyasıa fəaliyyət göstərdikləri üzə çıxıb. Onlar kosmetoloqlar Nisə Mehdiyeva, Aygün Qurbanova, Sara Əlizadə, Firuzə Əliyeva və Nigar Həsənovadır.
Bu şəxslərə lisenziyalarının olmaması barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verməyiblər. Hətta bəziləri buna gərək olmadığını deyərək, “problemi rahatlıqla həll edə biləcəklərini” söyləyib.
Bizi isə maraqlandıran odur ki, insanlar qanuni fəaliyyət göstərməyən bu kosmetoloqlara niyə etibar edirlər? Bu yaxınlarda gənc bir qızın məhz biliksizlik və səhlənkarlıq səbəbindən dünyasını dəyişməsi belə bir çoxlarına ibrət olmur.
Yəqin ki, Səhiyyə Nazirliyi qeyd edilən şəxslərin məsələni araşdırıb, lazımi tədbir görəcək.

/Tribunainfo.az

Geri qayıt