ABEL MƏHƏRRƏMOVA QARŞI SƏRT İTTİHAMLAR
Tarix: 5-11-2012, 12:49 | Çap et
“HÜRRİYYƏT” QƏZETİ BDU REKTORUNU KORRUPSİYADA İTTİHAM ETDİ
Son günlər Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov barədə ölkə mediasında ilginc məlumatlar yayılıb. "Hürriyyət" qəzetinin yaydığı məlumatlara görə, bu gün Bakı Dövlət Universitetində yaşanan olaylar əslində bir neçə il öncə Azərbaycan Beynəlxal Universitetində (ABU) baş verən proseslərə bənzəyir. Burada yalnız fərq ondadır ki, son günlər Azərbaycanda mətbuat ulduzuna çevrilən ABU rektoru Elşad Abdullayevdən fərqli olaraq Abel Məhərrəmov vaxtında kürəyini daha möhkəm yerə dayayıb. Digər tərəfdən, E.Abdullayevdən fərqli olaraq A.Məhərrəmov mandat alveri zamanı da daha səxavətli olub, keçmiş həmkarı kimi 500 min manatın davasını aparmayıb. Üstəlik, onu deputat edənləri nəinki 5 ildə bir dəfə – seçkidən seçkiyə, hər zaman yada salıb, öz qazancından ona (onlara) hər zaman pay ayırmağı unutmayıb. Abel Məhərrəmov hətta BDU-nun müəllimləri üçün tikilən binanın ən yaxşı 3 mənzilini yüksək rütbəli məmurlardan birinə hədiyyə edib.
Odur ki, bu gün Abel Məhərrəmovun istər hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyində təmsil olunan bir şəxs kimi, istər də Milli Məclisin deputatı kimi “qılınc”ının dalı da kəsir, qabağı da. Məhz bu səbəbdən rektorun Bakı Dövlət Universitetini özünün şəxsi bazarına çevirməsinə, bu təhsil ocağında istədiyi “qanunları” tətbiq etməsinə rəsmi dairələrdən kimsə etiraz etmək cəsarətində bulunmur. BDU-nun daxilində rektora etiraz edənlər isə dərhal “vətən xaini” elan olunaraq universitetdən xaric olunur. Bu zaman həmin şəxsin elmi nailiyyətləri, Azərbaycan elminin inkişafına verdiyi töhfələr və s. qətiyyən nəzərə alınmır. Əslində, bununla A.Məhərrəmov BDU-dakı özbaşınalıqlarla daxilən barışmayan vicdanlı müəllimlərə də bir mesaj çatdırır ki, elm sahəsində ucaldığı zirvədən asılı olmayaraq ona etiraz edən kimsəyə güzəşt olunmayacaq. Məhz bu baxımdan universitetin əksər əməkdaşları işsiz qalmamaq naminə rektorun qanunsuzluqları qarşısında hələlik susmağa üstünlük verirlər.
Rektor müəllimlərdən rüşvət yığdırıb
Hazırda BDU-da Abel Məhərrəmovun ən çox etiraz doğuran əməllərindən biri onun müəllimləri atesstasiyadan keçirməsidir. Məlumat üçün qeyd edək ki, bu proses birbaşa rektorun nəzarəti altında baş verir və bu zaman çoxsaylı qanun pozuntularına yol verilir. Ən böyük qanun pozuntusu testdən keçməyən müəllimlərdən BDU-dakı işlərini itirməməyin qarşılığında 10 min manatdan 30 min manatadək rüşvət alınması olsa da, burada etiraz doğuran digər səbəblər də var. Məsələn, A.Məhərrəmov nəinki Azərbaycanda, o cümlədən dünyanın bir çox inkişaf etmiş ölkələrində tanınan, yüksək elmi dərəcələri olan insanları, əməkdar elm xadimlərini də atesstasiyadan keçməyə məcbur edir. Halbuki, həmin insanların biliyinə qiymət vermək BDU rektorunun və onun yaratdığı test komissiyası üzvlərinin səviyyəsini aşan məsələdir. Lakin A.Məhərrəmov tamamilə elmdən uzaq, təhsil sisteminə yad olan test sualları tətbiq etdirməklə atesstasiyadan keçə bilməyən müəllimləri sındırmaq, onlardan rüşvət toplamaq üçün zəminlər hazırlayır. Qəzetin əldə etdiyi məlumata görə, rektorun bu fırıldağını başa düşən bir qrup müəllim işindən azad edilmək bahasına da olsa, sözügedən imtahanda iştirak etməyib. Bəzi müəllimlər isə imtahanda yüksək bal toplasa da, Abel Məhərrəmovun qanunsuz əməllərinə etiraz əlaməti olaraq BDU-nu könüllü şəkildə tərk ediblər.
BDU-da növbəti “Məhəmməd İmanlı”
Oxucuların diqqətinə çatdıraq ki, iki ay öncə BDU-da artıq belə bir imtahan keçirilib və bu zaman keçid balını toplaya bilməyən məllimlərdən külli miqdarda rüşvət toplanıb. Belə ki, universitetdəki etibarlı mənbənin verdiyi məlumata görə, hələ imtahandan öncə rektorun yaxın adamları test suallarının cavablarını satışa çıxarıblar. Bildirilir ki, A.Məhərrəmov bu işi Fizika-riyaziyyat elmləri namizədi, BDU-nin Maddə quruluşu kafedrasının professoru Məmməd Məmmədova həvalə edib: “Abel Məhərrəmovun yaxın qohumu Məhəmməd İmanlı həbs olunandan sonra Məmməd Şıxəli oğlu onun “sağ əli” olub. Test suallarının cavabı da Məmməd Məmmədovun vasitəsilə satılıb”.
Mənbə bildirir ki, bu məsələdə M.Məmmədov tək olmayıb. Onun sözlərinə görə, tədris işləri üzrə prorektorun müavini, dosent İsabal Qurbanov və tədris hissəsinin rəisi, 67 yaşında namizədlik müdafiə edən İbad İbadov da BDU-dakı “rüşvət şəbəkəsi”nin aktiv üzvlərindəndir. “Abel Məhərrəmova verilən rüşvət məhz həmin şəxslərin əlindən keçir”, – deyə mənbə vurğulayır. Maraqlıdır ki, BDU-da müəllimlərdən yığılan rüşvət də ikipilləli prinsip üzrə həyata keçirilir. Belə ki, hansısa müəllim testdən keçmək üçün öncədən test suallarının cavabını almağın, yaxud da sonradan topladığı balın yüksək yazılmasının qarşılığında verilən rüşvətlə canını qurtarmır. A.Məhərrəmov bu məsələdə dekanlar üçün də “çörək pulu” yeri qoyub. Məlumata görə, testdən keçən müəllim çalışdığı kafedranın dekanına da rüşvət verib belə bir arayış almalıdır ki, həqiqətən də o, BDU-da dərs deməyə layiqdir və bir müəllim kimi heç zaman auditoriyada kənar fəaliyyətlə məşğul olmayıb, dərslərində davamiyyətli olub və s. Rektorun göstərişinə əsasən, belə bir arayış almayan müəllimlərin universitetdə çalışması mümkün deyil.
30 min manata kafedra müdiri
Mənbə onu da bildirdi ki, Abel Məhərrəmov bu yaxınlara qədər Kamal Abdullanın rəhbərlik etdiyi Slavyan Universitetində rektorun köməkçisi kimi çalışan bir xanımı BDU-da kafedra müdiri təyin edib. Həmin xanımın rektorun bu comərdliyinin qarşılığında 30 min AZN ödədiyi qeyd olunur. Hətta bir neçə il öncə Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetindən rüşvət aldığı üçün qovulan Bəylər Hacıyevin də hazırda rüşvət hesabına BDU-da “İngilis dili” kafedrasında çalışdığı qeyd olunur. Yeri gəlmişkən, sözügedən kafedranın müdiri Abbas Abbasovun da daxili nizamnaməyə zidd olaraq artıq 7-ci dəfədir ki, bu vəzifəyə seçildiyi (təyin olunduğu) bildirilir. Məlumata görə, bütün bunlar məhz rüşvət hesabına mümkün olur.
Universitetdə “ailə ansamblı”
Araşdırmamız nəticəsində o da bəlli oldu ki, YAP-ın Siyasi Şura üzvü, Milli Məclisin deputatı olan A.Məhərrəmov rəhbərlik etdiyi universitetdə də 4 vəzifənin sahibidir. O, BDU-nin rektoru olmaqla yanaşı, həm də universitetdə kafedra müdiri, laborant və müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda, onun ailə üzvlərindən, qohum-əqrabasından da BDU-da onlarla şəxsin çalışdığı bildirilir. Məsələn, rektorun qardaşı Amil Məhərrəmovun eyni vaxtda iki vəzifədə – “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri və “Beynəlxal münasibətlər və hüquq” kafedrasının isə dekan müavini vəzifəsində çalışdığı qeyd olunur.
Məlumata görə, rektor bu yaxınlarda öz qızı üçün Bakı Dövlər Universitetində yeni “Torpaqşünaslıq” kafedrası da yaradıb. Hansı ki, hazırda həmin kafedraya məhz A.Məhərrəmovun qızının rəhbərlik etdiyi vurğulanır. O cümlədən, rektorun baldızının Daşqın adlı kürəkəni, onun həyat yoldaşı və qızlarının da indi BDU-da çalışdığı deyilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02 |
|
|
|
• Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42 |
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
• Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04 |
|
|
|
• “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59 |
|
|
|
• Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56 |
|
|
|
• Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44 |
|
|
|
• Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33 |
|
|
|
• Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27 |
|
|
|
• Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08 |
|
|
|
• Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04 |
|
|
|
• 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57 |
|
|
|
• Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53 |
|
|
|
• Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51 |
|
|
|
• Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48 |
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
|