Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI...
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI...Dünən, 11:42 |
![]() Quba rayon Alpan kənd sakini Rəsulov Xaləddin Ələddin oğlunun yeni inşa olunan fərdi yaşayış sahəsi rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb. Sfera.az-a müraciət edən X.Rəsulovun dediyinə görə, çıxarış alınan xüsusi mülkiyyətində olan 4 sot torpaq sahəsində fərdi yaşayış sahəsi tikilib. Evin tikintisinin başa çatmasına və dam örtüyünün vurulmasına baxmayaraq tikili icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb. Quba rayon sakininin sözlərinə görə, 25.10.25-ci il tarixində rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudovun göstərişi ilə bildiriş verilərək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən protokol yazılıb və 500 manat cərimə olunub. Üç gün sonra, yəni 28.10.2025-ci il tarixində heç bir məhkəmə və Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi olmadan ev sökdürülüb. Rayon sakini üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Prezidentinə şikayət məktubu da ünvanlayıb: "Cənab Prezidentə bu barədə müraciət etdikdən sonra İ.Mahmudov məhkəmə və FHN-dən köhnə tarixlə qərar almaq istəsə də, bu mümkünsüz olub. Çünki protokol və bildirişi başqa tarixə dəyişməsi mümkün olmayıb. Çarəsiz qalan İ.Mahmudov 28.10.2025-ci il tarixində sökdüyü evə özünü müdafiə üçün 31.10.25-ci ildə, yəni söküntüdən 3 gün sonra FHN-nə tədbir görülməsi üçün müraciət edib. FHN isə söküntüdən 23 gün sonra 20.11.25-ci il tarixində olmayan tikinti üçün sənədləşməsinə 6 ay vaxt verərək dayandırma qərarı qəbul edib". Rayon sakini üzləşdiyi vəziyyətlə əlaqədar Respublika Baş Prokrorluğana müraciət edib. Lakin bu müraciət cavabsız qalıb: "Belə ki, müraciətdən 76 gün sonra Quba rayon prokuroru sifarişli qərar verir. Qərara əsasən, evi Quba rayon icra hakimiyyəti yox, vətəndaş özü söküb. İnzibati məhkəməyə müraciət olunsa da, Quba icra hakimiyyətindən heç kim məhkəmə prosesində iştirak etməyib, məhkəməyə hörmətsizlik edib". Geri qayıt |