Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ

Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ


Bu gün, 11:43
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ
Naxçıvan Su Meliorasiya İdarəsi Bakının tabeliyinə keçdikdən sonra işçilərin maaşları azaldılıb. Bu barədə "Gündəlik Naxçıvan"a idarənin bir qrup əməkdaşı məlumat verib. Onların sözlərinə görə, yanvar ayından etibarən işçilər vəzifələrinə uyğun olaraq 50-100 manat az maaş alırlar.
İşçilərin bildirdiyinə görə, rəhbərlik maaşların kəsilməsini büdcə kəsirinin bərpası ilə izah edib. Lakin əməkdaşlar bunu haqsızlıq hesab edirlər.
İdarə əməkdaşı B.M. bildirir ki, maaşlarının azaldılması onsuz da ağır olan maddi vəziyyətlərini daha da çətinləşdirib:
"Hər yerdə maaş qalxır, təkcə Naxçıvanda kəsirlər. Onsuz da aldığımız maaşla dolanmaq mümkün olmurdu, ayın sonuna birtəhər çatırdıq. Ümid edirdik ki, idarənin Bakının tabeliyinə verilməsi maaşlarımızı artıracaq. Amma tam əksi oldu. Mən 4 uşaq böyüdürəm, maaşım onların ehtiyaclarının heç yarısını da ödəmir. Bundan sonra nə edəcəyimizi bilmirik. Xüsusilə, sutkalıq işləyənlərin maaşı daha çox azaldılıb."
Maaşı azaldılan işçilər bildirirlər ki, şikayət edənlər işdən çıxarılmaqla təhdid olunur:
"Soruşuruq ki, niyə maaşlarımızı kəsirsiniz, deyirlər ki, istəmirsənsə, ərizə yaz çıx. Bir az artıq etiraz edəni isə işdən qovmaqla hədələyirlər. Bizim banklara, dükanlara borcumuz var. 50-100 manat bizim üçün böyük puldur. Bu insafsızlıqdan başqa bir şey deyil. Biz kasıb fəhlələrin pulunu yeməyə necə əlləri gəlir, anlamaq olmur."
İdarə bir müddət öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə birləşdirilib.

Geri qayıt