
"Ailə tipli məktəbəqədər təhsil" layihəsi tamamilə uğursuz bir layihədir. Azərbaycanda hələ yolavermə diaqnostik qiymətləndirmə keçirilib. Sertifikasiya olunmayıb.
Normal bir proqram çıxarılmayıb, heç bir dərslik yoxdur, müəllimlərin çoxu ibtidai sinif müəllimləri və ya müəllimliklə yaxından-uzaqdan əlaqəsi olmayanlardır. Əksər yerlərdə binalar yararsız haldadır, tərbiyəçilər və dayələr uşaqlarla çox kobud rəftar edir, müdirlər 99 % məktəbəqədər ilə əlaqəsiz, bağçaya ayrılan maliyyə, bağça üçün göndərilənlər hamısı müəllim, müdir və müdir köməkçilərinin ya evində olur, ya da xüsusi dükanla anlaşıb satıb pulunu götürürlər.
Tərbiyəçilərin kurikulumdan xəbəri yox, müdirlərin metodik anlayışı yox. Bütün bunlar azmış kimi təhsilə bu qədər maliyyə ayrıldığı vaxtda, bu qədər ciddi bir məsələdə belə bir layihə bəlkə də ən biabrçı, hətta utanılacaq bir qərardır. Uşaqların ilkin tərbiyəsi, ilk sosiallaşması, cəmiyyətə ilk addımları, şəxsiyyətin ilk cücərtiləri kiminsə vicdanına, insafına buraxıla bilməz.
Bu layihə MİQ imtahanına ziddir, bu qədər MİQ imtahanına hazırlaşan müəllimlərin başına açılan oyunlara qarşılıq bu ədalətsizlikdir. Bu layihə Sertifikasiyaya ziddir. Bir tərəfdən müəllimləri guya çıxdaş edib yaxşıları saxlamağa çalışırlar, illəri, təcrübəsi, çəkdiyi əziyyətlər heçə sayılır, bir tərəfdən də təhsili olmayan, peşəkar olmayanları təlimlərlə peşəkar edəcəklərini iddia edirlər. Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz!
Qeyd edək ki, 2024-cü ilin dekabr ayından etibarən “Ailə tipli məktəbəqədər təhsil” layihəsi 16 rayonda fəaliyyətə başlayıb. Layihə çərçivəsində 293 məktəbəqədər yaşlı uşaq üçün təhsilə əlçatanlıq təmin edilib və 36 ana-tərbiyəçi prosesə cəlb olunub.
/tehsilmedia.az