Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                 

QARDAŞININ QATİLİNİ MƏHKƏMƏ...
Tarix: 15-10-2012, 09:23 | Çap et
QARDAŞININ QATİLİNİ MƏHKƏMƏ...
...QONŞUSUNU İSƏ ƏHƏD ƏLİYEV CƏZALANDIRIB

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Əhəd Əliyev cavab verib. Təqsirləndirilən şəxs həmyerlisi Zöhrab Allahverdiyevi qətlə yetirməkdə təqsirləndirilib. Məhkəmə yolu ilə müəyyən edilib ki, Ə.Əliyev uzun illər bundan əvvəl həmyerlilərinə qoşularaq Rusiyaya üz tutub. Xeyli müddət Sankt-Peterburqda yaşayıb və ilk vaxtlar alverlə məşğul olub. Bir qədər sonra Əhədin işləri tədricən qaydasına düşüb. Bu hal 2000-ci ilin əvvəllərinə qədər davam edib və həmin vaxt Əhəd narkotik vasitələrin alverinə görə həbs edilib. 2006-cı ildə həbsxana həyatını başa vurandan sonra Salyana qayıdıb. Ancaq doğulduğu rayonda çox az azadlıqda yaşaya bilib. Əhədin növbəti dəfə məhkum olunmasına səbəb isə qətlə yetirilmiş qardaşı Niyaməddinin qisasını alması olub.

Belə ki, 2009-cu ilin fevral ayında Niyaməddinin qətlə yetirilməsi xəbəri yayılanda Əhəd qohumlarıyla birlikdə hadisə yerinə yollanır. Qan gölməçəsində olan 22 yaşlı qardaşının meyiti qarşısında and içir ki, tezliklə onun qatillərini tapıb bu qanın qisasını alacaq. Hadisə ilə əlaqədar Niyaməddinlə şərikli çayxana işlədən Eldar Səfərov şübhəli şəxs qismində həbs edilib. Lakin hadisədən bir müddət sonra Əhəd qardaşının qətlində Eldardan yox, qonşuluqlarında yaşayan Zöhrab adlı gəncdən şübhələnir. Buna görə də sonuncu ilə haqq-hesab çəkməyi qərara alır. Bu arada Əhəd təsadüfən eşidir ki, Zöhrab özünə iş axtarır. Zöhrabgilə gələrək ona Bakıda iş tapdığını bildirir. Əhədin planından xəbərsiz olan Zöhrab sentyabrın 26-da ona qoşularaq Bakıya gəlir.

«Sənin başın xarabdır, qardaşını öldürən çoxdan tutulub»

Məhkəmədə ifadə verən təqsirləndirilən Ə.Əliyev bildirib ki, Zöhrabı Bakıya gətirməmişdən əvvəl Bakıya gələrək Biləcəridə ev kirayələyib. Zöhrabla Bakıya gələndə də yolda ona təklif edib ki, bir müddət kirayələdiyi evdə onunla birgə qala bilər. İşi düzələndən sonra isə Zöhrab özünə ev tutub oraya köçə biləcək. Zöhrab da buna görə Əhədə təşəkkürünü bildirib. Danışdıqları kimi də olub. Zöhrab Bakıda Əhədin kirayələdiyi evdə onunla birlikdə qalıb. Bir neçə gün belə keçib. Sonra Zöhrab maraqlanıb ki, tikintidəki iş nə yerdə qalıb. Əhəd isə bildirib ki, darıxmasın hər şey düzələcək. Əslində isə Əhəd ondan hansı yolla qisas almaq barədə fikirləşirmiş.

Oktyabrın 9-da isə onlar yenə də birlikdə evdən çıxıb və şəhərə gələrək xeyli gəzib dolaşıblar. Əhəd onu aldadıb ki, tikintidə iş söz verən adamla görüşməlidirlər. Onlar axşama qədər birlikdə şəhərdə gəzib-dolaşırlar. Onlar həmin gün axşam saat 20 radələrində 8-ci mikrorayon ərazisindəki kafelərdən birinə gəliblər. Şam edərkən birlikdə araq da içiblər. Onlar iki saata yaxın kafedə yeyib-içəndən sonra hesabı ödəyib küçəyə çıxıblar. Kafedən çıxanda artıq hava qaralıb və yağış yağırmış. Kafedən bir qədər aralandıqdan sonra Əhəd birbaşa mətləbə keçib. O, sakitcə Zöhrabdan soruşur ki, "Zöhrab, kişi kimi düzünü de, qardaşımı niyə öldürdün?". Əhədin qəfil sualından Zöhrab karıxır: «Qəfil sualımdan Zöhrab karıxdı, dedi ki, başa düşmədim, nə dedin? Mən sualımı bir də təkrarladım. Zöhrab dedi ki, "sənin başın xarabdır, qardaşını öldürən çoxdan tutulub, bu gün - sabah da məhkəməsi olacaq". Mən ondan bir daha soruşdum ki, qardaşımı niyə öldürmüsən? Sənə borcu var idi? Nəyi bölüşdürə bilmədiniz ki? Zöhrab yenə and-aman elədi ki, "Niyaməddini mən öldürməmişəm, bunu arvadlar özlərindən uydurub yas məclisində danışıblar. Anam da eşitmişdi, gəlib evdə mənə dedi ki, arvadlar danışır ki, guya Niyaməddini Zöhrab öldürüb. Ancaq sən buna inanma».

«Səhərisi gün polislər evimizə gəlib məni həbs etdilər»

Artıq hövsələsi daralan Əhəd düşündüyü planı reallaşdırmaq istəyir: «Başa düşdüm ki, onsuz da Zöhrab boynuna almayacaq. Cibimdən bıçağı çıxarıb sinəsinə bir dəfə zərbə vurdum. Zöhrab sinəsini tutub yerə yıxıldı. Mən oradan uzaqlaşdım. Gecəylə yol maşınına minib Salyana qayıtdım. Evdəkilərə heç nə demədim. Səhərisi gün polislər evimizə gəlib məni həbs etdilər. Polis şöbəsində bildim ki, Zöhrab keçinib».

Məhkəmədə zərərçəkmiş qismində Zöhrab Allahverdiyevin atası Qurban Allahverdiyev dindirilib. O ifadəsində göstərib ki, Əhəd Əliyevlə qonşudurlar. Oğlu Zöhrab Əhədin qardaşı Niyaməddinlə dostluq edib. Niyammədinin ölümü Zöhraba da pis təsir edib. Qətldən bir gün sonra Eldar Səfərov həbs edilib. Bir müddət sonra Əhəd Zöhraba Bakıda iş tapdığını bildirib. Onlar sentyabr ayının sonunda birlikdə Bakıya yola düşüblər. Lakin bir neçə gün sonra məlum olub ki, Əhəd Zöhrabı Bakıda qətlə yetirib.

Onu da bildirək ki, Niyaməddinin ölümündə təqsirləndirilən Eldar Səfərovun da məhkəməsi keçirilib və Eldar Səfərov qətl törətdiyini etiraf edib. Səbəb kimi isə onu göstərib ki, Niyaməddinlə şərik çayxana işlədirlərmiş və son vaxtlar Niyaməddinin şərikli qazandıqları pulları mənimsədiyini başa düşüb. Bir neçə dəfə Niyaməddinə xəbərdarlıq etsə də faydası olmayıb. Bu səpgidə aralarında mübahisə baş verib və Niyaməddin Eldarın valideynlərinin ünvanına söyüşlər söyüb. Bundan qəzəblənən Eldar da Niyaməddini qətlə yetirib. Beləliklə də, Zöhrab Allahverdiyev törətmədiyi cinayətin qurbanına çevrilib.

Məhkəmənin hökmü ilə Əhəd Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru