Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > "Hər bir Azərbaycan türkü kimi mənim üçün də Bahar bayramı əzizdir"
"Hər bir Azərbaycan türkü kimi mənim üçün də Bahar bayramı əzizdir"18-03-2025, 11:15 |
![]() Amerikada yaşayan məşhur müğənni Elariz Məmmədoğlu Bahar bayramını uzaq ölkədə belə böyük coşqu və sevgiylə qeyd etməyə davam edir. Doğma Vətəndən uzaqda olsa da, Novruz ənənələrini yaşatmaq və konsertləri ilə bayram ovqatını paylaşmaq üçün səhnəyə çıxır. Tanınmış müğənni Novruz bayramı ilə bağlı təəssüratlarını Yenisabah.az-la bölüşüb. O, fəaliyyətini ABŞ-da davam etdirdiyini qeyd edib: "Hər bir Azərbaycan türkü kimi mənim üçün də Bahar bayramı əzizdir. ABŞ-də bu il də əvvəlki illər kimi Bahar konsertlərinə dəvət almışam. Kaliforniya, Texas, Nyu-York, İndiana ştatlarında konsertlərim təşkil olunub. Biletlər artıq satılıb. Şəkərbura, paxlava, qoğal, səməni, rəngli yumurtalar, rəngli şamlar Amerikada da bayram atributu kimi mütləq tədarük olunur. Amerikada Bahar bayramı süfrəmiz Azərbaycandakı kimi olur. Digər insanlardan fərqli olaraq, mən — Elariz Məmmədoğlu bayramlarda çalışıram, iş başında oluram, konsertlərimdə oxuyuram. Digər xalqlar bizim bu gözəl bayrama həsəd aparırlar. Uşaqlıqdan bayramı qeyd edirik. Bahar bayramı ilə bağlı uşaqlıq xatirələrim var, amma gələndə danışaram. Ən çox tonqal üstündən atlanmaq üçün darıxıram. Azərbaycanda olsaydım, bakılı olmağıma baxmayaraq, builki Bahar bayramını Xankəndidə qeyd edərdim". Qeyd edək ki, “Green Card” (Yaşıl kart) qazandıqdan daimi yaşayış üçün Azərbaycandan köçən populyar müğənni orada da yaradıcılıq fəaliyyətini davam etdirir. Elariz Məmmədoğlu 2019-cu ildən ABŞ-a köçüb orada yaşayır. Geri qayıt |