Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Atama adı və soyadı internatdakı müəllimi verib, ona atalıq edib”
Əsas Səhifə > Şou-biznes > “Atama adı və soyadı internatdakı müəllimi verib, ona atalıq edib”

“Atama adı və soyadı internatdakı müəllimi verib, ona atalıq edib”


Dünən, 11:12
“Atama adı və soyadı internatdakı müəllimi verib, ona atalıq edib”
“Bilirsiniz ki, atam internatda böyüyüb. O bu haqda bizə çox danışmazdı. Çünki danışanda gözləri dolurdu, sanki o biri dünyanı görüb gəlirdi. Həmişə də deyirdi ki, siz çox bəxtəvər və xoşbəxt insansız. Atanız da yanınızdadır, ananız da. Amma mən yazıq nə ata görmüşəm, nə də ki, ana. Bu sözləri həqiqətən biz övladlarına da çox pis təsir edirdi. Çalışırdıq ki, onun başını qataq, tək qoymayaq ki, nəsə pis bir şey düşünməsin. Bəlkə də atam komediya aktyorluğunu elə bu səbəbdən seçmişdi ki, insanlara gülüş bəxş etsin. Hər zaman kimsəsizlərə, tək-tənha yaşayan insanlara kömək edirdi. Hətta bir-neçə kimsəsiz, ahıl qadının evini dostlarının köməyi ilə özü təmir etmişdi. Gülüş, sənət onu bir anlıq da olsa dərd-qəmdən, bütün problemlərdən azad edirdi”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib. O daha sonra əlavə edib:

“Atamın Sübhan Quliyev adında bir dostu var idi. O da ötən il rəhmətə getdi. Həmin şəxs danışırdı ki, 1961-ci ildə atamın yanına internata gedib. Atam ona yaxınlaşıb və söhbət etmək üçün icazə alıb. O atamdan adını soruşanda deyib ki, bilmirəm. Atam deyirdi ki, adım, soyadım olmadığı üçün mənə pioner qalstuku da vermirdilər. Orada bir Əli müəllim olub. Həmin müəllim atama Arif adını, dostu Sübhanın Quliyev soyadını verib. Ona atalıq edib. Atam uzun illər yatmağa yer, yeməyə çörək tapmayıb. Atam onsuz da qardaşım Fəridin ölümündən sonra özünə güc-bəla ilə gəlib, toparlanmışdı. Atamı itirdiyim gün dünya başıma yıxıldı, mənim üçün indi də çox ağırdır. O evin bütün yükünü, ağırlığını öz çiyinlərində çəkirdi. Təzə-təzə yoxluğunu heç qəbul etmirdim. Öz-özümə deyirdim ki, ata, bizi niyə qoyub getdin?” deyə sənətkarın oğlu bildirib.

Geri qayıt