Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Əsas Səhifə > Şou-biznes > “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”

“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”


Bu gün, 07:11
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
“Güclü olmaq əlbəttə ki, çox çətindir. Amma xanımlarımız son zamanlar güclü olmağı seçirlər. Çünki düşünürlər ki, güclü olsalar onları heç kəs incidə bilməz, heç kəsdən asılı ola bilməzlər. Amma mən qadınların güclü yox, xoşbəxt olmağını istərdim. Xanımlara “Siz güclüsüz?” sualının yerinə, “siz xoşbəxtsiz?” sualını ünvanlasınlar. Bu daha məntiqli olardı. İstərdim ki, bütün qadınlarımız xoşbəxt olsunlar. Amma həyat şərtləri elədir ki, biz güclü olmağa da məcburuq”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Zümrüd Qasımova deyib. O daha sonra “Niyə aktrisaların həyatı hər zaman alınmır?” sualına cavab verib:

“Ümumiyyətlə nəinki aktrisalar, son zamanlar qadınlarımız daha sərbəst olmaq istəyirlər. Düşünürlər ki, tək olsalar daha güclü olarlar. Onlar üçün həyat daha rahat olar. Amma mənə elə gəlir ki, hər bir qadının onun qayğısını çəkə biləcək, yanında dura biləcək, onu sevgi ilə əhatə edə biləcək bir bəyə ehtiyac var. Mən düşünmürəm ki, təkcə aktrisaların həyatı alınmır. Əksinə bizim məmləkətdə aktrisalarımız daha rahat həyat qururlar və xoşbəxt olurlar. Nəinki başqa ölkələrdə. Bizdə çox gözəl, nümunəvi sənət ailələri var. Bu fərddən asılı bir şeydir” deyə o bildirib.

Aktrisa bildirib ki, indi nəinki sənət adamları, adi insanlar da şan-şöhrətli olmaq istəyirlər:

“Bu artıq trend halını alıb. Həqiqətən də son zamanlar baxırsan ki, adi xanımlar aktrisalarımızdan daha gözəl geyinirlər, daha çox gündəmdədirlər. Sosial şəbəkələr də buna imkan yaradır. Daha çox da tiktok. Hər kəsin evində bir televizoru və kanalı var. Hər kəs öz reklamı ilə məşğuldur. Adi xanımlar aktrisalardan daha çox gündəmdədirlər. Hamı ulduz xəstəliyinə tutulub. Hamı məşhur, gündəmdə olmaq istəyir. Bəzən bunları görəndə deyirəm ki, qoy bir az kənarda qalım. Çünki belə gündəmdə olmaq istəməzdim. O vaxtı hər şey bu qədər rahat və əlçatan deyildi. Bir az fərqli idi. 20 il bundan öncə. Həm də aktrisaların əksəriyyəti fotosessiya, çəkiliş etmək üçün böyük maddiyat ödəməli idilər. Aktrisaların qazancı da çox cüzi olduğuna görə istədikləri məbləği özlərinə xərcləyə bilmirdilər. Çünki bizdə industriya balaca olduğuna görə, kifayət qədər film və seriallar çəkilmədiyinə görə aktrisaların qazancı ancaq teatrdan olur. Ona görə də istədikləri kimi özlərini reklam edə bilmirlər. Bu da əlbəttə ki, çətinliklər yaradır” deyə Zümrüd Qasımova bildirib.
Geri qayıt