Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Aygün Kazımova küsülü olduğu müğənni ilə barışdı
Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova küsülü olduğu müğənni ilə barışdı

Aygün Kazımova küsülü olduğu müğənni ilə barışdı


10-03-2014, 11:17
Aygün Kazımova küsülü olduğu müğənni ilə barışdı
Xalq artisti Aygün Kazımova küsülü olduğu əməkdar artist Abbas Bağırovla barışıb.

Axşam.az-ın “Onlar” verilişinə istinadən məlumatına görə, cütlüyün barışığı 8 Mart günü 106.3 FM-də yayımlanan “Muleyli” şousunda baş tutub. A.Bağırov Aygün Kazımovanın qonaq olduğu canlı efirə telefonla bağlanaraq onun ünvanına xoş sözlər bildirib:

“Aygün xanımın gördüyü işləri sözlə demək olmur. Onu hamı görür, işlərinə bələddir. Onu tərifləməyəcəyəm. Mənim sizə qarşı bir simpatiyam olub. Estradada sayılıb-seçilən, zövqlü xanımlardansan”.

A.Kazımova isə ona cavab olaraq bunları deyib:

“Aramızda elə böyük buzlar yox idi. Sadəcə, insanın sevdiyi biri ilə arasında kiçik anlaşmazlıqlar mənfi təsir edir. Qəlbimizdə kin yoxdur, arada gəzən söz-söhbətlərdir. Hər zaman sevən, bərabər olan insanlar arasında belə şeylər olur. Gözəl gündə bu da çözüldü”.



Geri qayıt