Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Şuşa mənim qəlbim və nəfəsimdir"
Əsas Səhifə > Şou-biznes > "Şuşa mənim qəlbim və nəfəsimdir"

"Şuşa mənim qəlbim və nəfəsimdir"


4-11-2020, 15:01
"Şuşa mənim qəlbim və nəfəsimdir"
Əməkdar artist Zöhrə Abdullayeva verilişlərin birində maraqlı açıqlama verib.

BiG.AZ xəbər verir ki, müğənni erməni terrorçuları tərəfindən işğal olunan, doğulub, boya-başa çatdığı Şuşa şəhəri ilə bağlı bu sözləri deyib:

"İnsan ilk dəfə harada ayaq açıb yeriyirsə, o torpaq mütləq onu çəkir. Mən Şuşada doğulmuşam. Şuşa mənim qəlbim və nəfəsimdir.

Sonuncu dəfə 1989-cu ildə anamı Şuşaya istirahət evinə aparmışdım.

Birdən o, Cıdır düzündə əyilib yerdən üzərində bənövşə bitən torpağı götürmək istədi. Lakin mən qoymadım, dedim: "Səni gələn il də bura gətirəcəyəm". "Torpağı niyə götürürsən?" sualını verəndə isə, o mənə bu torpaqda uşaqlığını və gəncliyini axtardığını bildirdi.

Şuşa mənim hər şeyimdir. Ora ilə bağlı xatirələrim çoxdur. İnşallah, mənə o torpağı bir də görmək nəsib olar".

Geri qayıt