Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Roza Zərgərlidən sonra prodüserlik fəaliyyətimi dondurdum"
Əsas Səhifə > Şou-biznes > "Roza Zərgərlidən sonra prodüserlik fəaliyyətimi dondurdum"

"Roza Zərgərlidən sonra prodüserlik fəaliyyətimi dondurdum"


3-04-2019, 08:31
"Roza Zərgərlidən sonra prodüserlik fəaliyyətimi dondurdum"
DİA.AZ: - Humay Muxtarova 5 illik fasilədən sonra yenidən prodüserlik fəaliyyətinə qayıdır.

DİA.AZ xəbər verir ki, uzun müddətdir ki, aparıcılıq edən H.Muxtarova bundan sonra müğənni Nur Cəfərli ilə çalışacaq. İşbirliyi ilə bağlı məlumat verən prodüser yeni layihələrə imza atacaq:

“Roza Zərgərlidən sonra prodüserlik fəaliyyətimi dondurdum. Vaxtım olmurdu. Gərgin iş qrafikimdə elə bir müğənni istəyirdim ki, əməyimə dəyər versin. Çox təkliflər gəlirdi, onlar arasından Nuru seçdim. Düşünürəm ki, mən və Nur ikimiz birləşib maraqlı işlər ərsəyə gətirəcəyik”.

Geri qayıt