Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                 

"“Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir"
Tarix: 12-03-2024, 09:06 | Çap et
"“Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir"
diaaz.space şair Vüqar Əhmədin kult.az-a müsahibəni təqdim edir:

- Deyirlər, professor olmaq üçün AzTV-dən ayrılmısınız. Dəqiq səbəb budur?

- Mən əvvəl üç yerdə işləyirdim. İyirmi ilə yaxın AzTV-də rəhbər vəzifədə olmuşam. Sonra redaksiyamız “Ədəbi Dram”la birləşdi. Yarımştat Elmlər Akademiyasında, yarımştat da Müəllimlər İnstitutunda işləyirdim. Filologiya elmlər doktoru idim. Rektorumuz dedi, mən səni professor keçirdə bilmərəm, gərək, bütöv ştata keçəsən. Ərizəmi yazıb, AzTV-dən çıxdım. Rektor isə yaxşı mənada məni aldatdı. Sən demə, olarmış işləmək, amma mənim kimi kadrı tam ştat istəyirmiş. Elə AzTV-dən çıxmaq da ürəyimdən idi. Rəhbərlik dəyişmişdi, mühit o deyildi.

- Bəs indi necə, peşmansınız?

- Peşmanlıq deməzdim. Artıq yaşım keçib, cavan olsaydım, hazırki komanda ilə işləyərdim AzTV-də.

- Üç işdə işləmək çətin deyildi bir şair üçün?

- Şair işləməmişəm ki! Hərəsində öz işim olub. Onda uşaqlar da balaca idi, üç yerdən bir yerin maaşını alırdım, çatmırdı. Yenə yaxşıydı ki, dərsliklərim, kitablarım satılırdı, oradan da bir az gəlir gəlirdi. Rəsulzadə haqda romanımdan yaxşı pul qazandım. Ordan-burdan qonorarla da birtəhər dolanırdım.

- Vüqar müəllim, indiyə qədər nə qədər şeir yazmış olarsınız? Sizin haqqınızda sosial şəbəkədə bəziləri yazır ki, hər gün şeir yazır…

- Mən çox şeir yazmamışam axı. Deyirlər də. Bəlkə 500 sözümə mahnım var. Bizim elə xalq şairlərimiz var ki, onların on cild şeiri var. Bir söz var e, “az yazıram, saz yazıram”. Dəqiq bilmirəm, bəlkə, 800-1000 şeir olar.

- Düşünürsünüz ki, bir şair üçün min şeir azdır?

- Yox, siz nə danışırsız? Əvvəla, təqribi dedim. Oturub şeirlərimi sayım? Amma bir dəfə sizin xətrinizə sayaram. Camaatın on min, iyirmi min şeiri var. Bəlkə də 600 şeirim olar - 40 illik yaradıcılıq üçün çox azdır. Daim elmi fəaliyyətlə də məşğul olmuşam. Ən məhsuldar dövrüm müğənni, bəstəkarla işləyəndə olub. Təbi gələndə yazıram da. Sözlərimə oxunan mahnıları eşitməmisiniz? Bütün toylarda “Balaların xətrinə” oxunur, “Şuşanın dağları, başı vüqarlı” - Şuşada belə oxundu. “Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir.

- Sizə “nəğməkar şair” deyirlər. Hiss edirsiniz ki, “nəğməkar şair”i alçaltmaq, zəif göstərmək üçün deyirlər?

- Mən “nəğməkar şair” adından imtina eləmişəm. Bu adı mənə illər öncə Əlibaba Məmmədov vermişdi. Yaşar Nuri də yaradıcılıq gecəmdə çıxış edib, o cür təqdim elədi. O vaxt üçün bu ad çox yaxşı idi. Sonra gördüm ki, tədbirə çağırırlar, iki şeirinə mahnı oxunanı da nəğməkar şair kimi təqdim edirlər. Ümumiyyətlə, şair şairdi də. Vəssalam. Daha mənə belə demirlər. İndi olur, bir də görürsən, rayondan gələn saf adamdı, görüşür, öpür, deyir, nəğməkar şairimiz, sənin nəğməli ürəyindən öpürəm. Amma alimlər, ziyalılar bilirlər ki, kiməm, nəyə qadirəm.

- Bəstəkarlardan pul almağı alver hesab elədiyinizi demişdiniz. Belə çıxır ki, alanlar alverçidir?

- Mən özüm heç vaxt almamışam, kim də alırsa, halal xoşu. Ruzini Allah verir, maaş alıram, şeir satmağı isə bacarmıram. Mən belə düşünürəm, sadəcə. Demirəm ki, etmək olmaz, amma mən etməmişəm, edə bilmirəm.

- Az qala bütün şairlər danışanda deyirlər ki, mənə paxıllıq edən çoxdur, ayağımı çəkirlər. Sizə necə, paxıllıq edirlərmi?

- Elə şey olar ki, etməsinlər? Amma mənə heç vaxt istedadlı adamlar paxıllıq etməyib. Ciddi adamlar həmişə dəstək verib, dost olmuşuq.

- Kimdir o ciddi adamlar?

- Ustad saydığım Bəxtiyar Vahabzadə, Nəbi Xəzri. Rəhmətlik Zəlimxan Yaqubla yaxşı münasibətimiz var idi. Şair Qabillə, Cabir Novruzla dost olmuşuq, alimlərimizdən İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Yaşar Qarayev, Bəkir Nəbiyev - hamısı haqqımda da yazıblar. Paxıllıq istedadsız adamların işidir. Hələ çoxdur, yadıma düşən bunlar oldu.

- İzzət Bağırova şeir yazdığınıza görə peşman deyilsiniz ki?

- Xeyr, niyə peşman olum? İzzət o vaxt ağır qəza keçirmişdi, könlü xoş olsun deyə yazmışdım.

- Xoş oldu?

- Əlbəttə. Kimə xoş olmaz ki? İki dəfə ağır əməliyyatdan sonra ayılıb ona həsr elədiyim şeiri oxuyanda sevindi. O, həm də uşaqlarımın dayısıdır. Amma bunun dəxli yoxdur, başqası da olsa, yazardım.

- Xeyli adama şeir həsr eləmisiniz. Bəs sizə də şeir həsr ediblərmi?

- Mənə heç bilirsiniz nə qədər şeir həsr olunub? Balakənli bir şair poema həsr edib. Şair Tofiq İmişli var, mənə on şeir həsr edib. Nizami Rəmzi qəzəl həsr eləmişdi, baş hərfləri də Vüqar Əhməd… Daha sonra Cabir Novruz, Nəbi Xəzri də həsr edib. Çoxdur. Özümün onları çap etməyim düzgün olmaz. Öləndən sonra övladlarım edərlər.

- Xanımlara da şeir həsr edirsiniz? Yoxsa ancaq kişi şairlərə?

- Xanımlara da şeir həsr eləmişəm. Sevgi mahnılarım var da.

- Xanımlara deyəndə, zaman-zaman sevdiklərinizi nəzərdə tuturam…

- Brilyant Dadaşova “mən gizlincə səninləyəm” oxumuşdu. Bir elmlər doktoru var, dedi, Vüqar, utanmırsan, evli adamsan, bu nədi? Dedim, bəlkə elə yoldaşıma yazmışam? İnanmadı, əsəbiləşib dedi ki, yoldaşla gizlincə görüşmürlər, sənin gəzdiyin var. Bilmədim nə deyim, bu da poeziyanı anlayan alimimiz…

- Müsahibənin sonunda mənə bir şeir həsr edə bilərsiniz? Son sözümüz o olsun…

- İndi yox, amma söz verirəm ki, sizə şeir həsr edəcəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru