"Biz onlara zarafatla, könüllərini oxşamaqla cavab veririk"
Tarix: 17-02-2024, 10:21 | Çap et
“Daxili baxışda tamaşa haqda nəticə çıxartmaq olmaz. Söhbət “Qadınım” tamaşasından gedir. Tamaşaçıların öhdəsinə buraxılmamışdan əvvəl biz tamaşaya daxili baxış edirik ki, orada hər kəs öz fikrini bildirsin. Sonda isə əbəttə ki, bu fikirlərlə rejissor razılaşır və tamaşaya əl gəzdirir. Ona görə də daxili baxışda tamaşa haqda resenziya yazmazlar” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib. “Mən istərdim ki, su içdikləri quyuya tüpürməsinlər. Bu sizin teatrınızdır. Siz bu teatrdan məvacib alırsınız, teatrın halallığını almalısınız. Ayıbdır! Hərənin öz fikri var, mən bunlara əhəmiyyət vermirəm. Mən gözümlə gördüyümə əhəmiyyət verirəm. Teatrşünas Aydın Talıbzadənin fikirləri də mənim üçün çox önəmlidir. Bir çoxları “Qadınım” tamaşası haqda yüksək fikirdədir. Əmrah da, Gültac da böyük ürəklə oynayırlar. Biz bu dəqiqə özümüzə Qərbi örnək bilirik. Amma dünya mədəniyyətini Şərqlə öyrəniblər. Şərqin mədəniyyəti qat-qat Qərbin mədəniyyətindən üstündür, varlıdır və gözəldir. Əgər biz dünya ilə hesablaşmaq istəyiriksə bu tip tamaşaların olması normaldır. Bu türk pyesidir, özünüz də görürsünüz ki, aktyorlar orada canlı oxuyurlar, çıxış edirlər, canlarını qoyurlar. Onların zəhmətini yerə vurmaq olmaz. Əgər o uşaqlardan hansısa sənin tələbən olubsa, müəllim birdən-birə o sözü tələbəsinə deyə bilməz. Deməli sən pis öyrətmisən ki, tələbə belə pis olub. Ama tələbə çox gözəl oynayır. Rejissor İradə Gözəlova da tamaşaya möhtəşəm quruluş verib. O birinci, ikinci dəfə deyil ki, teatrda tamaşa hazırlayır. Tamaşa mənim çox xoşuma gəldi. İki dəfə tamaşaçı qismində izləmişəm. Əmrahla Gültacın oyununu, musiqi seçimini çox bəyənirəm. Onların zəhmətini qiymətləndirirəm. Teatrda “Paris Notrdam kilsəsinə ithaf”, “Anamın kitabı”, “Psix”, “Mənim günahım” və s. tamaşalar olduğu halda “Qadınım” tamaşasının olması da çox vacibdir. Bu cür müasir tamaşaların oynanılması vacibdir, mütləqdir. Bütün bunlara hazır olmaq lazımdır, bu teatrdır. Teatr aləmdir. Teatr başqa bir dünyadır. Əgər sən ora təsadüfi daxil olmusansa və orada gördüklərini anlamırsansa çox xahiş edirəm rədd ol, çıx ordan. Nəinki başqa artıq-əskik sözlər yazasan” deyə sənətkar bildirib. Xalq artisti “Şən gənc” layihəsində münsif olaraq iştirak etdiyini bildirib. “Bu layihəyə görə Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Bu veriliş “Bu şəhərdə” komandası ilə birgə hazırlanır. Rafael də, Coşqun da, Müşfiq də hər zaman incəsənətimiz üçün, teatrımız üçün çalışan insanlardır. Belə bir durğunluq, həyəcan vaxtında biz yeni tapıntılardan, yeni kəşflərdən, gələcəyin aktyorlarından danışırıq. Biz həm də orada narkomaniyadan, gənclərin pozulmasından, cəmiyyətdə özlərini apara bilməmələrindən danışırıq. Bu o qədər tərbiyəli, əhəmiyyətli verilişdir ki. Mən xüsusi minnətdarlığımı “Bu şəhərdə” komandasına və Gənclər və İdman Nazirliyinə bildirirəm. Layihə çox gözəldir. Onlar hələ cavandırlar, gəncdirlər. İçlərində həvəsi indi bizlərə biruzə verirlər. Ona görə də onlara ehtiyatlı yanaşmaq lazımdır. Onlarla elə davranmaq lazımdır ki, sabah canlarından artıq sevdikləri, çox maraq göstərdikləri sənətə tüpürüb getməsinlər. Münasibətdən çox şey asılıdır. Onlar bu dəqiqə elə intizarla bizim gözümüzə baxırlar ki, görsünlər ki, bu sənətkarlar nə irad tutacaqlar?. Biz onlara zarafatla, könüllərini oxşamaqla cavab veririk. Bunun da nəticəsi odur ki, onlar yarışmadan elə gedirlər ki, sanki mükafat alıb çıxırlar. Mükafatın təsis olunması da gözəldir. Biri var idi, soruşdum ki, qızım, sən qalib olsan nə edəcəksən?! Dedi ki, mənim musiqi təhsilim var, amma pianinom yoxdur. Pianino alıb, mahnılar bəstələmək istəyirəm. Biri deyir ki, mən kompyuter almaq istəyirəm. Mən onlaırn bu istəklərini Gənclər və İdman Nazirliyinə çatdırdım. İmkan daxilində bu istəkləri, arzuları yerinə yetirmək lazımdır” deyə sənətkar bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumu proqram təminatına 821 min manat - SƏRF EDƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Axşam yeməyini tamamilə kəsmək lazımdır..."
Dünən, 23:02 |
|
|
|
• Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir?
Dünən, 22:55 |
|
|
|
• Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA - TƏFƏRRÜAT
Dünən, 22:51 |
|
|
|
• "Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq
Dünən, 22:47 |
|
|
|
• Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır - İDDİA
Dünən, 22:45 |
|
|
|
• Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir - FOTO
Dünən, 22:40 |
|
|
|
• Şəmsəddin Xanbabayev VƏFAT EDİB
Dünən, 22:38 |
|
|
|
• “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Dünən, 18:58 |
|
|
|
• Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Dünən, 18:11 |
|
|
|
• Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Dünən, 18:09 |
|
|
|
• Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Dünən, 18:05 |
|
|
|
• “Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Dünən, 17:57 |
|
|
|
• Qadın onu baltalayan ərini bağışladı...
Dünən, 17:52 |
|
|
|
• "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 17:46 |
|
|
|
• Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Dünən, 17:41 |
|
|
|
• MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Dünən, 17:33 |
|
|
|
• Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Dünən, 17:26 |
|
|
|
• Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Dünən, 17:14 |
|
|
|
• AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Dünən, 17:12 |
|
|
|
• Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Dünən, 17:07 |
|
|
|
• Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Dünən, 17:02 |
|
|
|
• Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Dünən, 16:59 |
|
|
|
• Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Dünən, 16:48 |
|
|
|
• Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 16:48 |
|
|
|
• Bakıda xanım müğənni vəfat edib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Dünən, 16:23 |
|
|
|
• “Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Dünən, 16:22 |
|
|
|
• Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Dünən, 16:14 |
|
|
|
• Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Dünən, 16:12 |
|
|
|
• Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Dünən, 16:09 |
|
|
|
• Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Dünən, 15:57 |
|
|
|
• Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Dünən, 15:46 |
|
|
|
• “Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Dünən, 15:43 |
|
|
|
• Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Dünən, 15:39 |
|
|
|
• Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 15:37 |
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Dünən, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Dünən, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Dünən, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Dünən, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Dünən, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Dünən, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Dünən, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Dünən, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Dünən, 15:03 |
|
|
|
• "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Dünən, 15:02 |
|
|
|
• Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Dünən, 15:00 |
|
|
|
• Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Dünən, 14:00 |
|
|
|
|