Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                 

Tanınmış balet artistindən inanılmaz sözlər: - "20 ildən sonra küçədə qalacaqlar"
Tarix: 1-02-2024, 09:31 | Çap et
Tanınmış balet artistindən inanılmaz sözlər:
Opera və Balet Teatrının əməkdaşı, Xalq artisti Gülağası Mirzəyev “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Gülağası bəy, sizin illərdir vurğuladığınız məsələ yenə gündəmi zəbt edib. Balet artistlərinin təqaüd yaşının 40-dan 65-ə qaldırılması son günlər yenidən müzakirə olunan məsələlərdəndir. Yəqin ki, xəbərdarsınız.

- Bəli, mən də sosial şəbəkələrdə gördüm. Düz qeyd etdiniz, 10 ilə yaxındır, bununla bağlı danışıram və məsələnin nə qədər ciddi olduğunu diqqətə çatdırmaq istəyirəm. Çünki bu, balet artistlərinin ən ağrılı yeridir. Bir balet artistinin təqaüdə çıxması üçün 60 yaşı gözləməsi ağlasığmazdı. Bu, sənətin inkişafı, onun gələcəyi üçün böyük təhlükə deməkdir.

- Həqiqətən də... Axı 60 yaşına kimi balet artistinin səhnədə formada qalması mümkünsüzdür.

- Məsələ də budur. Sovet dövründən 2006-cı ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ mövcud olub. Buna əsasən 20 il stajı olan balet artistləri rahatlıqla təqaüdə çıxırdılar. Çünki bu müddət ərzində bədən zədələnir, o qədər travma toplanır ki, daha səhnəyə çıxmaq mümkün olmur.

Bəzi artistlərimiz və istedadlı şəxslər demişkən, hər bir yaxşı ifaçı yaxşı müəllim ola bilməz. Çünki pedaqoqluq tamam başqa istiqamətdir.

Bu problem mütləq həll olunmalıdır, çünki balet sənətinin gələcəyi gənclərimizdən asılıdır, amma indiki durumda onlar bu sənətə gəlmək istəmirlər, üz çevirirlər. Bilirlər ki, 20 ildən sonra küçədə qalacaqlar.

2006-cı ildə təqaüdlə bağlı bu dəyişiklik olandan sonra balet artistləri 60 yaşında təqaüdə çıxdılar. Bu da onunla əsaslandırıldı ki, normal təqaüd yaşı 65-dirsə, balet artistləri ağır peşə sahibləri kimi 5 il güzəştlə 60 yaşında pensiya ala bilərlər. Amma bu beş il çıxış yolu deyil və məsələnin həlli istiqamətində heç bir rol oynamır.

Rusiya və digər ölkələrdə balet artistləri 15-20 il çalışırlar. Vaxtilə bizdə də elə idi. Əvvəlki qanuna görə aparıcı artistlər 15, solistlər isə 20 il işləyəndən sonra təqaüdə çıxırdılar. Yəni səhnədəki fəaliyyətə son qoyulurdu, amma istəkdən asılı olaraq kimsə müəllim kimi də fəaliyyətini davam etdirə bilirdi. Hər iki halda – müəlllim işləsə də, yaxud sənəti tərk etsə də haqqı olan pensiyanı mütləq alırdı.

İndiki qanuna görə, gərək 40 il işləyəsən ki, təqaüdə çıxa biləsən. Faktiki olaraq 20 ildən sonra balet artistlərinin zədə, ağır fəaliyyət səbəbilə əmək qabiliyyətləri azalır. Səhnə üçün lazım olan keyfiyyətdə olmurlar, əmək pensiyasını almaq üçün isə 15-20 il gözləməli olduğunu nəzərə alsaq, bu insanlar faktiki işsiz qalırlar.

"Teatrdan çıxsam, pensiya ala bilməyəcəm"

- Sizin iş stajınız nə qədərdir?

- Teatrda 30 illik staja malikəm. 1987-1995-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində balet artisti ixtisası üzrə təhsil almışam. Xoreoqrafiya Məktəbini bitirməmişdən bir il öncə, 1994-cü ildə Opera və Balet Teatrına işə qəbul olundum. 30-cu mövsümdür teatrda çalışıram.

Əvvəlki qanuna görə, mən 10 il bundan öncə səhnə fəaliyyətimə son verə bilərdim, ya pedaqoq kimi, ya da başqa sahədə çalışardım. Amma indiki qanun buna imkan vermir, ona görə mən hələ də teatrda çalışıram. Çünki çıxsam pensiya ala bilməyəcəm. Mənim vəziyyətimdə olan balet artisti çoxdur.

Həmişə deyirəm ki, bu qərarı qəbul edənləri bizim teatra dəvət edirəm. Gəlib zalda otursunlar, biz də yaşlı artistlərdən ibarət bir truppa ilə qarşılarında çıxış edək. Onu da deyim ki, bizim sənətin çətinliyinə görə 60-65 yaşa kimi yaşayan artist də tapmaq çətindir.

Sizcə, yaşlı artistlərin ifasında təqdim olunan balet kiminsə xoşuna gələr? İnanmıram ki, bəyənən olsun. Həqiqət acıdır, amma səhnə gənclik, temperament, enerji, çeviklik istəyir.

Balet kimi çətin ikinci sənət tapa bilməzsiniz. Çünki burda həm musiqi duyumun yerində olmalıdır, həm də hərəkətlərin, elastikliyin, texnikan dəqiq, səhnə görünüşün gözəl olmalıdır. Əlbəttə, ildən-ilə artist yeni təcrübə qazanır, amma biz dramatik artist deyilik. Yaxud kinoya çəkilmirik ki, bir neçə dubl çəkilsin, içərisindən ən yaxşısı seçilsin. Bizdə canlı ifadır və o birinci dubldan gözəl olmalıdır.

Mənə çox tez-tez deyirlər ki, siz yaxşı görünürsünüz, formadasınız. Deyirəm, bəli, mən yaxşı formadayam və yaxşı da görünürəm, amma o demək deyil ki, zədəm yoxdur. Varikozla bərabər o qədər problemlərim var ki... Onlar haqda danışmaq istəmirəm. Problemlər də ilbəil artır.

- Gülağası bəy, pensiya yaşının azaldılması ilə bağlı teatr olaraq hansısa addım atılıbmı?

- Bu problemin həlli istiqamətində bir neçə dəfə Mədəniyyət Nazirliyinə, digər qurumlara müraciət etmişik. Rəhmətlik Qənirə Paşayeva yeganə şəxs idi ki, Milli Məclisdə yüksək tribunadan bizim problemimizi dilə gətirmişdi. İnanmaq istərdim ki, yaşayan deputatlarımız arasında kimsə bu məsələni bir daha qaldırıb məntiqi sonluğa çatdıracaq.

Bir məsələni də qeyd etmək istəyirəm, qanunda xırda nüanslar nəzərə alınmalıdır. Azərbaycanda ilk və yeganə teatr Opera və Balet Teatrıdır ki, onun balet truppası ancaq balet tamaşalarında iştirak edir. Balet artisti ilə tamaşanı aparan artist fərqlidir. Balaca bir teatrın truppasında olan işçi də özünü balet artisti kimi qələmə verə bilər. Çünki şou-balet geniş yayılıb. Amma balet tamaşada oynamaq tamamilə fərqlidir. Qanunda bu da öz əksini tapmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru