“Efirdə adını bəh-bəhlə çəkirlər, amma heç bilmirlər harada dəfn olunub” - FAKT BUDUR!
Tarix: 31-01-2024, 09:15 | Çap et
Adını Azərbaycan muğam tarixinə qızıl hərflərlə yazdıran xanəndə, görkəmli sənətkar Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir. Bu haqda məlumatı Moderator.az-a tanınmış rejissor Rauf Kazımovskinin oğlu Mirmahmud Kazımovski deyib. “Cabbar Qaryağdıoğlunun Yasamal ərazisində yerləşən məzarı baxımsız vəziyyətdədir, daşı-daşdan qopub, toz basıb. Sənətkar əvvəl Çəmbərəkənd qəbirstanlığında dəfn olunub, daha sonra xanəndənin məzarı Yasamal rayon qəbirstanlığına köçürülüb. Cabbar Qaryağdıoğlunun məzarının Fəxri Xiyabana köçürülməsi ilə bağlı SSRİ Nazirlər Soveti tərəfindən qərar 1948-ci ildə verilib. Məndə o sənəd var, hələ də saxlayıram. 680 nömrəli sərəncama əsasən Cabbar Qaryağdıoğlu da daxil olmaq şərtilə həyatdan köçmüş mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməli idi. Bu siyahıya görkəmli incəsənət xadimləri salınıb. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseynqulu Sarabski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə Bakıda Fəxri Xiyabanda, Molla Vəli Vidadi Qazaxda, Seyid Əzim Şirvani və Sabirin də məzarı Şamaxıda qoyulub. Əfsuslar olsun ki, adlarını çəkdiyim şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri Xiyabana köçürülməyib. Əslində gərək tarixi ədalət bərpa olunsun. Cabbar Qaryağdıoğlu həmin siyahıda 8-ci adamdır. 1957-ci ildə Həsən bəy Zərdabinin ölümünün 50 illiyi olanda onun məzarı Fəxri Xiyabana köçürüldü. Özü də lap xiyabanın girəcəyindədir. Gərək sənətkara sağlığında da, öləndən sonra da qiymət verilsin. Mənim babam, adını daşıdığım Mirmahmud Kazımovski Azərbaycanda teatrın bünövrəsini qoyan şəxslərdən biri olub. 1938-ci ildə, repressiya illərində “əməkdar artist” fəxri adını alıb. Atam Rauf Kazımovski AZTV-nin ilk baş rejissoru olub. Qardaşım Ələkbər Kazımovski “Hicran” televiziya tamaşasını lentə alıb. Bunları unutmaq olmaz” deyə müsahibimiz bildirib. Mirmahmud Kazımovski deyib ki, sənətkarın məzarının Fəxri Xiyabanda yox, adi qəbirstanlıqda olması vaxtilə böyük sənətkarımız Əlibaba Məmmədovu da narahat edirdi. “Rəhmətlik Əlibaba Məmmədov mənimlə qonşu idi. Axşamlar görüşüb çay içirdik. Bir dəfə Cabbar əmidən söz düşdü. O mənə dedi ki, bu məzar yiyəsiz qalıb, indiyə kimi onu köçürməyiblər. Cabbar əminin məzarının harada yerləşdiyini onun mahnılarını ifa edən sənətçilər də bilmir. Onun məzarı köhnə qəbirlərin arasında, sıx məsafədə yerləşir. Çətinliklə məzara yetişmək olur. Neçə məşhur xanəndələrə də demişəm ki, sizin əliniz çatır, aidiyyatı qurumlara deyin məzarı köçürsünlər. Onlar mənim bu sözümü qulaqardına vurublar. Efirlərdə “Cabbar əmi” sözü dillərindən düşmür, amma di gəl ki, soruşanda bu kişinin qəbri hardadır, təsəvvürləri belə yoxdur. Məndən başqa heç kim gedib qəbri tapa bilməz. Bir neçə il bundan əvvəl televiziya vasitəsilə çəkiliş də etmişdik, amma nəticəsi olmadı. Nə Yasamal rayon İcra Hakimiyyəti, nə də ki, Mədəniyyət Nazirliyindən müsbət cavab gəldi. Biri deyir ki, Bəstəkarlar İttifaqı baxmalıdır, biri də deyir ki, filan qurum maraqlanmalıdır. Mən baş aça bilmirəm ki, kim bu işdə qabağa düşməlidir?! Məzar daşı da onun adına yaraşmır. Elə bil ki, yola veriblər, başdan ediblər. Ümid edirəm ki, məsələ sizin saytda işıqlandırıldıqdan sonra öz həllini tapacaq” deyə Mirmahmud Kazımovski deyib. Qeyd edək ki, Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Qafqazda ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb. Əbəs yerə onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmırlar. Xanəndə həmçinin bir çox mahnıların, həmçinin “İrəvanda xal qalmadı” mahnısının müəllifidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
• Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09 |
|
|
|
• Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02 |
|
|
|
• Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00 |
|
|
|
• İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58 |
|
|
|
• Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43 |
|
|
|
• Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17 |
|
|
|
• Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11 |
|
|
|
• 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10 |
|
|
|
• Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08 |
|
|
|
• Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05 |
|
|
|
• Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04 |
|
|
|
• Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01 |
|
|
|
• Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00 |
|
|
|
• Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58 |
|
|
|
• “Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55 |
|
|
|
• Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51 |
|
|
|
• Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48 |
|
|
|
• Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43 |
|
|
|
• ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40 |
|
|
|
• "Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37 |
|
|
|
• Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34 |
|
|
|
• "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33 |
|
|
|
• AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31 |
|
|
|
• “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24 |
|
|
|
• Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14 |
|
|
|
• Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11 |
|
|
|
|