“Atam Moskvada oxumağa icazə vermirdi, 2 gün evə gəlmədim, parkda yatdım”
Tarix: 24-01-2024, 08:30 | Çap et
 “O vaxt Bakıda yaşayan pərəstişkarlarım rusdillilər idi. Azərbaycan dilində “Ay gecikən məhəbbətim” mahnısını oxuyurdum. Azərbaycanlılar deyirdi ki, “rus dilində oxuma”, rus dillilər də deyirdilər ki, “Azərbaycan dilində oxuma”. Onlara deyirdim ki, musiqinin dili yoxdur. Musiqi sərhəd tanımır, bilmir. Hansı dildə oxuyursan-oxu yetər ki, ürəklə ifa edəsən. Mən konsertlərdə İspan, Rus, İtalyan, Fransız dillərində də oxuyuram. 1980-ci illərdə verdiyim konsertləri Azərbaycanda heç kim verməyib. Uzun müddət konsertlərim anşlaq keçirdi”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Sərxan Sərxan deyib. O daha sonra uşaqlığı ilə bağlı bir məqamı xatırlayıb.
“Atam uşaqlıqda məni musiqi məktəbinə aparmışdı. Getmirdim, deyirdim ki, mən qız zadam bəyəm musiqi ilə məşğul olum?! 14 yaşım olanda fikrim dəyişdi. İstədim ki, taleyimi musiqi ilə bağlayım. Bu da necə baş vermişdi?! Böyük qardaşımın dostunda o vaxt gitara var idi. 1-2 ifa etdi, bəyəndim. Atama deyəndə ki, gitarada oxumaq istəyirəm, dedi ki, dəli olmusan?! Atam yazıçı, jurnalist idi. Deyirdi ki, təsəvvür et 40 yaşın var, elə bir məclisdəsən ki, hamıdan soruşurlar nə işlə məşğulsan, sən utanmayacaqsan ki, deyəsən gitarada ifa edirəm?! Küsüb evdən qaçdım. Atama dedim ki, Moskvada oxumağa buraxmasan evə qayıtmayacam. Birinci gecəni parkda yatdım. Anam çox pis oldu. 2 gün evə gəlmədim. Sonra atam dedi ki, “eybi yox, qoy getsin, imtahanda kəsərlər qayıdar”. Gecə-gündüz gitarada çalışırdım ki, Moskvada imtahanlara qəbul olum” deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, gənclərin musiqi ilə məşğul olması təqdirəlayiq haldır.
“Musiqi həmişə inkişaf edir. Bəlkə mən də gəncliyimdə narazılıq edib demişəm ki, qocalar nə oxuyur ki?! İndi də cavanlar oxuyurlar. Əcəb edib oxuyurlar. Mədəni, səbrli olsunlar. Mövzusu dolğun olan əsərlər oxusunlar. Musiqi cürbəcür olmalıdır. Musiqi özü seçəcək yaşayır yoxsa yaşamır. Düzgün musiqi deyilsə 1-2 ildən sonra yaddan da çıxacaq o mahnılar. Əgər yaxşı ifadırsa o qalacaq” deyə müğənni bildirib.
Xalq artisti “bozbaş” adlandırılan müğənnilərdən də danışıb.
“O vaxt indiki kimi deyildi ki, gedib hardasa çıxış edəsən. Konsert idarələri var idi. Sənin yalnız çıxış üçün 1-2 mahnıya icazən var idi. Vəssalam! Səhnədə 45 dəqiqə oxumaq üçün nazirlik sənə icazə verməli idi. Əgər səndə o sənəd yox idisə, heç kim səni səhnəyə buraxmırdı. Bu gün şərait dəyişib. Estrada müğənniləri nə istəyir edir, heç kimdən asılı deyillər. Bəzən deyirlər ki, “bozbaş oxuyanlar”. Bozbaş oxuyanların arasında da çox istedadlıları var. Sadəcə olaraq onların təhsili yoxdur. Yaxşı, bəs onlar necə yaşamalıdır?! Necə dolanmalıdır? Onlara həmin oxuduqları mahnılara görə pul verirlər. Onlar üçün imkan yaratsınlar, onlar da öz yaradıcılıqlarını ayrı istiqamətə verib, ayrı mahnılar, konsertlər oxusunlar. Onlar pula görə həmin mahnıları oxuyurlar. Sən ona şərait yarat, sonra qına. Bizim ixtiyarımız yoxdur onlara bozbaş deyək. Ailə saxlayırlar, qazanmalıdırlar. O vaxtlar da müğənnilər toylara gedirdi. Mənə deyirlər ki, “Sərxan müəllim niyə toylara getməmisiniz?”. Onların toydan qazandıqları pulu mən rəsmi yolla bir konsertdən qazanırdım. Mənə toy lazım idi? Əlbəttə ki, yox! Mən toy müğənnisi deyildim” deyə xalq artisti bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
|