AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                 

“Onları Allaha həvalə edirəm, məhkəməyə verəcəyəm, şər-böhtan atıb nüfuzumu korlaya bilməzlər” - Əməkdar artist
Tarix: 18-01-2024, 08:51 | Çap et
“Onları Allaha həvalə edirəm, məhkəməyə verəcəyəm, şər-böhtan atıb nüfuzumu korlaya bilməzlər”
Əməkdar artist Təranə Vəlizadə Moderator.az saytının suallarını cavablandırıb.

-Təranə xanım, bu günlərdə saytlarda və sosial şəbəkələrdə avtobus gözləyərkən sizin şəkiliniz olduğu iddia edilən bir foto yayımlamışdılar. Sözün düzü həmin xanımı sizə bənzətmədik.. Söhbətimizə də bu mövzudan danışmaqla başlamağınızı istərdim.

- Mən bir şeyi başa düşmürəm, bu paxıllar, işsiz, gücsüz adamlar məndən nə istəyir? Harada kimi görürlər, mənə oxşadırlar. Mən dükan-bazar gəzmirəm, avtobusa minmirəm, piyada gedəndə də yalnız evimin yanındakı marketə gedib çörək və şirniyat alıram. Bazarlığımı övladlarım edir. Küçəyə mən gödək ətəklə yox, qadın şalvarı ilə çıxıram, yaşıma-başıma hörmət edirəm. Başımı qışda örtürəm, uzun palto, uzun kurtka və boynuma şərf dolayıram. Çünki səsimi qoruyuram. Bilirsiniz, siravi vətəndaşlar yazanda fikir vermirsən, ancaq tanınmış saytlar belə yalnış fikirlər söyləyəndə, kiminsə diqtəsilə böhtanlar yazanda onların yazarlarının aşağı səviyyədə, nüfuzsuz olduqları üzə çıxır. Mən böyük bir sənət məktəbi keçmişəm. Böyük bəstəkarlar və sənətkarlarla işləmişəm. Çox yazıqlar olsun ki, mənim sənətimi qoyub, məndən yalnış məlumatlar yazırlar. Dəfələrlə həyatım, yaradıcılığım haqqında məlumatlar vermişəm. Marağı olan qurumlar mənimlə əlaqə saxlayıb cəmiyyətimizə doğru məlumatlar çatdıra bilər. Saytlarda mənim nə şəxsiyyətimə, nə savadıma, nə nüfuzuma yaraşmayan təhqirli sözləri kim yazıbsa, yalandan mənim şəkilimdir deyə paylaşıbsa, onların hamısını məhkəməyə cəlb edəcəyəm!!! Hər küçədən keçən, mənə şər atıb, nüfuzumu kiminsə diqtəsi ilə korlaya bilməz. Ar olsun o cür haram çörək qazananlara! Həmin insanları azan vaxtı ibadət edib Allaha tapşırıram.

-Bütün bunları kimlərin etdiyindən xəbəriniz var?

-Məhkəməyə versəm əlbəttə ki, aydın olacaq ki, kim edib. Sarı mətbuatı oxumuram. Hamı haqqında yazırlar. Bilirəm ki, bu yazıları yazanlar və yazdıranlar məni və digər sənətkarları gözləri götürməyənlərdir. Bu məsələlər mənim yoldaşım həlak olandan sonra başladı. Bir qrup insan məni nüfuzdan salıb, səhnədən uzaqlaşdırmaq istədi. Yoldaşımın ölümündən 10 gün sonra, telekanala gedib, onun və mənim video lent yazılarımı xahiş etdim. Dedilər ki, pozublar. 10 günə hamısını pozmuşdular. Nə duetlərimiz, nə də ki, onun və mənim solo ifalarımız qalmışdı. Elə bil ki, biz adda heç müğənnilər olmayıb. Bayram konsertlərində biz iştirak etdiyimiz hissələri montaj edərək, kəsib itirmişdilər.

-Nədənsə son zamanlar efirlərdə də çox az görünürsünüz.. Buna səbəb nədir?

-Efirlərdən çox dəvətlər gəlir, amma getmirdim. Çünki istirahət edirdim. Sağ olsunlar, dəvət edirlər, hörmətlə yanaşırlar. Bizim nəsil sənətkarlarda o illərin mədəniyyəti var. Hər mahnının öz paltarı var. Hər sözü gərək elə deyəsən ki, tamaşaçıya çatdıra biləsən. Səhnədə bəzən göz ifadəsi, üz ifadəsi də köməyə çatır. Bunu hər müğənni bilmir, professionallar bilir. Mən vətənimi, sənətimi sevən insanam. Vətənimi tərk edib gedib başqa ölkədə də yaşaya bilərdim. Xarici ölkələrdə çox olmuşam, məni o qədər böyük sevgi ilə qarşılayıb, yola salıblar ki. Sovet illərində də, sonradan da. Yalvarıblar, xahiş ediblər ki, qalın bizdə. Çünki mən təkcə xalq yox, həm də klassik estrada, pop estrada üslubunda, bir neçə dildə də mahnılar oxuyuram. 50 ildir bu sənətdəyəm. Can qoymuşam sənətə. Mən ona görə can qoymamışam ki, bu gün murdar sözlərlə məni yad etsinlər! Xalqım məni çox gözəl tanıyır. Hər zaman geyimimə, duruşuma, nüfuzuma önəm vermişəm. Heç kim deyə bilməz ki, mən efirdən istifadə edib, kiminsə ləyaqətini alçaltmışam, yaxud kiməsə aşağılayıcı sözlər demişəm. Nəinki efirdə, elə həyatda da.
-Səhnədə ən gözəl duetlər sizin və mərhum sənətkarımız, həyat yoldaşınız Eyvaz Həsənovun adı ilə bağlıdır. Ondan sonra duet təklifləri gəldi sizə?
-Çox duet təklifləri gəldi. Mən oxumadım. Çünki ailə dueti başqa idi. Burada sevgi, hörmət, bağlanmaq, bir-birini başa düşmək, sevmək var. Ona görə də bizim duetlərimiz sevilirdi. Hər kəsi inandıra bilirdik. Mütləq deyil ki, o şəxslərin arasında sevgi olsun, amma hörmət olmalıdır. Duet iki qəlbin bir şərqisidir. Bir-birinin səsini, oxu tərzini bəyənməyən insanlar duet oxuyanda yabancı çıxır. Bu deyir ki, elə oxuyum ki, o kölgədə qalsın, o da deyir ki, elə oxuyum bu kölgədə qalsın. Duet birlikdir.

-İllər öncə özəl məclislərin, sanballı toyların ən tələbatlı müğənnisi olmusunuz. Bu gün necə, toylara gedirsiniz?

-Xeyr, demək olar ki, toylara getmirəm. Sırf yaxın adamların, qohumların toyuna qonaq kimi gedirəm. Çox xahiş edəndə bir ağız oxuyuram. Hər yaşın öz gözəlliyi, zamanı var. Mən bu gün də sevilirəm. Amma toylara getməyə artıq həvəsim yoxdur. Konsert proqramlarında çıxış edirəm. Mən canlı oxumağa üstünlük verirəm. İndiki bizim toy saraylarında akkustikanı düzgün yaratmırlar. Musiqi elə səslənir ki, nə müğənnin səsi eşidilir, nə də musiqiçilərin çalğısı aydın eşidilir. Bir hamam səsi gəlir. Müğənni də məcbur olub fonoqramla toyu yola verir. Əvvəllər müğənni oxuyanda hamı qulaq asırdı, indi heç kim qulaq asmır. Hamı canlı oxuyurdu, gözəl səslənmə var idi. Mən indi də fonoqramsız oxuyuram. Müğənnilərin biznesi toylardır. Dolanışıq, maddiyat xatirinə toylara getmişik. İstədiyimizdən də artıq məbləğ bizə ödəyiblər. O vaxt gəlib bizimlə toy danışırdılar, qiymət deməyə utanırdıq. Hər zaman da bizi çox yaxşı yola salıblar. Bizə o qədər sevgi, məhəbbət, istək var idi ki. Gəlib məni gəlinin yanına aparıb deyirdilər ki, “Təranə xanım, əlini gəlinin başına çək, sənin kimi xoşbəxt olsun”.

-Ən sevilən cütlük idiniz.. Olmaya xoşbəxtliyiniz gözə gəldi?

-Nə bilim. Bəlkə də. Göz, nəzər var. İnsana xələl gətirə bilər. Bunu müqəddəs kitabdan başqa, alimlər də təsdiq edib. Bəd gözlərdə şüa var. Hərislik, paxıllıq şüası. O şüa insanın aurasını dəlir. Həmin auraya sonradan mənfi qüvvələr daxil olur. Ona görə insan xəstələnə, yıxıla, hətta ölə bilər.

-Gənclərə tövsiyyəniz nə ola bilər?

-Vallah nə deyim. İndi başqa dövrandır. Heç kəs öz orijinallığını itirməsin. Gözəlliyi bərpa etmək, yaratmaq lazımdır. Şair deyir ki, hər şey gözəldir həyatda, özün bir gözəllik yarada bilsən. Əgər sən özün bir gözəllik yarada bilirsənsə, onunla fəxr edə bilərsən. Əgər sən Allah təalanın yaratdığı gözəlliklə fəxr edirsənsə, o düzgün deyil. Allahın mənə verdiyi görkəmlə heç vaxt fəxr etməmişəm. Buna ixtiyarım yoxdur. Çünki bunu Allah özü mənə verib. Əgər sonralar bunu cərrah əliylə mən düzətsəydim, fəxr edə bilərdim. Cərrah əlinə düşməmişəm. Allah nə veribsə onunla razılaşmışam. Təbiiliyi daha çox sevirəm. Mən heç kimə rişxənd etmirəm. Əksinə, mən xoşlayıram ki, gənclər gözəlləşsinlər.

-Belə başa düşdüm ki, plastik əməliyyatların əleyhinə deyilsiniz...

-Qətiyyən! Plastik əməliyyatlar gözəllikdir. Amma qaydasında. Çox olmamaq şərtilə. Səhnə də gözəlliyi sevir. Oxumağın önəmlidir, əsas sənətdir, gözəllik ikinci dərəcəlidir. Sənət olmayanda gözəllik iyrənc görünür. Çünki biz model deyilik, müğənniyik. Əsl gözəllik sənətin özüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru