`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... .....                     “Azsığorta”nın rəhbərliyində təyinat olub .....                     Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər .....                     Təhlükə var: İran ordusunu çağırmalıyıq .....                     Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... .....                     200 min dollara Bakıda kimi öldürmək istəyiblər? .....                     Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək .....                     ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır .....                     İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur .....                     Şəhid anası icra hakimiyyətindən narazıdır .....                     “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                 

“Onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir” - Qulu Məhərrəmli
Tarix: 9-01-2024, 06:03 | Çap et
“Onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir”
"Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Sərəncamın verilməsi ilk növbədə Azərbaycanın dövlətçilik ənənələrinə sədaqətdir. Digər yandan Azərbaycan Xalq Cümhuriyyətinə, qurucu babalarımıza, Rəsulzadənin parlaq şəxsiyyətinə olan sevgi və etiramın ifadəsidir".
Bu sözləri "Sherg.az"a açıqlamasında tanınmış telejurnalist, professor, "Rəsulzadə ev-muzeyi" İctimai Qrupu və "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsinin üzvü Qulu Məhərrəmli deyib.
Professor bildirib ki, yubileylər şəxsiyyətləri, tarixi hadisələri yenidən xatırladır, yada salır, ən önəmlisi Cümhuriyyət irsinin dövlətçilik və demokratik ənənələrini öyrədir:
"Bu baxımdan Sərəncamın böyük əhəmiyyəti var. Cəmiyyətimizdə çox təəssüf ki, Rəsulzadənin şəxsiyyətinə anlaşılmaz qısqanclıq var və bunu qəbul etmək olmur. Ona görə qəbul etmək olmur ki, adam bütün ömrünü, ailəsini, sağlamlığını, varlığını Azərbaycanın müstəqilliyinə, onun istiqlal uğrunda savaşına həsr edib. M.Ə.Rəsulzadə Azərbaycan tarixinin çox parlaq simasıdır. Müstəqil dövlətin yaradılmasında, müstəqillik ideologiyasının formalaşmasında, milli hərəkatın aparılmasında Rəsulzadə həlledici rol oynayıb. Cümhuriyyət yaranan dövrdə Milli Şuranın sədri, müstəqil Azərbaycanın ilk dövlət başçısı olub. Ona görə də Rəsulzadəni sıralamaq, sıralarda yerini dəyişmək arzuolunmaz davranışdır".

Q.Məhərrəmli Rəsulzadə irsinin öyrənilməsinin çox önəmli olduğunu söyləyib:
"Bir neçə il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı verilmiş Prezident Sərəncamı böyük rəğbətlə qarşılandı, cəmiyyətə yeni biliklər verdi. Həmçinin Cümhuriyyət haqqında yeni araşdırmalar ortaya çıxartdı. İstər-istəməz hər bir azərbaycanlının şüurunda bir dövlət təsəvvürü və düşüncəsi, dövlət ənənəsi öz yerini kifayət qədər möhkəmlətdi. Rəsulzadə bu prosesdə həlledici rol oynayıb. Rəsulzadənin adını əbədiləşdirmək, onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir. Rəsulzadə irsinin təbliğinə ciddi önəm verilməlidir. "1-ci Beynəlxalq Rəsulzadə qiraətləri" tədbirində Avropadan gəlmiş qonaqlardan biri çox yaxşı fikir bildirdi. Dedi ki, Rəsulzadənin demokratiya düşüncəsi bugünkü Avropa dəyərləri ilə üst-üstə düşür. Deyirdi ki, siz Rəsulzadənin demokratik dövlətçilik irsini yüksək səviyyədə dünyaya çatdırmalısınız. Rəsulzadə irsinin təbliği, əslində, Azərbaycanın siyasi təfəkkürünün dünyaya təqdimatıdır. Azərbaycanlıların müsəlman aləmində ilk demokratik dövləti yaratması, parlamentli respublika qurması, Şərqin çağdaşlıq möcüzəsi olan demokratik Cümhuriyyətə sahib olması kimi məqamlar geniş təbliğ olunmalıdır".

Professor vurğulayıb ki, Rəsulzadəni öz xırda məqsədlərinə tabe etmək istəyən adamlar var:
"Araşdırmaçılar arasında da belələri var. Rəsulzadəni həmin şəxslərin maraq dairəsindən çıxararaq yüksəyə qaldırmaq lazımdır. Nə yaxşı ki, bu istiqamətdə ötən dövr ərzində xeyli iş görülüb. Məsələn, professor Şirməmməd Hüseynov M.Ə.Rəsulzadənin əsərlərinin 5 cildini çox böyük zəhmətlə, bir institutun işini görməklə ortaya çıxarıb. Rəsulzadənin Cümhuriyyət dövrünədək, ondan sonra və mühacirət illərində yazdığı müxtəlif əsərləri çap olunub. Bunlar çox ciddi nailiyyətlərdir. Rəsulzadə irsinin peşəkar səviyyədə araşdırılması üçün xüsusi elmi araşdırma mərkəzi olmalıdır. Dövlətin himayəsində olarsa, daha yaxşı olar. Onun irsinin təbliğatı tamamilə yeni müstəviyə qaldırılmalıdır. Burada ağıl, intellekt, düşüncə, peşəkar yanaşma, tədqiqat işinin effektli aparılması ön planda olmalıdır. Cəmiyyət, xüsusən gənclər tarixə baxır və tarixdə kimin hansı rolu oynadığını çox gözəl görür və öz şüurunda hər kəsin yerini müəyyənləşdirir. O baxımdan yeri çox yüksəkdə olan Rəsulzadənin irsinin, əsərlərinin geniş təbliğ olunması bizim dövlətçiliyimizə hörmətimizin ifadəsi olmalıdır".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28
“Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11
Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10
ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08
İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06
Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru