Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                     Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq .....                     Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır .....                     Əliyevlə görüşdən qaçdı .....                     Paşinyanın deputatından sayıqlama .....                     Vüsal Aslanovun siftəsi pozuldu: .....                     Pensiya yaşının artırılması məntiqsizliyi... .....                     ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq .....                     MDB dövlət başçıları görüşəcəklər .....                     Restoran və şirkət rəhbərləri belə aldadılıb .....                     İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb .....                     Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında .....                     Milyonluq ordu üçün AB-dən tələb .....                     İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub .....                     Brayza Trampın Azərbaycanla bağlı planı barədə .....                     "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" .....                     Bu şirkətlər vətəndaşları aldadır .....                 

"Artıq bildim ki, atam dünyasını dəyişib"
Tarix: 13-02-2021, 09:32 | Çap et
"Artıq bildim ki, atam dünyasını dəyişib"
Bu gün Xalq artisti, böyük sənətkar Əliabbas Qədirovun 75 illik yubiley doğum günüdür. Sənətkarın oğlu İlham Qədirov Moderator.az-ın suallarını cavablandırıb.

- İlham bəy, böyük sənətkarımız Əliabbas Qədirovun bu gün 75 illik yubiley doğum günüdür. Pandemiya ilə əlaqədar olaraq yubiley tədbirləri keçirildi yoxsa?

- Baxmayaraq ki, çətin pandemiya şəraitində yaşayırıq, amma bizim Azərbaycan xalqı sənətkarlara hər zaman qiymət verir. Ona görə də atam, Xalq artisti Əliabbas Qədirovun yubileyini Cəfər Cabbarlı adına Teatr Muzeyində azsaylı auditoriya ilə olsa da qeyd etdilər. Yubileydə Xalq artisti Hacı İsmayılov, rejissor Məhərrəm Bədirzadə, teatrşünas Aydın Talıbzadə atamla bağlı xatirələrini bölüşüb, bir daha onun yaradıcılığına müəyyən qədər də olsa nəzər saldılar. Ən maraqlısı da odur ki, həmin tədbirdə atamın iki əsərdə oynadığı, geyindiyi kostyum və eksponatlar tədbir iştirakçılarına nümayiş etdirildi. Bu bir tərəfdən məni kədərləndirdi, digər bir tərəfdən isə sevindirdi. Kədərləndirdi ona görə ki, vaxtilə atam o kostyumları geyinib, səhnədə həmin obrazlarda çıxış edirdi. Amma bu gün o həyatda yoxdur. Sevindirici məqam da odur ki, o kostyumlar vasitəsilə atamın rolları bir daha insanlarına yadına düşdü. Həyatdır, əlbəttə ki, bir gün gələn, bir gün getməlidir, amma bir oğul olaraq mən bunu asanlıqla qəbul etmirəm, çünki biz atamızı, sirdaşımızı, ailəmizin başçısını itirmişik.

- Əliabbas Qədirov evdə necə xasiyyətli biri idi?

- Düzdür, bir az zəhmi var idi, amma biz onu çox istəyirdik, o da bizi. Oğlan övladı olduğuma görə onunla daha çox mən vaxt keçirirdim, o da sevirdi mənimlə vaxt keçirməyi. Harasa teatra, tədbirə gedəndə də məni özü ilə aparırdı. Həm öz oynadığı tamaşalara aparırdı, həm də digər teatrların tamaşalarına. Ailəsi ilə bir yerə getməkdən, gün keçirməkdən zövq alırdı.

- Zəhminə, ciddi xasiyyətinə görə sənət yoldaşları ilə münasibətlərində nə vaxtsa soyuqluq yaranmışdı?

- Sənət yoldaşları da, rejissorlar da bilirdi ki, atam rol baxımından sınmayan adam idi. Heç vaxt rejissorlardan rol istəmirdi, rejissorlar onu tapıb rol verirdilər. Hətta o vaxt rejissor Tofiq Kazımov ona birinci dəfə rol verəndə mübahisələri düşüb, sonra atam uzun illər onun tamaşalarında çıxış etməyib. Ən sonda Tofiq Kazımov yenə ona yaxınlaşıb, atama rol təklif edib, amma buna baxmayaraq atam yenə də özünü sındırmayıb, o rolu qəbul etməyib. Özünün sevdiyi rejissorlar Mehdi Məmmədov, Ağakişi Kazımov və Məhərrəm Bədirzadə idi. Kinoda da Eldar Quliyev və Fikrət Əliyev idi. Bu rejissorların filmlərində rol almışdı. O ki, qaldı sənət yoldaşları ilə münasibətinə. Mən deməzdim ki, o qədər də soyuqluq var idi. Hamının olduğu kimi atamın da istəyib, yaxud istəmədiyi insanlar var idi. Amma bir çox sənət yoldaşları onun xətrini istəyirdilər.

- Bəs teatrda direktor olduğu illərdə bəs necə? Çünki bir neçə aktyor müsahibəsində narazılıq etmişdi.

- İstər atamın vaxtında, istər ondan əvvəl və sonrakı direktorların vaxtı olsun, həmişə teatrda aktyorlar arasında narazılıqlar olub. Amma direktorun o cəhətdən yaxşı olduğu bilinir ki, o bədii rəhbər olduğu dövrdə yaxşı, keyfiyyətli tamaşalar səhnələşdirilir, keyfiyyətli əsərlər üzə çıxarılır. Atam teatrda direktor olduğu vaxtda çox keyfiyyətli tamaşalar üzə çıxarıb. Bunlardan biri C. Məmmədquluzadənin “Ölülər” əsəri, digəri isə Əli Əmirlinin “Mesenat” əsəridir ki, Hacı Zeynalabdin Tağıyevə həsr olunub. Bundan əlavə onun dövründə səhnələşdirilən Mir Cəlal Paşayevin “Dirilən adam” əsərini də mən misal göstərə bilərəm. Bu əsərlər tamaşaçılar tərəfindən də böyük uğurla qarşılanıb. Atamda əsl Azərbaycan kişisinə xas olan xasiyyətlər var idi, bu baxımdan o zəhmli idi. Özünə, sənətinə hörmət edirdi. Teatr bir məbəddir, məbədə də girəndə gərək təmiz girəsən, təmiz də oradan çıxasan.

- Ailədə sənətini davam etdirənlər varmı?

- Xeyr, çox təəssüflər olsun ki, ailədə sənətini davam etdirənlər yoxdur. Bacım qızı Səfurə rejissorluq fakültəsini bitirsə də, bu fakültə üzrə fəaliyyətini davam etdirmədi.

- Dünyasını dəyişməzdən neçə müddət əvvəl teatrla vidalaşmışdı?

- O 2006-cı il yanvar ayının 28-də ”Mesenat” tamaşasında Hacı Zeynalabdin Tağıyev rolunu teatrda sonuncu dəfə oynadı. Mart ayının 8-də isə haqq dünyasına qovuşdu.

- Ümumiyyətlə oynamaq istədiyi rol var idi?

- Atam xoşbəxt aktyor idi ki, həm teatrda, həm də kinoda çox rollar oynamışdı. Düzdü, iki dəfə qəlbi kinodan sınmışdı. Çünki çəkildiyi filmlərin çəkilişi yarımçıq qalmışdı. Hüeyn Seyidzadənin çəkdiyi “Qatır Məmməd” filmində eyniadlı qəhrəmanı oynayırdı, elə oldu ki, müəyyən səbəblərə görə kinonun çəkilişini dayandırdılar. Daha sonra Hacı Zeynalabdin Tağıyevin obrazını 3 seriyalı filmdə oynamasına baxmayaraq bu film də yarımçıq qaldı. Bu vəziyyət ona çox pis təsir etmişdi. Qatır Məmmədi oynaya bilməsə də Hacı Zeynalabdin Tağıyev rolunu illər sonra teatr səhnəsində oynadı.

- Ən böyük istəyi nə idi?

- Atam 60 il ömür sürsə də Azərbaycan teatrı üçün çox işlər görüb. Çox qohumcanlı biri idi, qardaşı qürbət eldə yaşayırdı. İstəyirdi ki, Azərbaycana gəlsin.. Tez-tez onu arzulayırdı. Övladlarından çox razı idi.

- Son gününü necə xatırlayırsız?

- O xəstəxanada idi, getmişdim yanına, bir neçə qohum da gəlmişdi, digər övladları da. Bir az zarafat etdi ki, həkimlər mənə baxmır. Mən də deyirdim ki, həkimlər sənə baxmaya bilməzlər, özü də sən tanınmış adamsan. Əlini sıxdım. Sonra o biri gün səhər saat 6-da zəng etdilər ki, vəziyyəti ağırdır, tez gəlin. Məndən əvvəl xəstəxanaya Rasim Balayev, Əminə Yusifqızı gəlmişdi. O biri aktyorlar da, dostları da gəlmişdi. Mən artıq bildim ki, atam dünyasını dəyişib. Onunla son dəfə görüşdüyüm, əlini sıxdığım, gözlərinə baxdığım anı heç bir zaman unutmayacağam. Sonra cənab prezident İlham Əliyev göstəriş verdi və atam 2-ci fəxri xiyabanda dəfn edildi.

- Vəsiyyəti nə olmuşdu sizə?

- Xeyr, heç nə vəsiyyət etməmişdi. Məndən və digər övladlarından çox razı köçdü bu dünyadan. Doğum günündə də “Şöhrət” ordeni ilə təltif edilmişdi.

- Əliabbas müəllimdən sizə bu gün yadigar olaraq nələr qalıb?

- Ondan mənə şəxsi əşyaları və bir də yaşadığı ev yadigar qalıb. Tamaşaçılara isə saysız hesabsız rolları. İstər filmlərdə, istərsə də teatr tamaşalarında.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15
Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41
Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35
“MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27
Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25
“Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10
Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru