“Kanallara nəzarət edən bədii şuralar kağız üzərində fəaliyyət göstərir...”
Tarix: 12-02-2021, 17:16 | Çap et
Bir neçə il bundan öncəyə qədər müğənnilər daha çox şairlərə və bəstəkarlara müraciət edir, ifa etdikləri mahnıların sözlərinə daha çox diqqət ayırmağa çalışırdılar. İndi isə gündəmdə olan mahnıların əksəriyyətini müğənnilərin özləri yazıb, arenjeman edirlər. Tanınmış musiqilərin söz yazarı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədlə bu mövzu ilə bağlı söhbət etdik. Moderator.az-ın suallarını cavablandıran Vüqar Əhməd hələ də şair və bəstəkara müraciət edən sənətçilərin olduğunu vurğuladı.
- Artıq yeni dönəmə qədəm qoymuşuq. Həm yeni mədəniyyət naziri təyin edilib, həm də yeni dönəmə qalib xalq kimi başlamışıq. Yəqin ki, bu yeniliklər sizin də işlərinizə və layihələrinizə təsir edəcək. - II Qarabağ müharibəsi Azərbaycanın zəfər tarixi kimi həyatımıza qızıl hərflərlə yazıldı. Çox həyəcanlı günlər idi. Gecə səhərə qədər yatmır, Ali Baş Komandanın azad olunmuş torpaqların siyahısını təqdim etməyini gözləyirdim. Bilirsiniz ki, yaradıcılığımın 30 faizini Qarabağa həsr etmişəm. Bu mövzu insanların indi daha çox yadına düşüb və başlayıblar Qarabağdan yazmağa. 44 günlük müharibə ərəfəsində müğənnilər gecə ilə keyfiyyətli, keyfiyyətsiz mahnılar yazdırmağa başladılar. 30 il idi ki, torpaqlarımız işğal altında idi. Bu illər ərzində 20 faiz işğal altında olan torpaqlarımızı tez-tez gündəmə gətirmək və bu mövzu üzərində kifayət qədər işləmək lazım idi.
- Bəs bundan sonra yaradıcılığınızı hansı mövzuya həsr edəcəksiniz?
- Bundan sonra da daha nisgilli yox, qələbə ruhunda yazmağa çalışacam. Hətta sizə deyim ki, biz həmin ərəfələrdə belə boş dayanmadıq. Belə ki, mərhum sənətkarımız Nailə Mirməmmədli ilə “Qələbə marşı”-nı işlədik. Həmin mahnını İlkin Əhmədov oxumalıdır. Şəbnəm Tofiqqızı ilə müharibəni əks etdirən mahnı hazırladıq. - Karantin dönəmində nələr etdiniz? Yəqin ki, yaradıcılıqla məşğul olmaq üçün kifayət qədər zamanınız olub.
- Karantin dönəmində “Rəsulzadə” romanım çap olundu. Bundan başqa “Koroğlu” dastanın motivləri əsasında “Koroğlu” romanım işıq üzü gördü. “Molla Nəsrəddin” ensiklopediyasını hazırladıq. Ədəbiyyat İnstitutunda rəhbərlik etdiyim Mətbuat tarixi və publisitika şöbəsinin xətti ilə Gülbəniz Babayeva ilə Təhminə Vəliyevayla birlikdə 500 səhifəlik bir ensiklopediya ərsəyə gətirdik. Bu cənab prezident İlham Əliyevin sərəncamı ilə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuşdu. Jurnalın ideya müəllifi İsa
Həbibəylidir. Yəni karantin günlərində də kifayət qədər işləmişik. Belə tarixi işdə imzam olduğu üçün şadam.
- Vüqar müəllim, sizi daha çox ötən illərin məşhur musiqilərinin söz yazarı kimi tanıyırıq. Bu gün trenddə olan musiqlərin sözlərini anlamaq, aydın etmək olmur. Bəzən sözlər o qədər bəsit olur ki, tamaşaçının ondan necə zövq ala bildiyini düşünməyə bilmirsən. - Bu danılmaz faktdır. Ola bilər ki, ifaçı istedadlı olsun, yaxşı səs tembrinə sahibləsin. Ancaq bir adam 3 istiqamətdə necə istedadlı ola bilər? Demirəm mümkün deyil, ancaq nadir hallarda olar. Bəzən görürsən ki, musiqi plagiatdır, mahnıdakı mətn söz yığınından başqa bir şey deyil.
Eləsi də var ki, gözəl şairdir, ancaq onun yazdığı mətn musiqiyə düşmür. Çünki musiqi duyumu yoxdur. Musiqidən kənar adamdır. Elə sözlər var ki, onlar nəğmə mətnində olmaz. Nəğmə mətnində müəyyən qədər sadəlik lazımdır. Musiqi ilə harmoniya təşkil etməlidir. - Bu işdə şans və naxış da müəyyən qədər rol oynayır.
- Elə şairlərimiz var ki, yaşı 60-ı keçsə də bugünə qədər mahnı yazmayıb. Görəndə ki, bu vaxta qədər tutuzdura bilməyib, tanınmır müğənnilərlə işləməyə başlayır. Oxuya bilməyən müğənnini efirdə tərifləyir ki, onun sözlərinə mahnı yazdırsın. Dünyasını dəyişən tanınmış xalq şairimiz bir dəfə mənə dedi ki, müğənnilər sözlərimə mahnı yazdırmırlar. Ona dedim ki, siz böyük şairsiniz, sadəcə olaraq yazdığınız sözləri musiqiyə düşməyib.
- Bu gün o bayağı mahnılar keyfiyyətli musiqilərdən daha çox dinlənilir.
- Tamaşaçı bütün günü efirlərdə o ifaçıları görür. Efirə kim çox çıxırsa elə bilir ki, həmin ifaçı yaxşı oxuyur. Ancaq şox şükür ki, bu gün peşəkar şairlər, bəstəkar və ifaçı triolarından gözəl nəğmələr yaranır. Az da olsa onlar hələ də fəliyyət göstərir. Hinddən, ərəbdən, farsdan musiqiləri oğurlayıb, yerinə söz qoşaraq Azərbaycan musiqisinə haram gətirirlər. Bu tək musiqidə belə deyil, incəsənətin digər növlərində də var. İndi yaradıcı insanları pul qazanmaq düşündürür. Onların 70 faizi “kimin cibini necə soyum?”- düşüncəsi ilə yaşayır. Karantin başlayandan da pul qazana bilmədilər. Bunları gördükdə Milli Elmlər Akademiyasında çalışan alimlərimizin bir qisminə heyran qalıram. Az maaşla yenə də vicdanla işləyirlər. - Sizcə televiziyalarımız bayağı musiqilərin reklamı və təbliğatı ilə məşğul olmurmu?
- Azərbaycan Dövlət Televiziyasını və Murad Dadaşov gəldikdən sonra Xəzər televiziyasını çıxmaq şərti ilə, digər televiziyalarda tez-tez bayağı musiqilərə rast gəlirik. İndi danışıram, bilirəm ki, həmin kanallar da sonra da məni qara siyahıya salacaq. Elə televiziyalar var ki, məni 13 il qara siyahıda saxlayıb. Elə ki, onları tənqid etdin qara siyahılarına düşürsən. Düzdür, əslində bu məni o qədər də maraqlandırmır, ancaq dediklərim danılmaz faktdır.
- Axı bunlara nəzarət edən Bədii Şura var. Bu ifaçılar efirə necə asan yol tapa bilir? - Kanallara nəzarət edən bəddi şura kağız üzərində fəaliyyət göstərir. İndi ən öndə gedən kanallarda bayağı müğənnilər at oynadır. Elə müğənnilər var ki, gözəl səsi olsa da oxuduğu mahnının sözləri bərbaddır, musiqisi, onun milli mənsubiyyəti bilinmir. Ancaq bütün günü efirlərdədir. Təbii ki, sözüm bütün kanallara şamil olunmur.
- Bəlkə də həmi ifaçıları sevən televiziya işçilərinin özüdür ki, onları dəfələrlə eyni verilişə dəvət edirlər.
- Məhəmmədhüseyn Şəhriyar deyirdi ki, “Bizdən irəlidədir Avropalılar, işi iş bilənə tapşırırlar”. Məhz bu səbəbdəndir ki, bizim televiziyalarımızda nümayiş olunan layihələr beynəxlalq televiziya standartları ilə ayaqlaşa bilmirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
|