"Qarabağ mediası tək Azərbaycan dilində yox, erməni və rus dillərində də yüksək səviyyədə fəaliyyət göstərməlidir"
Tarix: 10-02-2021, 08:07 | Çap et
Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib. İclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub. İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM - Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.
İclasda həmçinin, Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.
Vurğulandığı kimi, Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalı açılacaq. Təbii ki, bu gün regional radio və televiziya kanallarının işğaldan azad olunmuş ərazilərdə açılmasının çox böyük siyasi və tarixi əhəmiyyəti vardır. Başlıcası olaraq, bu regional radio kanalının Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox böyük əhəmiyyəti ola bilər. Ümumiyyətlə, qeyd edək ki, cəmiyyətin idarə olunmasında ən sərfəli vasitə kimi qəbul olunan "kağızsız və məsafəsiz qəzet" - teleradio bu gün həyatımızın bir parçasına çevrilib. Xüsusilə Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafında, ədəbi dilin təkmilləşdirilməsində, nitq mədəniyyətinin formalaşdırılmasında radionun xidmətləri danılmazdır. Radio zaman-zaman çoxmilyonlu Azərbaycan xalqına ümid, inam, sevinc və təsəlli olub. Hətta II Dünya müharibəsinin ən çətin günlərində Azərbaycan əsgərinin mərdliyindən, mübarizliyindən, qətiyyətindən, hünərindən məhz Azərbaycan radiosu söhbət açıb. O illərdə radio müsəlləh əsgər olub. Həm gecə, həm gündüz ayıq-sayıq dayanıb.
"Yuxu" nədir bilməyib. Həqiqətlərin yayılmasında çox mühüm rol oynayıb. Ümumiyyətlə, radio yarandığı gündən bəri öz fərdi xüsusiyyətlərinə görə bütün kütləvi informasiya vasitələrindən fərqlənib. Çünki radioya hər yerdə - dağda, bağda, düzdə, aranda, maşında, yolda - bir sözlə, hər məkanda qulaq asmaq mümkündür. Ona görə də bir sıra inkişaf etmiş ölkələrdə ictimai-siyasi xarakterli, dövlət əhəmiyyətli ən mühüm xəbərlər ilkin olaraq məhz radio ilə xalqa çatdırılır. Bu fakt uzun illər Azərbaycan radiosunun təcrübəsində də özünü təsdiqləyib. Xatırladaq ki, Azərbaycan radiosu da Vətənin ən ağır günlərində Azərbaycanın ucalan səsi, fəryadı, naləsi olub. Vaxtilə Azərbaycan radiosu itirilən yurd yerlərinin ağrısını yaşayıb. Qeyd edək ki, 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edirdi. Mənbələrdə yazılır:" ...Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatlar ötürülürdü. Lakin həmin faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi". Dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyillərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi. İndi isə radiolarımız Azərbaycanın işğaldan azad olunmuş Qarabağ torpaqlarımızdan bizlərə səslənəcək. Necə ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycan xalqına çatdırdı.
Xatırladaq ki, Azərbaycan Televiziyası radionun yaranmasından 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda televiziyanın fəaliyyət göstərməsi nadir hadisə sayılsa da, Dövlət Televiziyası Azərbaycanda yeganə TV deyildi. Bölgə televiziyası olaraq, Şuşa televiziyası da fəaliyyət göstərirdi. 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verirdi. Hətta 20 Yanvar faciəsi zamanı hamı AzTV-nin dağıdılması xəbərini Şuşa Televiziyasından almışdı. Bu günləri yenicə işğaldan azad olunmuş Dağlıq Qarabağ torpaqlarımızda regional radio kanalının açılması həm sevincli, həm də qürurvericidir.
Tanınmış media nümayəndələri Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılmasını yüksək dəyərləndiriblər və öz təkliflərini veriblər.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq"ə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə radio və televiziyanın, həmçinin regional radionun açılmasına çox böyük ehtiyac var idi. E.Mirzəbəyli vurğulayıb ki, açılacaq radio kanallarının sayı çox azdır, hətta 2-3 ola bilər:
"Alternativlər mütləq olmalıdır. Söhbət həm də orada yaşayan ermənilər üçün alternativlərdən gedir. Yəni yayım olaraq həm Azərbaycan, həm də erməni dillərində verilişlərin yayılmasına ehtiyac var. İlk növbədə erməni dilli əhalinin diqqətini Azərbaycanın informasiya məkanına yönəltməliyik ki, onlar Ermənistanın qismən də olsa informasiya məkanından qopsunlar. Bu, bizim üçün vacib amillərdəndir. Təbii ki, radionun və telekanalların yaradılması üçün komponentlər nəzərə alınmalıdır. Əvvəla, ortalığa keyfiyyətli bir iş qoyulmalıdır". Media təmsilçisi əlavə edib ki, orada fəaliyyət göstərəcək insanlar da kifayət qədər peşəkar olmalıdırlar: "Hər sözün ölçülüb-biçilməsinə ehtiyac var. Daha analitik, daha uzaqgörən, daha strateji hədəflərə hesablanmış proqramların hazırlanması vacibdir. Mənim qənaətimə görə, bunlar effektiv nəticələrə gətirib çıxara bilər".
Əməkdar jurnalist Natiq Məmmədli "Şərq"ə açıqlamasında qeyd edib ki, Qarabağda radio nümunəsində media təsisatının yaradılması ideyasını birmənalı alqışlamaq lazımdır. N.Məmmədli əlavə edib ki, Birinci Qarabağ müharibəsinə kimi o regionda Şuşa televiziyası da daxil olmaqla bölgə mətbuatı da çox yaxşı inkişaf etmişdi:
"İndi o ənənələri bərpa eləmək zamanın tələbidir. Radiodan sonra yəqin yerli telekanalın yaradılmasını müzakirə eləmək lazım gələcək. Mən istərdim Şuşada yerləşən Qarabağ media evi kimi bir qurum olsun. Mərkəzi mətbuatın müxbir məntəqələri ilə yanaşı region mətbuatının da inkişafına fikir vermək lazımdır. Qarabağ mediası tək Azərbaycan dilində yox, erməni və rus dillərində də yüksək səviyyədə fəaliyyət göstərməlidir ki, qarşı tərəfin regionun simasının necə dəyişməsindən, Azərbaycanın Qarabağa sülh və əmin-amanlıq gətirməsindən xəbəri olsun. İnanıram ki, bu istiqamətdə lazımi addımlar atılacaq".
Tanınmış diktor Eldost Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Dağlıq Qarabağ ərazisində ilk olaraq radio, televiziya və mətbuat orqanlarımızın olması labüddür. E.Bayramov qeyd edib ki, ən əsası da radionun birinci növbədə olması xüsusilə əhəmiyyətlidir: "Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Dağlıq Qarabağ torpaqlarımızda mətbuat orqanlarının olması çox mühümdür. Qeyd edim ki, Sovet vaxtında böyük şəhər və rayonlarımız daxilində də region radiolar fəaliyyət göstərirdi. Məsələn, mən özüm Qax radiosunda çıxış eləmişəm. Amma bu, tamamilə başqa bir şeydir. Təbii ki, bu, ilk növbədə Qarabağın Azərbaycan torpağı olmasının təsdiqidir. Buna görə də, dərhal müharibənin ardınca orada radionun olması çox vacib idi. Hesab edirəm ki, bu baxımdan hər şey vaxtındadır və düzgündür. Fikrimcə, burada birinci növbədə dövlətin siyasətini və xalqın mədəniyyətini, folklorunu təbliğ eləmək çox mühümdür. Müxtəlif dillər məsələsinə gəlincə, bu dillərdə verilişlərin yayımlanması dövlətin işidir. Qeyd edim ki, bu günləri ölkəmizdə yaşayan azsaylı xalqların dillərində neçə illərdir ki, radiomuz fəaliyyət göstərir. Neçə illərdir ki, erməni, rus, ləzgi, tat, fars dillərində işləyirlər".
"İdman" TV və Azərbaycan Radiosunun ortaq yayımında "Extra time" verilişinin aparıcısı İlkin Baba bildirib ki, bu xəbərə ən çox sevinən insanlardan biridir:
"Qarabağın səsi olacaq bu radionun fəaliyyətə başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yeni açılacaq regional radio reytinq üçün çalışmayacaq. Əksinə, öz dədə-baba yurduna qayıdacaq insanların qulaq yoldaşı, evində eşidiləcək doğma səsə çevriləcək. Qarabağa həyat qayıdır. Bu qayıdışı ən kiçik detalları ilə dinləyiciyə çatdırmaq öhdəliyi yerinə yetirilməlidir. Hər şeydən vacib məqam isə həmin radionun Qarabağdan səslənməsidir. Təsəvvürü belə insana qürur verir: "Şuşadan səslənirik"..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|