“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                 

Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi: - “Küçə musiqilərini efirlərdən yığışdırın!“
Tarix: 21-01-2021, 15:34 | Çap et
Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi:
“Mən bir sənətçi kimi mədəniyyət sahəsində dəyişikliklər olmasının tərəfdarıyam. Köksüz, küçə musiqiləri yığışdırılmalıdır, təbliğ olunmamalıdır”.

Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib. Sənətçi efirlərdə keyfiyyətli musiqinin təqdim olunmasının tərəfdarı olduğunu deyib:

“Mən demirəm ki, bu gün hər kəs simfonik əsərlərə, orkestrlara, operettalara qulaq assın, amma bizim mahnı janrında da musiqilərimiz var. Sovet dövründə o bəstəkarlar yetişmişdi, böyük əsərlər yazılırdı. Lakin bu gün bizdə bəstəkar kasadlığı var. Bəlkə də istedadlı bəstəkarlar yenə var, amma onları üzə çıxarmırıq, tanıtmırıq. Bu gün insanların əksəriyyəti daha çox sosial şəbəkələrdə olurlar orada çox şeyi görürlər. Bir milləti musiqisi, mədəniyyəti ilə tanıyırlar, əgər musiqi bərbad halda olarsa, xarici ölkə vətəndaşları bizim haqqımızda düzgün fikirdə olmayacaqlar. Deyəcəklər ki, sizin musiqiniz budursa, özünüz nə halda olacaqsınız? O üzdən ciddi şəkildə dəyişikliklərə ehtiyac var, mən Mədəniyyət Nazirinə müraciət edirəm ki, bu haqda bir ölçü götürsünlər, efirlərə qadağalar tətbiq olunsun, küçə musiqiləri efirlərdən yığışdırılsın. Sosial şəbəkələrdə nə edirlər etsinlər, onsuz da ömür boyu tör-töküntülər olub, amma bu gün efirlərimiz, radiolarımız keyfiyyətli musiqi, ifaçıları təqdim etməlidirlər. Niyə mən efirlərdən zəng gələndə min bir bəhanə ilə imtina etməliyəm? Çünki efirə gedirsən, səninlə yanaşı hansısa bir küçə musiqisini təbliğ edən ifaçını yan-yana oturdurlar. Bu da mənə xoş deyil, ona görə ki, mənim oxuduğum daha keyfiyyətli musiqidir, yaxşı aranjeman olunub və peşəkarcasına hazırlanıb. Onlar isə bilmirəm musiqiləri haralarda yazırlar, sintezatorla oxuyurlar”.

Müğənni yeni təyin olunan Mədəniyyət Naziri Anar Kərimovdan mədəniyyət sahəsində köklü dəyişiklər etməsini istəyib:

“Mən digər ölkələrə baxıram, müqayisələr edirəm, onlar səhnədə çox keyfiyyətli musiqilər təqdim edirlər, bir mahnıya xeyli sərmaye qoyurlar. Artıq sintezator ritmlərindən çıxmaq lazımdır, canlı musiqi alətlərindən istifadə olunmalıdır, yaxşı musiqiçilər mahnını təqdim etməlidir. Bir bu sahədə çox təəssüflər olsun ki, xeyli geridəyk və bizdən gələcək nəsillərə nə qalacaq bilmirəm... Amma hələ də o kefyiyyətli musiqiləri yaşadanlar var, məsələn, Teymur Əmrah, mən özüm. Mən çox vaxt retro mahnılarımıza yenidən nəfəs verirəm, qoymuram onlar itib-batsın. Yaxşı ifaçılar var ki, keçmiş musiqiləri yeni aranjemanda gənc nəsilə çatdırırlar. Mütləq deyil ki, o mahnıları olduğu kimi təqdim edək, çünki zəmanə, insanlar dəyişir, qulaq başqa bir şey eşitmək istəyir. Retro mahnını yeni aranjemanda, başqa bir stildə yenidən təqdim etmək olar. Necə ki, mən “O Sənli Günlərim” mahnısını oxumuşdum, ora saz əlavə etmişdik, sanki Şərqlə Qərbi birləşdirmişdik. Həmin mahnı çox sevildi. Bax, bu məsələləri mən mədəniyyət nazirindən çox rica edərdim. Bundan qabaq nə olubsa, olub, Anar müəllim belə şeylərə diqqət etsin, haqsızlıq, ədalətsizlik olmasın. Layiqli ifaçılar layiqincə qiymətləndirilsin, mən bunu həm özüm, həm də digər həmkarlarım haqqında deyirəm. Hər kəsə olduğu qədər qiymət verilməlidir, çünki insanlar illərdir bu yolda can qoyur, əziyyət çəkir, əmək sərf edirlər və onlar bunun bəhrəsini görməlidir. İstərdim ki, gələcəkdə bizim işğaldan azad olunmuş bölgələrimizdə musiqi məktəbləri açılsın, orada milli musiqi ilə yanaşı, Avropa musiqisi də tədris olunsun, bəstəkarlıq məktəbi açılsın. Gənc nəsilə peşəkar musiqini öyrənmək üçün şərait yaradılsın. İstərdim ki, Şuşanın özündə “Xarıbülbül”, “Beynəlxalq Şuşa festivalı”, Caz festivalları keçirilsin. Necə ki, “Eurovision” keçirilir, biz də Şuşada belə bir müsabiqə təşkil edək, bütün dünya ölkələrindən ora gəlsin. Mən Anar Kərimova bu işdə güc və səbr arzulayıram. Mən inanıram ki, o, bu işlərin öhdəsindən gələ biləcək. Əgər onu bu kürsüyə layiq görüblərsə deməli, onda potensial var. İnanıram ki, hər şey yaxşı olacaq. Azərbaycan musiqisini yüksəltmək lazımdır”.

N.Qafarzadə son vaxtlar ciddi müzakirələrə səbəb olan fəxri adlar məsələsinə də toxunub:

“Fəxri ad məsələsi Sovet dövründən qalmadır. Ancaq Sovetlər birliyində - Rusiyada, Ukraynada, Özbəkistanda hələ də fəxri adlar qalıb. Məsələn, Türkiyədə “Devlet Sanatçısı” deyilən qavram var, o da çox azdır. Siz heç eşitmisinizmi ki, Türkiyənin Xalq artisti Tarkan, Ajda Pekkan, Ebru Gündeş, İbrahim Tatlısəs deyilsin? Belə bir şey yoxdur, ona görə mən düşünürəm ki, əgər adlar verilirsə ədalətli verilsin. Bu günə qədər kimlər alıbsa, babalı öz boynuna, amma bundan sonra ya yığışdırsınlar, ya da layiq olanlar alsın. Mənim özümün böyük xidmətlərim olub, biləsiniz ki, mən yeganə ifaçılardanam ki, heç bir dövlət tədbirinə, xalq üçün təşkil olunan konsertlərə qonorarla getməmişəm. Hansı ki, onlara pul ayrılırdı, lakin mən heç vaxt bunu tələb etməmişəm, düşünmüşəm ki, mən xalqın sənətçisiyəm, bunu etməliyəm, heç bir təmənna istəməmişəm, vətəndaş olaraq bunu özümə borc bilmişəm. Bilirsiniz, bunun müqabilində insan istər-istəməz nə isə umur. Sənin əməyin, əziyyətin qiymətləndirilsin istəyirsən. Mən bu günə kimi saçımın tükü qədər tədbirlərdə iştirak etmişəm, konsert salonları doldurmuşam, böyük əsərlərə müraciət edib, orkestrla ifa etmişəm. Yəni bunlar yetmirmi? Bəlkə də əvvəllər fəxri ad üçün kimsə nəsə verib, tapşırılıb və s. Mən babal yumaq istəmirəm, göz şahidi olmamışam, amma deyiləınlərə görə, kimsə tapşırılıb, kimsə pul verib, “day-dayı” var imiş... Yenə də halal xoşları, özləri bilər. Amma bundan sonra gəlin ədalətli yanaşaq. Harada ki, ədalət var, orada da ruzi-bərəkət var, çalışaq heç kimin haqqına girməyək. Hər kəs öz haqqını alsın. Mən demirəm ad almayanlar yaddan çıxacaq, xeyr. Elə fəxri ad alanlar var ki, xalq heç onları tanımır, Azərbaycan musiqisində heç bir əhəmiyyəti, zəhməti olmayıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15
Ov mövsümü açıq elan edilib
Dünən, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru