Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? .....                     Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI .....                     Bu ərazilər nəzarətimizə keçə bilər .....                     Trampdan radikal addımlar .....                     “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                 

“Məcbur olub taxsi sürməyə başladım”
Tarix: 12-01-2021, 16:00 | Çap et
“Məcbur olub taxsi sürməyə başladım”
“Vaxt var idi bəzənib-düzənib hörmətli insanların iştirak etdiyi məclislərə gedirdim və əvvəlcədən danışdığım məbləği alırdım. İndi isə tanımadığın-bilmədiyin müştəriləri mindirirəm maşına”.

Bunu Lent.az-a açıqlamasında meyxanaçı Samirə Yusifqızı deyib. İllərdir müğənni və meyxanaçı kimi fəaliyyət göstərib, məclislərdə iştirak edən Yusifqızı indi o günləri xoş xatirələrlə yada salır. Buna səbəb isə...

“Bəli, bu pandemiya hamıya olduğu kimi, mənim də həyatıma və sənətimə pis təsir etdi. Belə deyim də, durumumuz çox pisdir. Elə indi də elədir”.

Buna görə də Yusifqızı başqa işlə məşğul olmaq qərarına gəlib:

“Məcbur olub taksi götürüb sürməyə başladım. Çətindir. Çox çətindir. Bir vaxtlar bəzənib-düzənib hörmətli insanların iştirak etdiyi məclislərə gedirdim və əvvəlcədən danışdığım məbləği alırdım. İndi isə tanımadığın, bilmədiyin müştəriləri mindirirsən maşına. Əlbəttə, bilmirsən o müştəri sənə nə sürpriz eləyəcək. Hərə bir cür olur. Bir şey deyim, əli yüzlüklərlə oynayan Samirə indi qəpiklərlə əlləşir”.

Samirə xanımın səsindəki ümidsizliyi eşidib “hər şey yaxşı olacaq” desəm də, buna çox inanmadı...

“Sağ ol canım, sağ ol. Amma o günlərin geri gəlməyinə inanmıram. Toylar, məclislər ola bilər. Əlbəttə, olacaq da. Amma nə əvvəlki işlər olacaq, nə də həmin o qazanc”.

Bəli, Samirə xanım bu vəziyyətdən çıxmaq üçün tamamilə fərqli bir peşə, taxsi sürücülüyü ilə məşğul olmağa başlayıb. Amma onu da deyim ki, şou-biznesdə sənətini dəyişən təkcə o deyil. Bu sıraya Türkan Vəlizadəni və Nura Suri də daxildir.

Nura Suri indi özəl şirkətlərdən birində Reklam və ictimai əlaqələr şöbəsinin müdiri işləyir. Türkan Vəlizadə isə özəl klinikalardan birində menecerdir. Açıqlamalrının birində bu işə ehtiyacı olduğunu da vurğulamışdı:

“Klinikanın sahibi mənə təklif etdi ki, birgə çalışaq. Razı oldum. İndi bütün müğənnilərin vəziyyəti çətindir. Amma səbir etmək lazımdır".

Müğənni Ayaz Qasımov vəziyyətin belə olmasından şikayətlənsə də hələ ki əlavə işlə məşğul olmur:

“Gözləmə mövqeyindəyəm. Gələcəkdə biznes qurmağı düşünürəm. Onsuz da indi qida və tibb sektorundan başqa heç bir sahə normal işləyə bilmir. Çox güman ki, mən də qida sektoruna üz tutacam. Çünki nə olur-olsun bu sektor daim işləyir. Bu pandemiyada buna bir daha şahid olduq”.

Bəs sənətçilərin işlərini tamam fərqli sahə ilə əvəzləməsi onlara nə kimi təsirlər edə bilər? Psixoloq Əfsanə Rüstəmova bildirib ki, əvvəllər peşə dəyişmək fərqli səbəblərdən idisə, indi bu pandemiyaya görə baş verir:

“İxtisas və peşə seçimi həmişə insanları narahat edən və doğru qərar verilərsə, həyatını dəyişən addım olub. Həyat normal tempində davam edəndə də insanlar müəyyən zamanda ixtisas və ya işlərində radikal dəyişimlər edirdilər. Bu addımı atmağa onları işdəki məsuliyyətləri, iş qrafiki, yaxud, sadəcə həmin işdə xoşbəxt olmamağı vadar edirdi. Hazırda ölkəmizdə və dünyada bir ilə yaxındır davam edən pandemiya dönəmi əksər sahələrdə məhdudlaşmalar, azalmalar və ya sahənin tamamən bağlanması kimi fəsadlar yaratdı. Əslində, bu hardasa anlaşılandır. Lakin müddətin bu qədər uzun olacağını heç kəs təxmin etməmişdi. Müddət uzandıqca ehtiyat da tükənir, bu isə insanları daha da gərginləşdirirdi. Alternativ addım kimi peşə dəyişənlər də oldu. Mikrafon yerinə əlində pambıq gözləyən müğənnilər, idman aləti yerinə inşaatda daş qaldıran gənclər, xidmət sahəsində içki qapağı açan oğlanlar yerinə marketdə paket açan uşaqlar... Bu, əlbəttə, arzuolunan bir əvəzləmə deyil. Amma hazırda keçim məcburiyyəti insanları bu addımı atmağa məcbur edir. Bu addım onları xoşbəxt etməsə də, günlük güzəranlarını təmin edir”.

Psixoloq bildirir ki, bu dəyişikliklər öz təsirini də göstərəcək:

“Müasir gəncliyin "comford zona" anlayışına zidd olan bu gedişat, əlbəttə, təsirsiz ötüşməyəcək. Lakin hamılıqla gözləntimiz bu pandemiya dönəminin və məhdudiyyətlərin bitməsi və hər kəsin xoşbəxt olduğu sahəyə geri dönməsidir. Bitəcəyinə əmin olduğumuz bu dönəmin psixoloji sakit keçməsi özümüzü və çevrəmizi gərginləşdirən hər şeydən uzaqlaşmaqdan başlayır. Əmin olun ki, bu dəyişim və təcrübə nə vaxtsa bizə fayda qatacaq. Amma necə?! Bunun üçün sağlamlığımızın qeydinə qalıb yaşamağa davam etmək lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03
Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05
Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15
Ov mövsümü açıq elan edilib
Dünən, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru