Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                 

Bolşoy Teatrın Qarabağda döyüşən artisti: - “Heç bir pis fikrim yox idi”
Tarix: 21-12-2020, 10:20 | Çap et
Bolşoy Teatrın Qarabağda döyüşən artisti:
Azərbaycan əsgərlərindən heç biri ölüm haqda fikirləşmirdi, nə olursa-olsun, onlar üçün ən əsası qələbəyə doğru getmək, Azərbaycan torpaqlarını işğaldan azad etmək idi. Bu barədə Sputnik Azərbaycan-la söhbətində Bolşoy Teatrın Gənc opera proqramının artisti, tenor Atəş Qarayev deyib. O, Moskvaya qayıtmaq əvəzinə cəbhəni, əsgər formasını seçib.

Vokalçı Süleyman Ələsgərov adına musiqi məktəbini, Şuşa musiqi kollecini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Uzun müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dəvət olunmuş solist kimi işləyib.

Qarayevin həyatı 2019-cu ildə dəyişib – həmin vaxt Rusiyanın Bolşoy Teatrının nümayəndələri özlərinin opera proqramları üçün gənc istedadlar axtarmaq məqsədilə Bakıya gəlibmişlər. Atəşin ifası onların elə xoşuna gəlib ki, Rusiya və MDB ölkələrindən olan gənc müğənni və pianoçuların peşəkar təkmilləşmə kursu keçdikləri proqram çərçivəsində ona müqavilə təklif ediblər. Təəssüf ki, koronavirus pandemiyası səbəbindən Atəş Vətənə qayıtmalı olub. Sonra isə Bolşoy Teatr iyulun əvvəlində işinə başlasa da vokalçı Moskvaya uça bilməyib.

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də əks-hücum əməliyyatı başlayanda Atəş Qarayev hərbi komissarlığa gedərək orduya könüllü yazılır. Artistin sözlərinə görə, əvvəlcə onu göndərməyib, ehtiyac olmadığını bildiriblər, ancaq o, təkid edərək istəyinə nail olub. Sabahı gün Atəşə zəng ediblər və o, sentyabrın 30-da cəbhəyə yola düşüb.

“Biz hazırlıq kursu keçdik, sonra isə bizi Füzuliyə göndərdilər. Hər birimiz döyüşə can atırdıq, çünki Azərbaycan torpaqlarını azad etməyi arzulayırdıq. Cəbrayıl, Hadrut, Xocavənd istiqamətindəki döyüşlərdə oldum. Biz qələbəmizə inanırdıq, ona görə dayanmadan irəli gedirdik. Hər kər hər şeyə hazır idi. Anlayırdıq ki, geriyə yol yoxdur”, - Qarayev deyir.

Hər bir əsgər üçün olduğu kimi, Atəş üçün də döyüş yoldaşlarının həlak olması ağır gəlirdi. Onun sözlərinə görə, hamı müharibənin itkisiz başa gəlmədiyini anlayırdı. Döyüşlərdən birində Atəşin xalası oğlu Əhmədov Natiq Namiq oğlu şəhid olur. Qarayev deyir ki, ən çox itkiləri Ərgünəş tərəfdə olub. Müğənni bildirir ki, onları hər tərəfdən elə intensiv atəşə tutubmuşlar ki, oradan sağ çıxacağına inanmırmış. Atəş etiraf edir ki, bu döyüş onun üçün mənəvi cəhətdən ən ağır olanı idi.

“Füzulidən Şuşa dağlarınacan piyada getdik. Şuşanı azad eləmək üçün dördcə kilometr qalmışdı. Orayacan yolumuz 10 gün çəkmişdi. Sonra bizə dedilər ki, bizim xüsusi təyinatlılarımız unikal əməliyyat keçirərək Şuşanı düşməndən təmizləyiblər. Bu bizim üçün ən sevindirici xəbər oldu. O hissləri sözlə ifadə eləmək çətindir. Ermənistanın kapitulyasiya etməsi xəbərini alanda sevincimiz ikiqat oldu, bu, rəsmi olaraq Azərbaycanın Vətən müharibəsində qələbəsi demək idi”, - Qarayev qeyd edir.

44 günlük müharibə ərzində həmsöhbətimiz döyüş yoldaşlarının əhvalını yüksəltmək üçün mahnılar oxuyurmuş. Atəş deyir ki, Qarabağda oxuyanda qeyri-adi emosiyalar yaşayıb. Atəş Qarayev nəinki döyüşlərdə iştirak edən, hətta Qarabağda ilk dəfə çıxış edən opera müğənnisi olduğu üçün çox şaddır.

“Mənim üçün daha çox valideynlərim narahat olurdular. Onlara həmişə deyirdim ki, gec-tez Qarabağda müharibə yenə başlayacaq və mən cəbhəyə gedəcəm. Bu mənim arzum idi. Valideynlərim mənim vətəndaş mövqeyimi, qərarımı bilirdilər və mənəvi cəhətdən buna hazır idilər. Evdən çıxanda görüşmədim, dedim ki: “Qarabağa döyüşməyə gedirəm, ölməyə yox!” Heç bir pis fikrim yox idi, bilirdim ki, öz torpaqlarımızı azad etməyə gedirəm”, - Qarayev danışır.

İndi vokalçının valideynləri onunla fəxr edir, səbrsizliklə evə dönəcəyi günü gözləyirlər. O isə hələlik xidmətdədir və nə vaxt qayıdacağını dəqiq bilmir.

Müharibə Atəşin dünyagörüşünü dəyişib. O deyir ki, döyüşdə olan hər kəs mənəvi cəhətdən böyüyüb. Atəş Qarayev Azərbaycan üçün vacib olan belə tarixi hadisənin iştirakçısı olduğu üçün xoşbəxtdir. Artıq hər şey yaxşıdır, Azərbaycan torpaqları azad olunub, insanlar yenidən öz torpaqlarında yaşaya biləcəklər, Atəş deyir.

Bolşoy Teatrın Qarabağda döyüşən artisti:
Bolşoy Teatrın Qarabağda döyüşən artisti:











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Bu gün, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Bu gün, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Bu gün, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Bu gün, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Bu gün, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Bu gün, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru