Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                 

“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Tarix: 3-12-2020, 08:32 | Çap et
“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Yazıçı, dramaturq Əli Əmirli Moderator.az-ın qonağı oldu.

Onunla söhbətimizdə tarixi qələbəmizin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına gətirə biləcəyi yeniliklərdən danışdıq.

- Əli Əmirli tarixi qələbəni necə qeyd etdi?

- Hamı kimi, böyük coşqu ilə. Bu coşqunun hislər palitrası çox zəngindir. Ağdamlı olsam da, məhz Şuşanın azad olunması, özü də əlbəyaxa döyüşlə azad olunması... bu xəbəri Ali Baş Komandanın dilindən eşidəndə bəlkə də ömrümdə ilk dəfə hönkürdüm, bir müddət gələn telefon zənglərinə cavab verə bilmədim. Şah Qacarın anası Ceyran xanım çoxdan gözlədiyi xoş bir xəbəri alanda deyir: "Ahıl yaşda belə xoşbəxtliyi sinirmək çətindir". Amma biz sinirə bildik, otuz il bundan qabaq əyilmiş qəddimiz düzəldi. Bizim nəsil indiki gənc nəsilə böyük bir Qarabağ problemi miras qoymuşdu, Qarabağsız Azərbaycan. Azərbaycan əsgəri, bu günün qəhrəmanı isə öz övladlarına Qarabağlı bütöv Azərbaycanı ərmağan edəcək. Bu, çox böyük xoşbəxtlikdir. Əlbəttə, ömrünün ən gözəl çağlarında şəhid olan gənclərimizə görə biz həm də əzab çəkirik, amma nə etməli? Evinə gəlib girən, hələ bu azmış, sənə həqarət edən düşmənə xoşgəldinmi deməliydik? Deyir hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır. Bu müharibə şərəf davası, Vətən müharibəsi idi, bu müharibədə biz qələbə çalmasaydıq, dünya bizi uf demədən tapdalayardı, dost da üz çevirərdi, düşmən də. Nə xoşdur qalib olmaq!

- Sentyabrın 27-dən bu günə qədər yaşadıqlarımızı bir sənət adamı olaraq necə ifadə edərdiniz?

- Sənət adamı kimi deyil, sayı milyonlarla ölçülən sıradan bir azərbaycanlı kimi deyərdim, rəşadətli Azərbaycan ordusu bizi dost qınağından, qonşu tənəsindən, düşmən həqarətindən qurtardı. Dünyanın reallığı çox vaxt haqqın tərəfində deyil, gücün tərəfində dayanır, güclə hesablaşır, amma bizim qəhrəman oğullarımız öz gücü, qüdrəti ilə bütün dünyaya sübut elədi ki, haqq nazilər, üzülməz. Çünki qələbə haqqın mahiyyətindədir, o bəzən məğlub görünsə də, qalibdir. Necə ki, demokratiya örpəyinə bürünmüş, üzü üzlər görmüş qoca Avropaya bu ali həqiqəti anlatdıq. Onlar hələ də hirsdən-hikkədən çığırırlar.

- Sizcə, bu qələbə Azərbaycan ədəbiyyatında yeni bir dönəm yarada biləcəkmi?

- Ədəbiyyat, teatr, kino, şübhəsiz, həyatın, reallığın güzgüsüdür, amma bu güzgünün göstərmə qabiliyyəti nə dərəcədə bədiidir, bu başqa söhbətin mövzusudur. Əlbəttə, xalqımızın həyatında baş verən bu möhtəşəm, inqilabi qələbə ədəbiyyata təsir etməyə bilməz, amma siz deyən dönüş və ya böyük ədəbiyyatın yaranması üçün bu azdır. Ədəbiyyatda dönüşün yaranması üçün müharibənin və ya qələbənin olması həlledici ola bilməz. Əksinə, aktual mövzu çox vaxt zəif əsərlərlə ədəbiyyatı korlayır, çirkləndirir, gözdən salır, ədəbiyyatı təbliğat vasitəsinə çevirir. Ədəbiyyatın özünün sənət missiyası var, o bu missiyaya sadiq olmalıdır, dəbdə olan mövzu arxasında gizlənməməlidir.

- Necə hesab edirsiniz, bu qələbədən sonra teatrlarımızda vətənpərvərlik ruhunda hazırlanmış tamaşalar repertuardan çıxarılmalıdırmı?

- İstər vətən, istərsə də başqa mövzunun heç bir günahı yoxdur, onun təqdimatı zəifdirsə, gözəl bir hissi gözdən salırsa, mövzu neynəsin? Sizin suala gəlincə, bir az əvvəl dedim, aktual mövzu çox vaxt ədəbiyyata da, teatra da zərər vurur. Vətənpərvərlik mövzusunda tamaşaların repertuardan çıxarılması məsələsinin qələbəmizlə əlaqələndirilməsini nəzərdə tutursunuzsa, tələsməyək, hər şey məqamında həllini tapacaq. Bir halda ki, teatrlar heç tamaşa göstərmək imkanında deyil. Teatr özü bu gün heç bir cəhətdən aktual deyil.

- Adətən, bizdə beynəlxalq arenaya çıxarılası filmlərimizi və layihələrimizi daha çox xarici rejissorlara və ssenaristlərə həvalə edirlər. Sizcə xarici ssenarist və rejissorlar Qarabağ həqiqətlərini bizdən dahamı yaxşı çatdıra bilərlər?

- Bu vaxta qədər mən xarici kino mütəxəssislərinin ölkəmizin sifarişi ilə çəkdiyi filmlərin nə ölkə daxilində, nə də xaricdə böyük uğur qazandığını eşitməmişəm. Əlbəttə, peşəkar dramaturqu, məşhur rejissoru, usta operatoru böyük qonorar hesabına hansısa layihəyə cəlb etmək olar, ortaya çıxarılması ayıb olmayan film də alına bilər, amma o filmdə milli ruh olmayacaq, olmur da. Ruh olmayanda isə tamaşaçı duyğulanmır, içi titrəmir. Hollivud filmi var, orda avantürist bir rəssam Rembrandtsayağı bir portret çəkir, bütün mütəxəssislər iddia edir ki, həqiqətən bu Rembrandtın fırçasına məxsusdur, tək bir nəfər - gənc sənətşünas xanım deyir ki, bu Rembrandt deyil, "poddelkadır". Məqam düşəndə rəssam o xanımdan soruşur, sən nədən bildin bu Rembrandt deyil. Xanım cavab verir, mən Rembrandtın əsərlərinə baxanda içimdən qəribə bir titrəyiş keçir, bu portretə baxanda o titrəyiş olmadı. Sizin dediyiniz o filmlər də heç bir titrəyiş yaratmır. Ona görə də ən gözəl sifarişləri də bizim hazırda yetişməkdə olan gənc kinematoqrafçılarımıza vermək, onlara güvənmək lazımdır. O evin işığı bu evi işıqlandıra bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru