“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                 

"Bizim bəstəkarlar marş yazanda Türkiyədə heç marş yazan yox idi"
Tarix: 2-12-2020, 08:36 | Çap et
"Bizim bəstəkarlar marş yazanda Türkiyədə heç marş yazan yox idi"
Azərbaycan 44 günlük müharibədən qalib, zəfər qazanan tərəf olaraq çıxdı. Həm döyüş, həm də siyasi meydanda qazanılan qələbənin, zəfərin sayəsində 30 il işğalda olan torpaqlarımız yenidən öz azadlığına qovuşdu.

Bəs bu zəfərin, qələbənin şərəfinə hansı marşlar yazılır?

Məlum olduğu kimi, hərbi marşlar, vətənpərvərlik mövzusunda yazılan mahnılar insanlara böyük ruh yüksəkliyi verir. Həm birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi günlərində ən çox dinlədiyimiz, ifa etdiyimiz 90-cı illərdə Cavanşir Quliyevin yazdığı “Marş irəli!”, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının “Cənab leytenant”, “Vətən əmanəti” və bu kimi digər mahnılar oldu. Lakin indi daha çox zəfər və qələbə marşlarına böyük ehtiyac yaranıb. Təkliflər var ki, Türkiyənin “30 avqust marşı”, “İzmir marşı”, “Sakarya marşı”, “Silahlı Qüvvələr marşı”, “Qaradəniz marşı”, “Gənclik marşı” olduğu kimi bizdə də Şuşa, Füzuli, Cəbrayıl, Kəlbəcər və s. azad edilən ərazilərə aid zəfər marşları yazılsın.

Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bizim bəstəkarlar marş yazanda Türkiyədə heç marş yazan yox idi. Zamanında Üzeyir Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov çox gözəl marşlar yazıblar, hansı ki, həmin marşlar müharibə dövründə mütəmadi səslənirdi. Hazırda da bəstəkarlarımız tərəfindən gözəl marşlar yazılıb. Məsələn, deyə bilərəm ki, Azər Dadaşov, Lalə Cəfərova, Elnarə Dadaşovanın yeni marş əsərləri var. Hətta bugünlərdə xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də çox gözəl marş yazıb. Bildiyiniz kimi, Firəngiz xanım adətən iri həcmli əsərlərə müraciət edir, amma gördüyünüz kimi, o da marş yazıb. Çox sevindirici haldır ki, 44 gün ərzində yalnız vətənpərvərlik mahnıları, marşlar eşitdik. Cavanşir Quliyevin 90-cı illərdə yazdığı ”Marş irəli!" nəyə desəniz dəyər. Vətən müharibəsi dövründə bu marş demək olar ki, leytmotiv oldu, hər kəs onu oxuyurdu.

Bir faktı da qeyd edim ki, bugünlərdə bəstəkarlarımız 30-a yaxın vətənpərvərlik mahnısı və marşlar yazıb. Təkcə peşəkar bəstəkarlar deyil, həvəskar bəstəkarlar da bu mövzuya çox müraciət edib. Deyə bilmərik ki, onların hamısı yaxşıdır, amma yazılır".

Tanınmış bəstəkar Firudin Allahverdi isə məsələ ilə bağlı bu cür rəy bildirdi: “Şübhə etmirəm ki, indi bəstəkarlarımız bu mövzuya müraciət edir, üzərində işləyir. Kimisi mahnı, kimisi marş, kimisi də daha irihəcmli əsər yazır. Sadəcə, musiqi əsərinin məhsul kimi hazırlanması texniki baxımdan çox vaxt alan məsələdir. Məsələn, şairlərin bəxti gətirib, onlar sadəcə kompüterdə vörd açıb, öz şeirlərini yazıb daha sonra onu lazımi yerə və yaxud saytlara göndərirlər. Hətta bunu sosial şəbəkə üzərindən etmək imkanları da var. Beləliklə də şeirləri dərc olunur və iş bitmiş sayılır. Rəssamlar isə kətan və yaxud başqa ifadə vasitəsi varsa, onu tapıb, üzərində işləyir, çəkə bilirlər. Bəstəkarlarda isə bu iş kifayət qədər çətindir. Tutaq ki, bəstəkar ilhamlandı, şeir də tapdı, marş da yazdı. Bu ən yaxşı halda bəstəkarın özü yazıb, pianoda səsləndirib, telefona çəkdiyi versiyadır, hansı ki, bu dinləyicilərə böyük təsir göstərmək iqtidarında olmayan bir formatdır. Bu format yalnız professional musiqiçilər aydın ola bilir. Yazılan musiqinin yaxşı səslənməsi üçün bəstəkar bir qədər xor yığmalı, böyük studiya tapmalıdır. Ən əvvəl isə bəstəkar hər bir musiqiçinin ifa edəcəyi partiyaları yazmalıdır. Deyək ki, bütün bunların hamısı hazır oldu, bəstəkarın bundan sonrakı işi hamı üçün uyğun vaxt təyin edib, onları bir yerə yığmaq, studiyaya ödəniş edib, mahnısını və yaxud əsərini yazdırmaqdır. Yəni göründüyü kimi, bu, texniki mənada çox çətin bir prosesdir və böyük resurslar tələb edir - insan resursu, orkestr, xor, intellektual resurs və sairə. Və yaxud bəstəkar çox sadə variant tapıb, sadəcə sintezatorda ifa edəcək, hansı ki, bu üsuldan çoxları istifadə edir. Lakin sonda çox keyfiyyətsiz məhsul alınır. Düşünürəm ki, bütün bunlar səbəb olur ki, bizim bəstəkarlarımız hələ ki yeni marşlar təqdim etmir”.

Əməkdar artist, bəstəkar Elza Seyidcahan qeyd etdi ki, zəfər, qələbə mövzusunda bir sıra mahnılar yazıb: “Vətən müharibəsi günlərində bu mövzuda xeyli sayda mahnılar yazdım. Onlardan ”Ər, ərənlər" adlı, B.Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə yazdığım musiqini qeyd edə bilərəm. Ordumuz Vətən müharibəsində böyük şücaət göstərdi. Xalqımız birlik nümayiş etdirdi, atalar deyib, el bir olsa, dağ oynadar yerindən. Biz bütün dünayaya bir yumruq olduğumuzu sübut etdik. Xalqımızla fəxr edirəm. 30 il nisgillə yazdıq, oxuduq. Amma şükürlər olsun ki, hər şey bir göz qırpımında dəyişdi, biz zəfər qazandıq. Doğrudur, hələ də bir çoxumuzda bu nisgil qalıb, çünki şəhidlərimiz var. Şəhidlərimizi heç zaman unutmayacağıq, onların ruhunu hər zaman əziz tutacaq, anacağıq. Lakin artıq qəmdən, kədərdən deyil, zəfərdən, qələbədən yazıb oxumalıyıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru