Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Milli Qəhrəman ilə 2 nazirlik arasında mənzil qalmaqalı
Əsas Səhifə > Siyasət, Manşet > Milli Qəhrəman ilə 2 nazirlik arasında mənzil qalmaqalı

Milli Qəhrəman ilə 2 nazirlik arasında mənzil qalmaqalı


19-01-2019, 12:23
Milli Qəhrəman ilə 2 nazirlik arasında mənzil qalmaqalı
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılov məhkəmə qarşısına çıxacaq.

AzNews.az-ın məlumatına görə, mənzilin adına rəsmiləşdirilməsinə görə Maliyyə Nazirliyini Bakı İnzibati İqtisad Məhkəməsinə verib. Məhkəmədə 3-cü şəxs qismində isə Müdafiə Nazirliyinin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, Bakı İnzibati İqtisad Məhkəməsi Milli Qəhrəmanın iddiasını təmin edib. Bundan sonra 1-ci instansiya məhkəməsinin çıxardığı qərardan narazı qalan Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

Yanvar ayının 22-də hakim Elmira Nağıyevanın iştirakı ilə Fəxrəddin Cəbrayılovun məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Geri qayıt