Ənvər Seyidəliyevin rəhbərlik etdiyi rayona yaşam şərtləri minimum həddə enməkdədir – Belə getsə Ağsuda kimsə qalmayacaq...
Tarix: 13-02-2015, 08:43 | Çap et
DİA.AZ: - Ağsu rayonunda bütün sahələrdə geriləmələr davam edir. Bir müddət öncə rayon mərkəzinin əsas bir neçə küçəsində aparılan kosmetik işlər də kölgədə qalıb. Çünki rayon İH-nin başçısı Ənvər Seyidəliyevin göstərişi ilə istinad divarlarına vurulan uzlük daşlar da iş başa çatmamış sökülməyə başlayıb. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, səbəb də budur ki, başçının bacısı oğlu, ƏƏSM naziri Səlim Müslümov görülən bəzək-düzək işlərini bəyənməyib və işlərin yenidən başlanmasına əmr verib. Əslində isə məsələnin mahiyyətində büdcədən asan yolla pul silinməsinin dayandığı bildirilir.
diaaz.space-a ayrı-ayrı sakinlər tərəfindən göndərilən müraciətlərdə müxtəlif sahələrdəki özbaşınalıqlara toxunulur. Belə müraciətlərin bir neçəsi Ağsu EŞ-in fəaliyyətindəki ciddi nöqsanlardan bəhs edir. Belə ki, rayonun işıq sisteminin bərbad vəziyyətdə olduğu vurğulanır:
“Hər gün istər rayon mərkəzində, istərsə də kəndlərdə elektrik enerjisi fasilələrlə verilir. Gün ərzində işıqlar 4-5 dəfə söndürülür. Bunun bir səbəbi avadanlıqların, yağ açarlarının, dirəklərin və naqillərin çoxdan istifadə müddətini keçməsi ilə əlaqədardırsa, bir səbəbi də xətlərin həddən artıq yüklənməsi ilə bağlıdır. Ağsunun özündə “şəhər-2” adlanan xətt var ki, gücündən 2-3 dəfə artıq obonentlərə xidmət göstərmək məcburiyyətindədir. Bu barədə həmin ərazidə yaşayan sakinlər və sahibkarlar dəfələrlə “Azərenerji” ASC-nin rəhbərliyinə və digər yuxarı qurumlara yazılı və şifahi şikayətlər ediblər, lakin məsələ ilə maraqlanan olmayıb. Camaat öz vəsaiti hesabına yeni transformator da alıb ki, normal işıqla təmin olunsun, lakin transformator bir ildən yuxarıdır ki, quraşdırılmır. Ağsu EŞ-dən bildirirlər ki, Qəbələ REŞ-in rəhbərliyi buna icazə vermir. Nəticədə əhali tez-tez “yoxa çıxan” 80-100 volt enerjinin ümidinə qalıb...” – deyə, müraciət edənlər yazırlar.
İşıq sahəsindəki digər acınacaqlı vəziyyət kəndlərlə bağlıdır. Bu barədə şikayətçilər belə qeyd edirlər: “... Kəndlərə işıq dirəkləri ötən əsrin 60-70-ci illərində çəkilib. Həmin dirəklər istifadə müddətini çoxdan keçib. Gözünüzlə görsəniz ki, indi həmin dirəkləri çəpərlər, ev divarları, yaxud da məftillər saxlayır, onda vəziyyətin nə yerdə olduğuna əyani şahid olarsınız. Narazılıq bildirəndə isə işıq işçiləri “Azərenerji”dən heç bir mal-material almadıqlarını söyləyirlər. Əvəzində camaat qaranlıqda yaşamağa məhkumdur. Avropadan belə, qaz-işıq satan XXI əsr Azərbaycanının kəndləri işıq üzünə həsrət qalıb. Çox gülməlidir!..”
Kəndlərin elektrik enerjisi ilə təmin olunmasındakı daha gərgin vəziyyət Ləngəbiz xəttindədir. Sakinlər diaaz.space-a bildirir: “... 7-8 kəndi işıqlandıran bu xətt lap biabırçı vəziyyətdədir. Əgər bu kəndlərdən birində kimsə evinə razetka qoydurursa, yaxud bir həyətdə məftil qırılıbsa, sayğac dəyişdirilirsə, dirək aşıbsa, montyorun zəngilə işıq idarəsi digər kəndlərin də, yəni minlərlə obonentin də işıqlarını söndürürlər, - ta ki, o iş düzələnədək hamı qaranlıqda qalır. Mühəndislərlə əlaqa saxlayanda da, deyirlər, ayrıc yoxdu, ona görə ümumi söndürürük. Daha dərdimizi deyəcəyimiz yer qalmayıb, çünki rayon və enerji rəhbərliyi bu məsələlərlə bağlı dəfələrlə məlumatlandırılıb. Amma nəticə yoxdur...”
Başqa bir müraciətdə isə Ağsunun böyük kəndlərindən olan Bico kəndinin elektrik enerjisi təchizatındakı bohrandan danışılır: “... Kənddə mövcud olan 4 tranformatordan birinin qoruyucuları bir ilə yaxındır ki, yanıb. Ona görə kəndin boyük hissəsi 3 faza əvəzinə 2 faza ilə qidalandırılır ki, buna da işıq demək olmaz. Dəfələrlə rayon başçısına, fövqəladə hallar üzrə başçının müavininə şikayət olunub, əvəzində “biz bilmərik” cavabını almışıq. Dekabr ayında “Azərenerji”yə ünvanlanan məktuba cavab gəldi ki, 2015-ci ilin son gününədək sözügedən transformator əvəzlənəcək. Ancaq bu günədək məsələ həllini tapmayıb. Qeyd edək ki, həmin transformatordan əvvəl onun yerində 450 kv-lıq transformator var idi. Onu təmirə apardılar, əvəzində indiki 150 kv-lıq transformatoru gətirib qoydular. Onun da aqibəti göz qabağındadı, - gücü az olduğundan sıradan çıxdı. Eşitmişik ki, əvvəlki 450-kv-lıq transformatoru icra başçısı təmirdən sonra özünə məxsus təsərrüfat sahələrindən birinə apartdırıb istifadə edir...”
Qəribə deyil ki, redaksiyamıza ünvanlanan müraciətlərin hamısı eyni sonluqla bitir: ” İnanmırıq ki, ölkə rəhbəri, cənab prezident İlham Əliyevin bu olanlardan xəbəri var. Dövlət başçısı elektrik enerjisi sahəsində yeni islahat və dəyişikliklərə start verib. Ümid edirik ki, cənab Prezident bizim də səsimizi eşidəcək və işıq sahəsindəki çətinliklərmizin aradan qaldırılmasında bizə öz göstərişləri ilə yardımçı olacaq!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|