Azərbaycanda təhsil adına daha çox şou yaradırlar - Təhsilimizdə “müsabiqə sindromu” - Mikayıl Cabbarovun töhfəzi bundan ibarətdir...
Tarix: 8-12-2014, 09:02 | Çap et
DİA.AZ: - Deyəsən, tez- tez keçirilən və “geniş auditoriya” toplayan gözəllik yarışmaları təhsilimizə də sirayət edib.Təhsil Nazirliyinin həftə səkkiz, mən doqquz elan etdiyi müxtəlif müsabiqələr mənə unudulmaz klassıkimiz Mirzə Ələkbər Sabirin artıq çoxları tərəfindən çoxdan bəri unudulmuş bir şer parçasını xatırlatdı: Beş deyil,on beş deyil, hər yan baxırsan, var madam, Ev madam, mənzil madam, balkon madam, talvar madam, Sirk madam, qəstin madam, pasaj madam, bulvar madam, Müxtəsər,əqlim çaşıb, ey dad-bidad, Ərdəbil ! İndi də sabiranə desək məktəb müsabiqə, direktor müsabigə, müavin müsabiqə, müəllim müsabiqə, laborant müsabiqə ... və şagid də müsabiqə.Başqa sözlə, işə düzəlmək müsabiqə yolu ilə, vəzifəyə keçmək müsabiqə ilə, həvəsləndirmə, mükafatlandırma, rəğbətləndirmə, bir sözlə hər yerdə və addımbaşı müsabiqə. Bircə cəzalandırmada müsabiqə “priyomu” tətbiq olunmur ki, o da yəqin, təhsilimizdə müşahidə olunan “cəzasızlıq tendensiyası” ilə bağlı olan bir haldır. Son illərdə cəmi-cümlətani beş-üç şəxs tutduğu vəzifəsindən azad olunub kı, onlar da “öz şəxsi ərizələrinə əsasən” kimi rəsmiləşdirilib. Müsabiqələri gözdən və nüfuzdan salmaq niyyətindən uzağam. Həmişə müəllimlərimizin maddi və mənəvi stimulaşdırılmasının tərafdarı olmuşam, təhsilimizin uğurlarına sevinmişəm.Sözümün canı budur ki, yəni, müsabiqələrin də bir vədəsi, təhəri, qədəri olmalıdır. Sivil ölkələrdə müəllimlərin novatorluğunu, innovasiyalara meylliliyini üzə çıxarmağın, onların təcrübəsini yaymağın başqa üsullarından istifadə edilsə də, bizdə nədənsə, nə belə müsabigələrin keçirilməsinin üsulları, nə də onun şərtləri, elə bir etiraz doğurmur.Elə götürək müsabiqədə iştirak etmək üçün müraciət etmiş 296 müəllimdən 131 nəfərinin bu günlərdə təşkilat komitəsi tərəfindən seçilib, növbəti mərhələyə buraxldığı “Ən yaxşı müəllim” müsabiqəsini. Müsabiqənin şərtləri, onun formal keçiriləcəyinə bəri başdan zəmanət verir.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər azı beş il pedaqoji iş stajına malik olmalı, ixtisasartırma kurslarından keçməli, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olmalı, təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməli, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs deməli, məşğələlər aparmalı, tədris etdiyi ixtisas üzrə şagirdləri ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanmalı, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutmalı və digər keyfiyyətlərə malik olmalıdır. Digər keyfiyyətlər bir yana. Bunu “azı beş il pedaqoji iş stajına malik olmalı” şərti üzərində anlamağa çalışaq. Burada, ortaya çıxan ilk sual budur ki, müsabiqədə iştirak etmək üçün, azı beş il iş stajı tələbi hansı məntiqə uyğundur? Əgər, üç il stajı olan gənc bir müəllim, yüksək göstəricilərə nail olubsa, tədris prosesində müasir təlim texnologiyalarından istifadə edibsə, şagirdləri ali məktəbə yüksək ballarla qəbul olunubsa, ona hansı əsasla demək olar ki, sən hələ iki il də gözləməlisən. Bu hüquq bərabərliyi prinsipinin pozulması deyilmi? Məgər, biz bu müəllimi yüksək və məsul bir vəzifəyə təyin edirik? Sadəcə, əməyini rəğbətləndiririk, istedadını daha da inkişaf etdirməyə həvəsləndiririk. Elə isə, gəlin qəbul imtahalarında 500 bal toplaynalara “Gələcəyin müəllimi”, 700 bal toplayanlara Prezident təqaüdləri verməyib, onlara da 5illik staj tətbıq edək, muğam müsabiələrində qalib olan 10-15 yaşlı istedadlı yeniyetməyə, sənin stajın çatmır deyək. Staj tələbinə cavab verməyən gənc istedadın günahı nədir ki, təcrübə mübadiləsi məqsədilə onu digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməyə göndərməyiblər və özünün də buna maddi və digər imkanları olmayıb. Məgər, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs demək, məşğələlər aparmaq, kiminsə arzu və istəyindən asılıdır? Yəni, bu vaxta qədər keçirilən müsabiqələrin yüzlərlə qalibi pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olub? Suallar çoxdur, məntiq isə birdir. Özündən asılı olmayan hər hansı göstəricini, kiminsə qarşısına şərt kimi qoymaq, artıq iş göstəricisi yox, loru dildə desək “işə lim qoymaq” predmetidir. Çünki, şəffaflığa və obyektivliyə təminat verməyən bu kimi şərtlər müsabiqə iştirakçılarının maraqlarından daha çox, müsabiqə təşkilatçılarının korporativ maraqlarının təmin olunmasına xidmət edir və təşkilatçılara istənilən iştirakçını, istənilən mərhələdə müsabiqədən kənarlaşdırmaq imkanı verir. Digər bir müsabiqəyə cəlb olunan şəhər və kənd məktəblərinə də nisbətən fərqli, lakin eyni xarakterli şərtlər tətbiq etməklə “Ən yaxşı məktəb” seçmək üsulu da məntiqə uyğun olmayıb heç cür obyektivliyə söykənə bilməz. Müsabigə yolu ilə üç ayliq təlimlərə cəlb edib namizədlər müəyyənləşdirmək, daha sonra yeni müsabiqə keçirib, namızədlərdən məktəb direktorluğuna yeni namizədlər seçməyin hər hansı bir effekt verəcəyinə ümid bəsləmək isə, sadəcə olaraq sadəlövhlükdən başqa bir şey deyildir. Adi laborantı dəbə mindirib, laborantlar məni bağışlasın, rus demiş “kakoy-nibud” laborant ştatına namizədin də “yüksək ranqlı” komissiya səviyyəsində çoxpilləli və qəliz mərhələli müsabiqə yolu ilə işə götürməyin görəsən anlamı nədir? Sanki məktəblərimizin “geniş infrastruktura” malik “zəngin laboratoriyalarına” birdən işdir təsadüfən müsabiqədən keçməyən, yüksək ixtisasa malik olmayan qeyrı-peşəkar və təcrübəsiz laborant təyin olunsa qələvi turşu ilə, reostat kamertonla, amöb hidra ilə qarışıq salınar. Bəlkə, yeni laborant təyinatının yeni mexanizmlərinin işlənib hazırlanmasına və müsabiqələrin keçirilməsinə sərf olunan müddətdə laboratoriyaların mövcud durumu ilə, laborantların iş-gücləri ilə maraqlanmaq daha səmərəli olardı.
Nəhayət, sadaladığımız müsabiqələr hələ yekunlaşmamış, elə bu günlərdəcə Təhsil Nazirliyi “Kiçik yaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı yeni müsabiqə elan edib. Müsabiqənin gələn ilin sonunda yekunlaşdırilması və qalib əsərlərin antologiya şəkilində çap olunması nəzərdə tutulur. Topluya daxil olan əsərlərin sayı və müsabiqənin mükafat fondu da müəyyənləşib. Elana əsasən müsabqənin keçirilməsində məqsəd kiçik yaşli məktəblılərə “mənəvi zənginlik”, “vətənpərvərlik”, “milli və ümumbəşəri dəyərlər”, “emosional və idraki keyfiyyətlər” aşılayan, onların “bədii zövqünün” inkişafinı şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Məqsəddən göründüyü kimi, müsabiqə kiçiklərdən daha çox böyüklərin “stimullaşdırilmasına” yönəldilib.Çünki, adi dərslik oxumaqda problem yaşayan şagirdlərimizin haçansa qalib çıxıb, işıq üzü görəcək 2,5 çap vərəqi həcmində antologiyanı oxuyub “ümumbəşəri” və digər sadalanan keyfiyyətlərə yiyələnəcəyi heç də real görünmür.Bu müsabiqənin Yaziçılar İttifaqı tərəfindən keçirilməsi, Təhsil Nazirliyinin isə proqram və dərsliklərdə əlaqədar dəyişikliklər aparması daha ağlabatan olardı. Bəlkə, məktəblərimizdə nəsr, nəzm və dram əsərlərinə aid müntəzəm olaraq imla, ifadə, inşa yazilarınin keçirilməsi, buraxiliş imtahanları blokuna yalnız qavramaya xidmət edən testlə yanaşı nitq mədəniyyətinin və yazı vərdişlərinin inkişafını təmin edə biləcək şifahi və jazılı imtahanlar salınması daha çox fayda verərdi. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə cəlb olunub Vətənin müdafiəsinə qalxan məzunlarımız da, adi ərizə yazmaq üçün çətinliklərlə üzləşməzdilər. Hələ il başa çatmayıb. Növbəti illərdə isə daha hansı müsabiqələrin keçirələcəyi barədə yəqin ki, nazirlikdə indidən “intensiv” iş gedir. Deyirəm, ola bilməzmi ki, müsabiqələrə bir az ara verib şərait yaradaq ki, müəllimlərimiz Təhsil Qanunu ilə təsbit edilmiş “təhsil proqramlarının mənimsənilməsini təmin etmək”, şagirdlərimiz isə “dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq” vəzifələri ilə məşğul olsunlar. Sistemləşdirilmiş bilik, bacarıq və vərdişləri mənimsəsinlər, ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazir olsunlar. Məktəblərimiz də bir az dərindən nəfəs alıb, diqqətlərini təhsilimizin əsas məqsədinə-“Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirmək” missiyasına yönəldə bilsinlər. Əhali sayının durmadan artması, ildən-ilə yeni məktəblərin və tədris korpuslarının istifadəyə verilməsi fonunda şagird kontingentinin kəskin azalması, təhsildən yayınmanın kütləviləşməsi, təkcə ali təhsil müəssisələrinin hazirladıqları pedaqoji kadr sayının real tələbatı təxminən iki dəfə üstələdiyi bir şəraitdə məktəblərimizdə minlərlə vakant iş yerinin yaranması, planlaşdırmanı balanslaşdırmaq üçün hamıya ucdantutma attestat verilməsi, ali məktəblərə qəbul balının ilbəil aşağı salınması, bəzı ixtisaslara imtahansız qəbul keçirilməsi, biliyin deyil diplomun həlledici olması barədə təsəvvürlərin getdikcə aktuallaşmasi, bunun nəticəsi kimi bütövlükdə elmə və təhsilə marağin azalması və digər bu kimi tənəzzül faktlarının hər hansı bir şəkildə olsa belə izahını verən varmı? Niyə məktəb mühitini dağıdıb, proqram və dərsliklərimizi yararsız hala salıb,sonra isə bilavasitə tədris prosesində formalaşdırılmalı olan keyfiyyətlərin aşılanması üçün digər vasitələr axtarırıq, müsabiqələrə kurslara təlimlərə antologiyalara, toplulara pənah aparırıq.Bəlkə, zəmanə dəyişib. Elə isə, zəmanəni dəyişən də bizik.
Nadir Israfilov, təhsil eksperti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Dünən, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Dünən, 13:02 |
|
|
|
|