Rəsmi Bakının donkixotluqdan uzaq siyasəti Azərbaycanın işinə yarayanıdır... - Boyumuzdan yuxarı tullanma cəhdi…
Tarix: 5-11-2014, 10:42 | Çap et
DİA.AZ: - Ukraynada atəşkəs sazişi imzalansa da, vəziyyət günü gündən gərginləşir. Rusiyanın təkcə Krımla kifayətlənməməsi və Ukraynanın şərqinin böyük bir hissəsinə, sanki fürsət düşmüş kimi iddia etməsi, qeyd olunan istiqamətdə separatizm fəaliyyətini inkişaf etdirməsi Kiyevlə Moskva arasındakı uçurumu daha da dərinləşdirməkdə, durumu daha da gərginləşdirməkdədir.
Əslində Azərbaycan üçün belə bir ssenari heç də yad deyil. Yəni bizlər Ukraynanın bu gün yaşadıqlarını 20 il əvəl yaşadığımızdan Kremlin bundani sonra nələri edə biləcəyini aanlıqla təxmin edə bilirik. Məhz Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycanı yenidən nəzarəti altında saxlamağa çalışan Kreml nəinki Qarabağın işğalında iştirak etdi, hətta sonradan ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazilərində nəzarətlərini qoruya bilmələri üçün, əlavə olaraq bufer zona kimi 7 rayonun işğalına da şərait yaratdı.
Bu gün isə Krımdan kifayət qədər aralı düşən rəsmi Kiyev üçün digər işğal olunmuş Ukrayna ərazilərinin azadlığı daha vacib göründüyündən Krımı rəsmən, dünya birliyinin gözünə baxa-baxa öz ərazi vahidi elan etmiş Rusiyanın növbəti işğallarından qorunmaq daha vacib görünür.
Təbii ki, bütün bu baş verənlərin Azərbaycana birbaşa aidiyyatı olmasa da, bu baş verənlərin nəticələrinin Azərbaycandan yan keçməyəcəyi də inkar olunmazdır. Yəni bu gün Ukrayna ilə Rusiyanın arasındakı müharibənin sonuclarına bir növ bizlər də qatlanmalı olacağıq. Bu sonuclar isə Azərbaycanı fərqli-fərqli yerlərə götürə bilər. Elə buna görə də Azərbaycanın məlum konfliktə və ümumiyyətlə, regionumuzla bağlı bütün proseslərə xüsusi həssaslıqla qiymət verməsi ən gərəkənidir.
İlkin olaraq isə görünəni odur ki, Azərbaycanın seçimi doğrudur. Yəni rəsmi Bakının Krımın işğal olunmasını tanımaması, eyni zamanda da Rusiya ilə münasibətlərindəki hərarəti qoruyub-saxlaması bu gün məhz Azərbaycanın dövlət maraqlarının tələbi kimi qəbul olunmalıdır. Əks halda, Azərbaycan özünü olduqca çətin bir duruma salardı və yaxud da böyük çətinlikləri qarşıda dəfə etmək zorunda qalardı.
Çünki Rusiyanın Ukraynadan çıxması, ən azından rahatlıqla çıxması hazırki şəraitdə inandırıcı görünmür. Bu gün dünyanı bölüşdürən əsas dövlətlərdən biri olan Rusiyanın bu addımlarına qarşı hərbə-zorba dilində danışan NATO-nun da real hansısa addımı atacağı istisnadır. Bütün hədələr yalnız sözdədir və sözdə də qalacaq.
Kremlin son gedişləri də bunu ehtiva edir. Rusiya net şəkildə bu gün onu Krımı işğal etməkdə qınayanlardan Yaxın Şərqin işğalının hesabını sorması ilə vəziyyəti tamam fərqli nöqtəyə daşımış oldu. Yəni necə ki, Kreml vəhşi Qərbin İraqı, Liviyanı, Suriyanı, Əfqanıstanı işğal etməsinə göz yumur, eləcə də Rusiyanın Krımı öz içinə qatmasına həmin vəhşi Qərb susmaq zorundadır. Əks halda, Rusiya tamam fərqli siyasət yürüdəcək. Bunu Kreml bəyan edir.
Və məhz bunun ardından Ukraynanın arxasında dayanırmış kimi görünən Qərb də rəsmi Kiyevi bu gün artıq heç bir anlam kəsb etməyən atəşkəslə ovundurmağa çalışdı. Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar, habelə məhz Rusiyanı hədəfləyən dünya üzrə neft ucuzlaşması da Qərbin Moskvaya qarşı ata biləcəyi məhdud addımlardan oldu.
Təbii ki, Rusiya iqtisadi basqıların acı fəsadlarını yaşayır və bu belə də olmalı idi. Yəni Rusiya yaxşı başa düşürdü ki, başlatdığı yolun sonunda nələr ola bilər. Və Moskva vəziyyətdən çıxmağa çalışması ilə Qərbin iqtisadi basqılarına ram olmayacağını da nümayiş etdirir.
Təbii ki, basqılar qarşılıqlı olduğundan bundan elə Avropa ölkələri də ciddi şəkildə zərər görməkdədirlər. Yəni iqtisadi sanksiyalar Rusiya kimi Qərbi də ziyana salır. Onsuz da iqtisadi durumu ürəkaçan olmayan Avropa ölkələrinin Rusiya ilə «qoz-qoz oyununa» sona qədər tab gətirəcəyi də inandırıcıgörünmür. Artıq Avropa Birliyinə aid Şərqi Avropa ölkələri ağ bayraqlarını qaldırmağa hazırlaşırlar. Bu gün açıq şəkildə Almaniyanın çiyinlərində dayanan Avropa Birliyinin bundan sonra neçə müddət davam gətirəcəyi də maraqlıdır. Amma Rusiyanın buna qədər də izolə şəraitində yaşam mücadiləsi vermə təcrübəsi olduğundan, habelə Rusiyanın alternativlərinin heç də məhdud olmaması səbəbindən deyə bilərik ki, yenilən tərəfdə daha çox Avropanı görməli olacağıq.
Bu, baş verərsə, o zaman regionda böyük dəyişikliklər qaçılmazdır. Rusiyanın indidən təməlini atmağa başladığı Avrasiya Birliyi nəinki Avropanın, habelə bütünlükdə olaraq Qərb dünyasının qarşısında böyük bir gücü - həm iqtisadi, həm də hərbi gücü təmsil etmiş olacaq. Hətta gözləniləndir ki, həmin zaman antiQərb ruhlu ölkələr, illər ərzində Avropa Birliyinin ovsaytında tutulan Türkiyə kimi ölkələr də Avrasiya Birliyinə qatılsın.
Bildirək ki, hələ 10 il əvvəldən Rusiyanın belə bir planı olub və o zaman Kreml hətta İstanbula danışıqlara öz xüsusi elçisini belə yollamışdı. Bu danışıqlar isə 2006-cı ildə yenidən nəfəs qazandı. Dəfələrlə Avropa Birliyindən rədd cavabı alan Türkiyəyə sıcaq yanaşan Kreml bir zamanlar SSRİ-nin Türkiyədə səfiri olmuş Çernışevski soyadlı nümayəndəsini Ərdoğanla danışıqlara yolladı. Türkiyə türkcəsində səlis danışan keçmiş səfir, həmin ərəfədə Putinin müşaviri olan Çernışevski rəsmi Ankaraya «Türkiyə də Rusiya kimi nə Avropadır, nə də Asiya, həm Avropadır, həm də Asiya» ismarıcını çatdırdı. Və bununla yenidən Rusiyanın Avrasiya Birliyi layihəsinə dəvət alan Türkiyə ilə Kremlin danışıqları bu gün də aktualdır.
Analitiklər bildirir ki, hətta Rusiyanın planlarında Türkiyə ilə yanaşı, İranı, Suriyanı, habelə Çini belə Avrasiya Birliyində görmə niyyəti prioritet təşkil edir. Bu plan baş tutacaq, ya tutmayacaq… Hələlik bəlli deyil. Bəlli olanı isə odur ki, Azərbaycanın qonşuluğunda bir dünya nəhəngi var. Və biz bu nəhəngdən bu günə qədər yetərincə zərbələr yeişik. Ona görə də, ehtiyatlı olmaq zorundayıq. Azərbaycanın donkixotlara yox, bu gün ağıllı şəkildə qərar verməyi bacaran liderlərə ehtiyacı var. Və rəsmi Bakı da bu gün məhz donkixotluqdan kənar siyasəti ilə sırf DÖVLƏT MARAQLARINA söykəndiyini nümayiş etdirməkdədir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|