“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                 

Siyəzənin icra başçısı rayon sakinlərini biznes maraqlarına necə qurban verir... - Arif Qasımov ünlü iş adamı imiş...
Tarix: 25-10-2014, 14:44 | Çap et
Siyəzənin icra başçısı rayon sakinlərini biznes maraqlarına necə qurban verir...
Siyəzən rayonunda sosial problemlər bitib-tükənmək bilmir. Rayondakı mötəbər mənbələrdən aldığımız məlumatlara görə, Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımovun imza atdığı bir sıra xoşagəlməz işlər yerli əhalinin narazılığına səbəb olub. Mətləbə keçməmişdən öncə qısaca bildirək ki, Arif Qasımov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.

Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. İcra hakimi vəzifəsinə təyin olunana qədər isə Nizami Bələdiyyəsinin sədri olub. Arif Qasımov prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Mənbənin verdiyi məlumatda deyilir ki, Arif Qasımov Siyəzənə icra başçısı təyin olunandan sonra rayonda çoxsaylı sosial problemlər baş qaldırmağa və yerli məmurların özbaşına əməllərinin sayı artmağa başlayıb: "İlk növbədə, onu demək istəyirəm ki, icra başçısı bu vaxta qədər vətəndaşlarla normal münasibət qura bilməyib. Yerli idarə və müəssisələrin rəhbərləri vətəndaşlara qarşı haqsızlıq edirlər. Bundan narazı qalan insanlar başçı ilə görüşüb problemlərini ona danışmaq istəsələr də, buna nail ola bilmirlər. Çünki Arif müəllim hansısa problemlə bağlı onunla görüşmək istəyən şəxsləri qəbul etmir. İkincisi, son illər ərzində rayon ərazisində nəzərəçarpacaq quruculuq-abadlıq işləri aparılmayıb. Daha doğrusu, başçı prezidentin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayırdığı külli miqdarda vəsaiti başqa-başqa işlərə sərf edərək Siyəzənin bərbad vəziyyətə düşməsinə zəmin yaradıb. Mərkəzi küçələr istisna olmaqla, kəndlərdə yolların vəziyyəti həddən artıq acınacaqlıdır. Bələdiyyələr üzərlərinə düşən işin öhdəsindən lazımi səviyyədə gələ bilmirlər. Buna baxmayaraq, rayon rəhbəri həmin bələdiyyələrin rəhbərlərini danlamır. Vətəndaşları narahat edən əsas problemlərdən biri də səhiyyə sistemindəki çatışmazlıqlarla bağlıdır. Belə ki, Siyəzən rayonunun səhiyyə şəbəkəsinin tabeliyindəki tibb ocaqlarında xoşagəlməyən işlər cərəyan edir. Dövlət büdcəsindən hər il güzəştli kateqoriyadan olan xəstələrin pulsuz dərman preparatları ilə təmin olunması üçün Siyəzən Rayon Mərkəzi Xəstəxanasına irihəcmli vəsaitlər ayrılır. Lakin başçının müdaxiləsi ilə bu vəsaitlərin müəyyən hissəsi təyinatdan kənar işlərə sərf edilir. Təhsil və mədəniyyət sahəsində də vəziyyət eynidir. Ümumiyyətlə, rayonda büdcə hesabına maliyyələşən nə qədər qurum varsa, onların rəhbərləri başçının bəzi maraqlarını təmin edirlər". Arif Qasımovun üç illik fəaliyyəti dövründə saysız-hesabsız qanun pozuntularına yol verdiyini deyən mənbə qeyd etdi ki, adıçəkilən məmur bunun nəticəsində rayonda böyük biznes şəkəbəsi yaradıb: "Məndə olan məlumata görə, onun bir neçə ferması, üzlük daş sexləri və digər ticarət obyektləri var. Başçı rayonda təmir-bərpa işlərinə lazım olan tikinti materiallarını və üzlük daşlarını özünə məxsus obyektlərdən aldırır. İcra hakiminin həmçinin Bakıda da bəzi obyektlərinin və bir neçə mənzilinin olduğu deyilir. Rayon camaatı isə böyük məhrumiyyətlər içərisində yaşayır. Siyəzəndə ölkənin müvafiq qanunları yox, yalnız başçının dediyi sözlər keçərlidir. Büdcədən ayrılan vəsaitlərin hara və necə xərclənməyindən heç kimin xəbəri yoxdur. Bu vaxta kimi görülən abadlıq işləri konkret sahibkarların pulu ilə olub. Başçının yaxın adamları, konkret olaraq müavinləri iş adamlarına deyir ki, filan işi görməlisən vəssalam. Sahibkarın ixtiyarı nədir ki, icra hakiminin göstərişinə əməl etməsin. Əks halda, Arif Qasımov həmin sahibkarların fəaliyyət göstərməsinə imkan vermir. Problemlərdən biri də torpaqların bölünməsi ilə bağlıdır. Başçı ayrı-ayrı sakinlərin istifadəsində olan torpaqları qeyri-qanuni şəkildə başqalarına satır. Ki, bu da narazılıq hallarının artmasına səbəb olub". Mənbənin sözlərinə görə, Siyəzəndə təmir-bərpa işlərinin görülməsi üçün keçirilən tenderlərin bir çoxunda icra hakiminə yaxın olan şirkətlər qalib gəlir: "Bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm. Rayonun Məşrif yolunun təmiri üçün dövlət büdcəsindən 1 milyon 961 min manat pul ayrılmışdı. Mənim bildiyimə görə, bu yolun təmirinə cəmi 356 min manat vəsait sərf olunub. Yerdə qalan pulun isə hansı ünvana getdiyi məlumdur. Başçı Siyəzəndə YAP-ın binasının tikinti-təmir işlərini özünə yaxın olan "Exiles-STS" şirkətinə həvalə edib və nəticədə şəxsi büdcəsini xeyli genişləndirib. Problemlər saymaqla bitən deyil. Hazırda rayonda demək olar ki, hər sahədə problem var. İcra hakimi isə vətəndaşları narahat edən problemlərin həlli üçün heç bir iş görmür". Biz mənbənin söylədiyi fikirlərin həqiqətə uyğun olub-olmadığını tam əminliklə deyə bilmərik. Hər halda, vətəndaşlar problemlə üzləşməsəydi, başçının qanunsuz əməllərindən şikayət etməzdi. Yəqin ki, hörmətli Arif müəllim bu tənqidlərdən sonra özbaşına əməllərindən əl çəkəcək və vətəndaşların qayğısına qalacaq. Növbəti saylarımızda icra başçısının paytaxtın Nizami rayonu ilə bağlı planları və tələbə oğlunun kübar həyat tərzi ilə bağlı şok faktları ortaya qoyacağıq. Bizi izləməyi unutmayın.
\\ gundelik-baki \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15
Ov mövsümü açıq elan edilib
Dünən, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru