“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                 

Mikayıl Cabbarov Misir Mərdanovun yolunu inamla davam etdirir - Şağırdlərdən orta məktəblərdə “qurdpulu” yığırlar
Tarix: 15-10-2014, 10:40 | Çap et
Mikayıl Cabbarov Misir Mərdanovun yolunu inamla davam etdirir
Təhsil Naziri postu təzələnəndə hamı çox dəyişiklik gözləyirdi. Amma xeyli vaxt keçsə də, orta təhsil ocaqlarındakı problemlər bitmir. Məktəblərin təmir edilməsi, bir qisim texniki məsələlərin həlli hələ mükəmməl fəaliyyət deyil. Valideynlərin məktəblərdə əvvəlki tempdə pul yığılması şikayətləri davam etməkdədir. Bu məsələ ilə bağlı Təhsil Naziri dəfələrlə xəbərdarlıq etsə də, görünür, problem bu şəkildə həllini tapmayacaq. Əldə olunan məlumata görə, yeni tədris ili başlamasından bir ay keçməsinə baxmayaraq, Nazirliyin “qaynar xətt”inə bu qəbildən zənglərin ardı-arası kəsilmir. Təəssüf ki, ictimaiyyət onu narahat edən suallarına cavab tapa bilmir, məlumatlandırma işi aparılmır.


Təhsil Nazirliyi məktəb həkimlərinə nəzarət edirmi?


“Analitik.az” şəhər məktəblərinin bir neçəsindən daxil olan müraciətə əsasən kiçik araşdırma aparıb. Məlum olub ki, orta məktəblərdə “süpürgəpulu” yığmaq ənənəsi davam edir. Eləcə də, şagirdlərdən “qurdpulu” yığılır. Məktəbin tibb bacısı və ya pediatrı şagirdlərə bağırsaq parazitlərinin müayinəsi üçün (nəcis analizi) müvafiq poliklinikaya göndəriş verir. Şagird həmin göndərişə, müayinə üçün cavab gətirmədikdə ondan bir manat tələb edir. Misal üçün, Nizami rayonunda yerləşən 272 saylı orta məktəbdə hazırda pulyığma prosesi gedir. Hətta tibb bacısı təkidlə dərs saatını pozaraq bu tələbini irəli sürür. Kiminsə çörəyinə bais olmamaq üçün, həmin tibb bacısının ad və soyadının çəkilməsinin tərəfdarı deyilik. Sadəcə, bu cür vəziyyətdən məktəb rəhbərliyinin xəbərsiz olması inandırıcı görünmür.

Valideynlərsə, “pul istəyəndə, niyə verirsiz”sualını belə cavablandırırlar. Onlar poliklinikalarda nəcis analizinin doğru, dəqiq müayinəsi üçün lobaranta 2-3 manat verməkdənsə, bir manat verib canlarını qurtardıqlarını deyirlər. Fikrimcə, haqsız da deyillər. Bütün hallarda istənilən test, müayinə üçün pul tələb olunur. Bəs biz kimi aldadırıq? Özümüzü aldatmaqla yanaşı uşaqlarımıza ən böyük pisliyi etmirikmi?

Məsələylə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Xidmətin Sadiq adlı əməkdaşı sualın onlara aid olmadığını dedi. Suallarımızı mətbuat xidmətinin məsləhəti ilə müvafiq şöbəyə göndərdik. Amma daha çox valideynləri maraqlandıran suallardan biri odur ki, uşaqların sağlamlığı hansısa məsuliyyətsiz tibb işçilərinin əlində oyuncağa çevrilməlidirmi? Ümumiyyətlə, pul yığma bir tərəfə, orta təhsil müəsisələrində tibbi personalın fəaliyyətinə nəzarət hansı formada həyata keçirilir?

Nazirliyə göndərdiyim elektron məktuba yalnız dörd gündən sonra cavab ala bildim. Verilən bir cümləlik cavabı olduğu kimi nəzərinizə çatdırıram.“Sorğunuza cavab olaraq bildiririk ki, respublikanın ümumtəhsil məktəblərində tibb xidmətinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.2010-cu il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na uyğun həyata keçirilir.”

Budur, mətbuat xidməti, eləcə də nazirliyin müvafiq şöbələrinin “parlaq” fəaliyyəti göz qabağındadır. Bu cavabdan nəsə anladınızmı? Ümumiyyətlə, bunu cavab hesab etmək olarmı? Mətbuatın suallarına belə laqeyd yanaşan nazirlik əməkdaşları, sadə vətəndaşın, valideynin müraciətinə necə cavab verir, onu bir Allah bilir?..


Valideynlərin nəzərinə! Bağırsaq qurdu ilə zarafat etməyin!


Bizim üçün şagirdlərin sağlamlığı onların təhsilindən öndə olmalıdır. Çox təəssüf ki, bu vacib məqamı çoxu vecinə də almır. Elə əsas mövzumuza qayıdaq. Məktəblilərin yarıdan da çoxunun bağırsaq parazitləri ilə yoluxması məsələsinin səbəbləri barədə düşünmək lazımdır. Bu isə Səhiyyə Nazirliyinin üzərinə düşən vəzifələrindəndir. Ən əvvəl şagirdlərin fərdi gigiyenası ilə bağlı təlimatlandırılması əsas şərtdir. Əgər məktəbin ayaqyolunda su kranları işləmirsə, hansı təmizlikdən söhbət gedə bilər?Parazitlərin yayılması daha çox çirkli əl və qida ilə baş verir. Bunu isə hamımız əla bilirik. Rəngi ağarmış, saralmış məktəblinin qarnı da qurdlu olacaq. Parazitlərlə yoluxmuş uşağın vəziyyəti təhlükəli də ola bilər. Bunu isə bizə həkimlər deməlidirlər. Qarın qurdları uşağın qan azlığından tutmuş, zehni, əqli inkişafına da mənfi təsir göstərir. Misal üçün, lambliya deyilən birhüceyrəli parazitlər uşaqların həyatı üçün qorxulu sayılır. Həkimlər bu parazitin tək bir nəcis analizi ilə aşkarlanmasının mümkünsüz olduğunu deyirlər. Bu parazit ən azı üç dəfə verilən və müayinə olunan nəcisdə çıxa bilər. Daha sonra uşağın gecədən (ifrazat yalnız 15 dəqiqə ərzində müayinəyə verilməlidir) götürülmüş nəcisi analizə yararsız hesab olunur. Bu deyilənləri ona görə qeyd etməyi borc bilirik ki, hər hansı məktəbin məsul tibb bacısı bir manat yığmazdan qabaq insaflı davranıb bu məlumatı verməlidir. Bağırsaq parazitlərinin adını yaxşı bilməyən tibb bacısının isə susması daha məqsədəuyğundur.

Bu arada mütəxəssis fikirlərini valideynlərin nəzərinə çatdırmağı borc bilirik. Bu xəbərdarlıq sizi övladlarınıza bir az da diqqətli olmağa vadar edəcək. Hazırda Moskvada fəaliyyət göstərən urinoterapevt Səbahəddin Hüseynov parazitlərin insanın ölümünə belə səbəb olacağını bildirir. Mütəxəssisin sözlərinə görə, xəstəliklərin çoxu orqanizmə düşən qurdlarla bağlıdır. “Qurdlar, onların yumurtaları hər yerdə var. Parazitlərlə mübarizə istənilən kimi mümkün deyil.Gigiyenik tələbləri yerinə yetirmə bu təhlükəni yox etmir. Parazitlər insan bədəninə düşdüyü andan onun daxili orqanına xələl yetirir, onu yeyir. Misal üçün, uşaqlarda və böyüklərdə geniş yayılmış askarid qurdları beyinə, qaraciyərə, ağciyərə, hətta ürəyə qədər gedib çıxa bilir. Belə bir faktı qeyd edim. Çənubi Koreyada xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub. Əməliyyat zamanı cərrah bağırsaqda küllü miqdarda askarid qurdunu aşkar edib. Sən demə, qurd kütləsi bağırsaqda tıxac yaradıb və bu müayinədə bilinməyib.Valideynlər uşaqlarını vaxtaşırı könüllü müayinə etdirməlidirlər. Təmiz şəhərlərdə bunu 6 aydan bir edirlər. Bir də qurd xəstəlikləri uzun müddətlik, davamlı müalicə tələb edir. Qurdlarla zarafat etmək olmaz.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15
Ov mövsümü açıq elan edilib
Dünən, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru