Daha bir inşaat firması fırıldaqda ittiham olunur - "Körpü-Bina-Tikinti"yə qarşı iddialar - maxinasiya...
Tarix: 7-10-2014, 12:03 | Çap et
Bir sıra qurum və təşkilatlar tərəfindən şübhəli maliyyə əməliyyatlarının aparılması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində dərc olunan materiallarda "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətin adı xüsusi olaraq vurğulanır. 2001-ci ildə təsis edilən, sonradan isə fəaliyyətini daha da genişləndirərək nəzdində "Asfalt zavodu", "Balka sexi", "Beton zavodu", "Çınqıl karxanası", "Beton boru zavodu", "Körpü istehsalat zavodu" və "Beton qovşaqları" kimi istehsalat müəssisələri fəaliyyət göstərən sözügedən MMC paytaxtın əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini həyata keçirir. 13 il ərzində aylıq qazanclarını hansısa yollarla artıran şirkətin adı bir sıra xoşagəlməz məsələlərdə vurğulanır.
Məsələn, hələ bir neçə il əvvəl "Körpu Bina Tikinti" MMC Ziya Bünyadov prospekti ilə Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki yol qovşağının tikintisini reallaşdırmışdı. Müvafiq hesabatlarda qeyd olunurdu ki, bu məqsədlər üçün 125 milyon manat vəsait xərclənib. Lakin 2007-ci ildə həmin şirkət elə həmin rayonda yol qovşağını 32 milyon manata inşa etmişdi. Bəs, görəsən, sonradan bu məbləğ hansı səbəbdən 4 dəfə artdı? Deməli, burada külli-miqdarda mənimsəmələr mövcuddur.
Ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması MMC-nin işindəki qaranlıq məqamlara dəlalət edir. Şirkətin bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi heç də yaxşı nəticələrdən xəbər vermir.
"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı ciddi nöqsanlara yol verdiyi bildirilir. Qeyd olunur ki, dövlət büdcəsi hesabına sifariş edilən layihələrin tikintisi zamanı MMC-nin rəhbərliyində təmsil olunan şəxslər, xüsusilə də şirkətin sahibi Xəlil Göyüşov külli miqdarda vəsaitdən şəxsi məqsədləri üçün yararlanır. Bununla bağlı qəzetimizə daxil olan ən son mədlumatlara görə, şirkət tikinti işlərində ən ucuz materiallardan istifadə etdiyi halda, MMC sədri kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərini bir neçə dəfə artıq göstərir. Şübhəsiz ki, bütün bunların da müəyyən səbəbləri var. Xəlil Göyüşovun habelə yerli sexlərdə istehsal olunan tikinti məhsullarını xarici mal adı altında sənədləşdirərək, qanunsuz maliyyə maxinasiyalarına yol verdiyi qeyd olunur. Hal-hazırda paytaxtımızın infrastrukturunda aparılan irimiqyaslı təmir-bərpa, tikinti-quruculuq işləri və yenidənqurmalar inşaat sahəsində müşahidə olunan dinamikanı stimullaşdıran əsas faktorlardır. Amma bütün bunlara baxmayaraq, bu işlərin hətta ən böyük əhəmiyyətinə və zərurətinə rəğmən onların müxtəlif qanun pozuntularının müşayiəti ilə həyata keçirilməsinə yol vermək olmaz.
Hələ bir neçə il əvvəl bəzi informasiya vasitələrində yayımlanan informasiyalarda Nəqliyyat Nazirliyinin tabeliyində olan Açıq Səhmdar Cəmiyyətlərdən birinin tenderin nəticəsini gözləmədən Bakıda 4 yeraltı piyada keçidinin tikintisi üzrə "Körpu Bina Tikinti" MMC ilə müqavilə bağladığı xəbər verildi. Qeyd olunurdu ki, "Azneft" meydanında 3 keçid və Neftçilər prospekti ilə Sərdar Səfərov küçəsinin kəsişməsində bir keçid tikintisi üzrə elan edilmiş tenderin qəzetlərdən birində dərc edilən şərtlərə əsasən tikinti şirkətlərindən sənəd qəbulu müəyyən vaxta qədər davam edəcək. Lakin bu layihədə sifarişçi kimi çıxış edən səhmdar cəmiyyət göstərilən müddəti və tenderin nəticələrini qabaqlayaraq "Körpu Bina Tikinti" MMC ilə müqavilə bağlamışdı. Şübhəsiz ki, şirkətə qarşı belə xüsusi münasibət "Körpu Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun müstəsna imtiyazlara malik olduğunu göstərir. Nəzərinizə çatdıraq ki, belə müqavilələr çox böyük məbləğlərdə layihə-smeta dəyərinə malik olurlar. Həmin müqavilələrin bağlanması zamanı xüsusi imtiyazlardan yararlanan bəzi müəssisə rəhbərləri isə sonradan özlərini ayrılan dövlət vəsaitlərinin tam olaraq səmərəli və məqsədyönlü istifadəsinə kökləməyə müvəffəq olmurlar. Elə buna görə də bəzən irimiqyaslı mənimsəmələrə, keyfiyyətsiz icraatlara yol verilir.
Paytaxtın bir sıra ərazilərində profili üzrə inşaat işləri aparan "Körpu Bina Tikinti" MMC-nin həyata keçirdiyi qaranlıq işlərlə bağlı isə müntəzəm olaraq bir çox irad və ittihamlar mövcuddur. Məsələn, bir müddət əvvəl Nəsimi rayonu 3-cü mikrorayon ərazisində MMC-nin gördüyü inşaat işlərinin gedişində çoxsaylı qanun pozuntularına dair məlumatlar bu qəbildən idi. Qeyd olunurdu ki, "Körpu Bina Tikinti" MMC-nin rəhbərliyi tərəfindən məsrəflərin süni şəkildə şişirdilməsi yolu ilə külli-miqdarda mənimsəmələr həyata keçirilib. Bunu düşünmək üçün əsaslar da var. Məsələ burasındadır ki, sifarişlərin minimal müddətə və yüksək keyfiyyətlə icra olunmasının xüsusi şərtlənməsi həqiqətən də müəyyən maliyyə maxinasiyaları üçün münbit şərait yaradır. Eyni zamanda mal-material mənimsəmələri artıq ifrat bir həddə yaxınlaşdıqca işlərin keyfiyyətinə ağır zərbə dəyir. Bütün bunlar bir yana, bəzi sahələrin həm də qeyri-peşəkar nəzarətdə olması keyfiyyət göstəricilərinə mənfi təsir edir. Belə halların ortaya çıxmasına əsas səbəb isə icraçı müəssisənin ciddi rəqabət mühitində seçilməməsi və deməli, həmin müəssisə rəhbərliyinə məsuliyyət hissinin aşılanmamasıdır.
Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, "Körpü-Bina-Tikinti" MMC növbəti maxinasiyalarından birini Ziya Bünyadov prospektindən "Yeganə" şadlıq sarayına gedən ərazidə reallaşdırıb. Həmin ərazidə yeni körpünün inşası sifarişini alan Xəlil Göyüşovun rəhbəri olduğu "Körpü-Bina-Tikinti" MMC üçün hətta körpünün istifadəyə verilməsi üçün konkret vaxt da müəyyənləşdirilib. Lakin ayrılan vəsaitin böyük hissəsi naməlum məqsədlər üçün xərcləndiyindən yeni körpünün istifadəyə verilməsi həyata keçməyib. Yaranmış bu vəziyyət də əsasən mənimsəmə halları ilə əlaqədar imiş. Bütün bunlar onu göstərir ki, "Körpu Bina Tikinti" MMC sifarişlərin icrasında nöqsanlı fəaliyyəti ilə seçilən müəssisədir. Bu müəssisənin fəaliyyəti sayəsində getdikcə imkanlarını daha da artıran Xəlil Göyüşovun adı isə artıq maliyyə maxinasiyalarında açıq-aşkar hallandırılır. Şirkət tərəfindən alınan sifarişlərə hər il milyonlarla manat vəsait xərcləndiyi deyilsə də, görülən faktiki işlərə görə rəqəmlərin şişirdilməsi bununla bağlı araşdırmaların başlanılması zərurətini ortaya qoyur. Bu məsələlərə vergidən yayınma halları ilə bağlı müəmmaları, habelə əmək qanunvericiliyinə əməl olunub-olunmaması amillərini də əlavə etsək, məlum olur ki, Xəlil Göyüşovun son vaxtlar öz imkanlarını genişləndirməsi hansı məsələlərlə əlaqədardır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|