Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                 

Təhsil sisteminin `TEXNİKİ VİLAYƏTİ`: Burda özbaşınalıqdır... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
Tarix: 18-01-2022, 08:54 | Çap et
Təhsil sisteminin `TEXNİKİ VİLAYƏTİ`: Burda özbaşınalıqdır...
"Azərbaycan Texniki Universitetində (AzTU) gələn hər yeni gün bizə yeni-yeni sürprizlər bəxş edir və necə deyərlər, “darıxmağa qoymur”. Həmin sürpriz isə ondan asılı olur ki, rektorumuz bu gecə necə yatıb və yuxusunda nə görüb, allah eləməsin, yuxusunu qarışdırmayıb ki. Ancaq, deyəsən, bu günlərdə o yenə yuxusunu qarışdırıb və universitetə yeni sürprizlə gəlib. Həmin sürpriz haqqında sonra danışarıq, indi isə keçən yazıda yazdığımız bir məlumata aid əlavə edək". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetində (AzTU) çalışan bir qrup müəllimin ünvanladığı növbəti məqalədə qeyd olunur.

Əvvəli Burada:

Texniki Universitetin REKTOR PROBLEMİ... - Müdaxilə edən olacaqmı?

Müəllimlər daha sonra yazır: "Məsələnin digər aspekti isə onun insani tərəfi ilə əlaqədardır. Yəni insan olaraq, hamı başa düşür ki, bu tapşırıqlar magistrantlara bir il yarım əvvəl verilibsə, yəqin ki, onlar bu mövzular üzərində xeyli işləyiblər, zəhmət çəkiblər və yekunlaşdırmaq üzrədirlər. İndi bütün bunların üzərindən xətt çəkib, onlara yeni mövzu vermək, hər şeyi yenidən və sıfırdan başlamaq və iki ildə yerinə yetirilməli işləri, həm də tədqiqat xarakterli işləri 4 ayda tələb etmək hansı insanlıq qaydalarına sığar? Həm də bunu kollektiv, 5 nəfərlik qrup şəklində və pandemiya məhdudiyyətləri şəraitində etmək? BU, HANSI İNSANLIQ QANUNLARINA SIĞAR? Bu sərsəm ideya deyilsə, bəs nədir? Bəlkə, kimsə fikirləşir ki, biz problemləri həddən artıq şişirdirik, birinin üstünə beşini qoyuruq? Kim inanmırsa, getsin Texniki Universitetin ixtisas kafedralarına, bu məsələnin doğru olub, olmamasını soruşsun? Elə təkcə bu “təklif” sərsəmlik əlaməti deyilmi? Elə təkcə bu, həm hüquqi sənədlərə zidd və həm də insanlıq normalarına zidd qərar deyilmi? Bəli, təklif yox, qərar, çünki söz onun ağzında çıxıbsa, onu qərar hesab etmək lazımdır. Və universitetdə heç kim V.Vəliyevin “təklifinin” qarşısında başqa bir təklif, başqa bir söz və ya sual vermir, öz fikrini bildirmir. Ona görə ki, deyirlər, bu mənasızdır, xeyri yoxdur, o, tutduğunu buraxmayacaq və son söz sahibi də odur.

Magistrantların əvvəlki dissertasiya mövzularını ləğv etmək, iki ildə yerinə yetirilməli işləri 4 ayda tələb etmək Vilayət Vəliyevin bu dissertasiyalara münasibətinin başqa bir tərəfini də aşkara çıxarır. Deməli, buradan belə çıxır ki, və əvvəlcədən də qəbul edir ki, bu işlər səviyyəsiz, məzmunsuz, yalandan yazılmış, ordan-burdan köçürülmə olacaq. Çünki qalan 4 ayda sıfırdan başlayaraq, tələbata cavab verən, səviyyəli dissertasiya, həm də son zamanlar deyildiyi kimi “beşi birində dissertasiya” hazırlamaq müşkül məsələdir. Deməli o, həmişə boğazdan yuxarı olaraq “tədqiqat-tədqiqat” desə də, elə özü belə qərarları ilə saxtakarlığa və səviyyəsiz işlərə yol açır. Ancaq, V.Vəliyevin bu məsələdən məqsədinin nə olması məlum deyil. Olmazdımı ki, bu dissertasiyalar təsdiq edilmiş mövzular üzrə normal qaydada yerinə yetiriləydi? Buna nə mane olurdu? Onun belə qərarlarını başa düşmək normal insan məntiqindən kənardadır. Bəlkə biz başa düşmürük, V.Vəliyev izah etsin, əsaslandırsın. Onu da etmir. İnsafən deyək ki, bunları izah etməsini ondan tələb edən də yoxdur. Yaxşı, bəlkə bizim səviyyəmiz onu başa düşməyə kifayət etmir, bəs normativ sənədlər necə? Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin bu haqda olan normativ sənədlərini və təlimatları da V.Vəliyevdən aşağı səviyyəli adamlar tərtib edib?

Bu günlərdə daha yeni bir sürprizlə qarşılaşdıq. Aydın oldu ki, rektor V.Vəliyevin “təklifi” ilə magistratura üçün ümumiyyətlə tamamilə yeni tədris planlarına keçməliyik və Dövlət İqtisad Universitetinin nümunəsində (???). Mahiyyəti isə bundan ibarətdir ki, əgər əvvəlki tədris planları üzrə magistrantlar 2 tədris ili ərzində 3 semestr ərzində dərs keçib, imtahan verirdilərsə, indi 2 tədris ili ərzində cəmi 2 semestr dərs keçəcəklər, həm də hər semestrdə 3-4 fənn keçməklə. Bəs 2-ci tədris ili magistrantlar nə ilə məşğul olacaqlar? Ancaq təcrübə və dissertasiya üzərində işləyəcəklər, dissertasiya da əlbəttə ki, 5 nəfər bir ümumu dissertasiya üzərində işləməklə (???). Rektor V.Vəliyevin bu işlərdən, o cümlədən Texniki Universitetdə tədrisi “iqtisadlaşdırmaqdan” məqsədi nədir? Əlbəttə ki, keçən yazılarımızda yazdığımız kim, tələbələrin təhsil haqqını universitetə almaq və universitet büdcəsinin gəlirini artırmaq, dərsləri azaltmaqla, büdcəni idarəetmə strukturunun əmək haqqına sırf etmək və əvəzində magistrantların 2 il başlarını qataraq, onlara dərs keçməmək. Daha bunun nəyi təhsil oldu, bu nə magistratura oldu?

Bundan əlavə bir problemi də qeyd edək. İnsafən deyək ki, bu təkcə Texniki Universitetin və V.Vəliyevin yaratdığı problem deyil, bizdəki bir çox universitetlərə xasdır. Məsələ bundadır ki, ölkəmizdəki bir çox universitetlərdə magistraturada təhsil faktiki olaraq, axşam təhsilinə çevrilib. Magistraturaya daha çox tələbə cəlb etmək məqsədi ilə bir çox universitetlərdə dərslər axşam saat 18-30 da və ya 19-da başlayır ki, tələbələr gündüz işləyə bilsinlər. Yoxsa, magistraturaya daxil olmaq istəyənlərin sayı azalır. Ancaq, magistraturada təhsil əyani təhsil hesab edilir və tələbənin təhsillə eyni zamanda işləməsi əmək qanunvericiliyinə də ziddir. Gündüz işləyən tələbə axşam saat 19-da dərsə gələcəksə, bəs o, dissertasiya üzərində nə vaxt

işləyəcək, tədqiqatla nə vaxt məşğul olacaq və necə? Axşam vaxtı universitetlərdə bütün kafedralar, laboratoriyalar praktiki olaraq bağlı olur, yalnız magistraturaya dərsi olan müəllimlər gəlirlər. Bu da böyük problemdir və hamı buna göz yumur.

Bu qədər yazırıq, deyirik, nöqsanları o qədər xırdalayırıq, o qədər açırıq ki, bütün deyilənlər yəqin ki, təhsil sistemindən çox uzaq şəxslərə də aydın olur, yalnız Təhsil Nazirliyindən başqa. Bilinmir ki, bizdə Təhsil Nazirliyi varmı, ya yoxmu? Əlbəttə ki, Təhsil Nazirliyi adında bina var, ancaq, deyəsən, içi boşdur. Bəzi təhsil mütəxəssislərinin mətbuatda çıxışlarında da qeyd edildiyi kimi, Təhsil Nazirliyində təhsili bilən, real təhsil mütəxəssisi yoxdur, elə nazirin özü də daxil olmaqla. Otaqlarda qalstuklu, qara kostyumlu cavan oğlanlar oturublar, aralarında bir neçəsi də hətta xaricdə təhsil alıb. Ancaq heç birinin təhsil sistemindən xəbəri yoxdur, auditoriyaya girib, bir saat mühazirə deməyiblər. Çoxu himayədarı olan adamlardır, oturub burada gözləyirlər ki, onları vaxtı çatanda bir yüksək vəzifəyə təyin edəcəklər.

Təhsil Nazirinin özünün isə heç bir elmi dərəcəsi yoxdur, o, elmlər doktoru dərəcəsi olan rektorlara nə deyəcək? Ancaq nazir heç olmasa magistraturanı bitirib ki, magistraturanın qayda-qanununu ki, bilir, heç olmasa magistratura təhsilinə bir əncam çəksin.

Dərdlər, problemlər böyükdür, ancaq heç kimdən bu problemləri həll etmək arzusu görünmür, hərə öz şəxsi maraqlarını təmin etməklə məşğuldur. Bu problemlərin çoxu təkcə AzTU-ya aid deyil, ölkəmizin bütün təhsil sisteminə aiddir. Bunların mənfi nəticəsini isə çox təəssüf ki, biz 5-10 ildən sonra görəcəyik.

Bir də V.Vəliyevin himayədarına müraciət etmək istəyirik. Olmazdımı ki, V.Vəliyevə başqa bir obyekt, məsələn, stadiondan-zaddan verəydiniz ki, onun ətrafında kababxanadan-zaddan açaydı?

Nə isə, mahnıda deyildiyi kimi, “Hər şeyi demişik, daha nə qalır?”. Hə, bir də o qalır ki, Allahdan Vilayət Vəliyevə sakit və sağlam yuxu diləyirik ki, yuxusu şirin olsun, yuxusunu qarışdırmasın ki, yuxuda gördüklərini gəlib bizə tətbiq etməsin. Görünür, bu, bizim şəraitdə ən real, həyata keçə bilən arzudur. Daha, müvafiq təşkilatların və ya vəzifəli şəxslərin diqqətinə nəyi isə çatdırmaq, xahiş, ya tələb etmək mənasızdır. Axırda işi o yerə çatdıracaqlar ki, AzTU tamam çökəcək, sonra isə əlaqədar təşkilatlar və şəxslər deyəcəklər ki, bu universiteti dağıtmaq, ləğv etmək lazımdır və dağıdacaqlar. Bəlkə, elə kiməsə məhz bu lazımdır?"

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru