Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                 

Goranboyda dövlətin pulu yoxdur: İcra hakimiyyəti sahibkarlara AĞIZ AÇIB - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!
Tarix: 5-01-2022, 09:18 | Çap et
Goranboyda dövlətin pulu yoxdur: İcra hakimiyyəti sahibkarlara AĞIZ AÇIB
44 günlük müharibənin iştirakçılarından olan 21 yaşlı Vüsal Quliyev gözü önündə həlak olan döyüş yoldaşını ərazidən çıxaranda özü də yaralanıb. Həm bel, həm də ayaq nahiyəsindən ona güllə və qəlpə dəyib. Aylarla müxtəlif hospitallarda müalicə olunmasına baxmayaraq, deyir ki, hələ də sağlamlığı tam bərpa olunmayıb. Üstəlik, ailənin sosial vəziyyəti, yaşayışı da acınacaqlıdır. DİA.AZ meydan.tv-yə istinadən bildirir ki, Vüsal Quliyev Goranboy rayonunda yaşayır. O, Füzuli, Xocavənd istiqamətlərindəki döyüşlərdə iştirak edib. 2020-ci ilin oktyabrında Hadrutda yaralanıb:

“Şəhid olan yoldaşımı oradan götürüb aparmaq istəyəndə yaralandım. Məni Əhmədbəylidəki hospitala gətirdilər, 15 gün orada yatdım. Sonra təxminən üç ay da “Papanin”də (Mərkəzi Hərbi Klinik Hospitalı nəzərdə tutur) qalmışam. Yaddaşım pozulub, heç oradan nə vaxt çıxdığım dəqiq yadımda deyil. Düzdür, əməliyyatla bədənimdəki qəlpə, güllə çıxarılıb. Amma bədənim günü bu gün də ağrıyır. Xüsusən soyuq havada zülm çəkirəm. Bir az işləyən kimi də ağrıdan ölürəm, ayağım tərpənmir…”

Müharibə iştirakçısının böyük ailəsi var. Ana və 8 övladı illərdir ki, birotaqlı, qamışla örtülü daxmaya sığınıb. Evin böyük qız övladı 4 ay öncə Goranboyda – Dəliməmmədli şəhərində avtoqəza nəticəsində həyatını itirib. Bundan sonra ailə daha bir faciə ilə üzləşib – birotaqlı daxmada təxminən iki ay öncə yanğın baş verib. Orada olan yorğan-döşəkdən tutmuş, stol-stula qədər bir çox əşya yanıb.

Ailəyə dost-tanış, müəyyən qədər də icra strukturları yardım edib, bəzi əşyalar göndəriblər.

“İcra hakimiyyəti də müvəqqəti yaşamağa, istifadə etməyə əşyalar göndərib. Necə yerdə yaşadığımızı görürsüz. Buz kimidi, iki ədyalla yatırıq, yenə də canımız qızmır…”, – Vüsal Quliyev xüsusən kiçik bacı-qardaşlarının durumuna acıdığını deyir.

Uşaqlar məktəbə getmir, heç birinin sənədi yoxdur

Vüsal Quliyev hazırda evin böyük övladıdır. Evin ən kiçik uşağı 8 aylıqdır. Bir neçəsi məktəbə gedəsi yaşdadılar. Amma hamısı da təhsildən kənarda qalıb. Onların nəinki dəftər-kitabı, heç şəxsiyyətlərini təsdiq edən sənədləri də yoxdur. Bu mənada, Vüsal Quliyevin özünün durumu da ailənin digər övladlarından fərqlənmir. O, hərbi xidmətə gedib-qayıtsa da, indiyədək şəxsiyyət vəsiqəsi yoxdur.

Vüsal Quliyev deyir ki, anası, bacı-qardaşı acından ölməsin deyə, nasaz canıyla fəhləlik eləməyə məcburdur:

“Onun-bunun qapısında fəhləlik eləyirəm. Bəzən ağır yük olanda canım çıxır, güllənin, qəlpənin yeri ağrıdır. Amma məcburam. Çünki bu qədər ailə mənim əlimə baxır. Heç olmasa, yavan çörəklərini də olsa, qazanıram ki, acından ölməsinlər”.

Ana: “Ürəyim parçalanır, oğlum müalicə oluna bilmir, bu vəziyyətdə işləməyə məcburdur”

Vüsalın anası, 41 yaşlı Tünzalə Abbasova deyir ki, oğlunun fəhləliklə qazandığı gündəlik 10-15 manatdan başqa evə pul gəlmir. Qarabağ qazisi olsa da, Vüsal buna görə müavinət almır:

“Dedilər ki, müavinət verilməsi üçün sənədlər olmalıdır. Vüsalın şəxsiyyət vəsiqəsi də yoxdur, deyirlər ki, Goranboy polisi şəxsiyyət vəsiqəsini düzəltməyə çalışır. Bir neçə dəfə icra başçısı ilə görüşmək istəmişik, alınmayıb. Gah dedilər ki, başçı xəstədi, gah dedilər ki, sabah gələrsən. Düzdür, axır vaxtlar köhnə əşyalar, tikinti materiallarıyla da olsa, müəyyən qədər kömək ediblər. Amma hamısını icra eləməyib. Sağ olsun bu ölkənin qeyrətli övladları, onlar da müəyyən qədər kömək eləyib. Vəziyyətimiz çox ağırdır, sözlə deyiləsi deyil. Bu daxmada qaz yoxdur, işıq da kartladı, qızdıra bilmirik. 8 aylıq südəmər uşağa verməyə bəzən yemək tapmıram. Ürəyim parçalanır, Vüsal o vəziyyətdə, müalicə oluna bilmir, üstəlik, bu halda, gedib fəhləlik eləyir…”

Ailənin arzusu Vüsalın nənəsindən qalan torpaq sahəsində babat bir ev tikib, orada yaşamaqdır. Hazırda dost-tanışın köməyilə evin bünövrəsi qoyulur.

İcra başçısının müavini: “Həqiqətən ağır vəziyyətdə yaşayırlar”

Goranboy Rayon İcra Hakimiyyətindən də Vüsal Quliyev və ailəsinin acınacaqlı vəziyyətdə olduğunu təsdiqləyiblər. İcra başçısının müavini Rafət Qurbanov bildirib ki, müharibə iştirakçısı ailənin ağır durumuyla əlaqədar təxminən bir həftə öncə icra hakimiyyətinə müraciət edib. Bu barədə məlumat alandan dərhal sonra müəyyən addımlar atıblar:

“Biz də onun haqqında yenicə məlumat almışıq. Həqiqətən ağır vəziyyətdə yaşayırlar. Nəinki özünün, ailədə heç kimin sənədləri yoxdur. Vüsal Quliyevin hərbi biletinin əsasında sənədlərini toplamışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərə növbəlilik prinsipiylə ev tikilir. Dediyim kimi, Vüsal Quliyevin sənədləri olmadığına görə onu növbəyə yaza bilməmişik”.

İcra başçısının müavini əlavə edib ki, yeni ev hazır olana qədər ailəyə rayondakı əvvəlki xəstəxana binasında müvəqqəti yerləşmək təklif olunub. Lakin ailə imtina edib. Buna baxmayaraq, həmin xəstəxanada salamat vəziyyətdə olan məişət avadanlıqları (stol, stul, çarpayı, mətbəx əşyaları) ailəyə göndərilib. Eyni zamanda, ailəyə pul və ərzaq yardımı olunduğunu deyən Rafət Qurbanovun sözlərinə görə, sahibkarlara da müraciət olunub ki, imkanı çatan şəxslər müharibə iştirakçısı üçün ev tikintisinə yardım etsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru