Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                 

"Elə bilirsən Azərbaycanda təmiz işləyən yer var?" - İTTİHAM
Tarix: 2-11-2021, 08:53 | Çap et
"Elə bilirsən Azərbaycanda təmiz işləyən yer var?"
“Elə bilirsən Azərbaycanda təmiz işləyən yer var? Hər yerdə nöqsan olur. Təhsil, səhiyyə bundan da pis gündədir”.

Masallı rayon sakini Kərəm Ağayev deyir ki, bu, işdən qovulmamışdan əvvəl eşitdiyi son sözlər olub.

O, bu ilin sentyabrında 3 ildir baş mühəndis vəzifəsində çalışdığı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindəki işindən azad edilib.

Kərəm Ağayev işini düzgün gördüyü üçün qovulduğunu söyləyir: “Vaxtilə işlədiyim Mərkəzdə direktor Adəm İsmiyev və onun əlaltıları qanunsuz işlərlə məşğul olub, meşə torpaqlarını satır, dövlət büdcəsindən meşənin bərpası üçün ayrılan pulları mənimsəyirdilər. Satılacaq ərazilər isə köhnə tiklili və yaxud da qeyri-meşə fondunun ərazisi kimi göstərilirdi. Bu işləri görməkdən imtina edəndə təzyiq göstərilirdi”.

K.Ağayevin sözlərinə görə, iş yoldaşlarının çoxusundan fərqli olaraq, o, çalışdığı sahə üzrə yeganə ali təhsilli işçi olub və başa verənlərə etiraz etdiyi üçün indi işsiz qalıb.

“İyulun 29-da müdir payıza hazırlıq məqsədilə 1,9 ha əkinin sxem və kordinatlarını 2-3 saat ərzində hazırlayıb, nazirliyə göndərməli olduğumuzu söylədi. Bu zaman 1,9 ha ərazini işləmək üçün 2-3 saatın bəs etmədiyini, üstəlik o ərazilərə gedib, yerindəcə bu işin görülməli olduğunu bildirdim. Bəlkə o torpaqlar heç əkinə yararlı deyil? Torpaq qanunla baxış keçirildikdən sonra kadastr olunmalıdır. Onda müdriyyət benzinin bitməsini, vaxtın azlığını bəhanə gətirdi, onun dediyini etməyəcəyimi bildirdikdə isə araya narazılıq düşdü”.

O, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qaynar xəttinə zəng vuraraq olanları danışdığını, müdriyyətdən şikayət etdiyini bildirir.

Bir həftəyə iki töhmət

“Sən demə, müdriyyət şikayət etdiyimi öyrəndikdən sonra xəbərim olmadan iclas keçirib. Avqustun 31-də nizam-intizam qaydalarını pozduğuma görə mənə töhmət yazıldığını öyrəndim. Artıq işdən qovulacağımı hiss edirdim. Buna görə də işdən çıxarılmamışdan qabaq - sentyabrın 4-də onları ifşa etmək üçün Baş Prokuroluğa, bu işlərlə mübarizə aparan “Ecofront” təşkilatına xəbər edib, məsələnin ictimailəşdirilməsini xahiş etdim”.

Kərəm Ağayev sosial mediada Masallıda baş verənlər işıqlandırıldıqdan sonra ikinci töhməti aldığını, daha sonra isə işindən rəsmi şəkildə azad edildiyini deyir.

“Töhmətdən sonra insana özünü düzəltməsi üçün vaxt verirlər. İşdən qovarkən bildirdilər ki, idarənin sirrini yaydığım üçün artıq orada qala bilmərəm. Adını da qoydular ki, guya işə vaxtı-vaxtında gəlmirəm, nizam-intizamı pozuram. Halbuki tabeldə işdə olduğumu sübut edən imzalar var, üstəlik məndən izahat alınmayıb. Əmək haqqım isə son günə qədər yazılıb. Necə olur ki işə gəlmirəm, amma əmək haqqı yazılır?”

İkinci qrup müddətsiz əlil olan Kərəm deyir ki, himayəsində azyaşlı övladı var.

“Halbuki Əmək Məcəlləsində işdən çıxarılanda ailə vəziyyəti, əllilik dərəcəsi nəzərə alınmalıdır”.

“Vətəndaşın son haqq-hesabı hesablanaraq onun kartına köçürülüb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Toplum TV”-yə şikayətin araşdırıldığı, vətəndaşın şöbəyə dəvət olunaraq izahatı alındığı bildirilib. Həmçinin müraciətlə bağlı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə Kərəm Ağayevin sənədlərinin təqdim olunması ilə bağlı məktub göndərildiyi qeyd olunub.

“Ümumilikdə, araşdırma zamanı müəyyən olunub ki, K.Ağayev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyinin əmr və tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Bu səbəbdən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi Həmkarlar İttifaqı Komitəsinə müraciət edib və nəticədə K.Ağayevə töhmət verilib. Lakin işçi töhmətdən nəticə çıxarmayıb və əmək funksiyasını yerinə yetirməməkdə davam edib.

Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda, o cümlədən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduqda onunla olan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu əsasla da K.Ağayev işindən azad edilib. Araşdırmadan narazı qaldığı təqdirdə vətəndaşın məhkəməyə müraciət etmək hüququndan istifadə edə biləcəyi də onun diqqətinə çatdırılıb" – DƏMX-dən deyilib.

“Nazirliyə müraciət edin, onlar cavab versin”

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev də Kərəm Ağayevin nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğu üçün işindən azad olunduğunu bildirib.

A.Asmiyev həmçinin Kərəm Ağayevin işdə olub-olmadığını sübut edən tabelin nüsxəsini verməkdən imtina edib.

Hansı hüquqları pozulub?

Hüquqşünas Fariz Namazlı deyir ki, işçi işdən çıxarıldıqda hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 1 ay ərzində məhkəməyə müraciət edərək işə bərpasını tələb etməlidir. Bu müddət keçdikdə məhkəmənin həmin şəxsin müratciətini rədd etməsi mümkündür.

“Meşə torpaqlarını satır, dövlət büdcəsindən meşənin bərpası üçün ayrılan pulları mənimsəyirlər” - Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı iddia

“Digər tərəfdən, işçi barəsində bir neçə intizam tədbiri kimi töhmət verilə bilər, lakin bu halda işçidən yazılı izahat alınmalıdır. İşçi izahat verməkdən imtina edərsə, bu sənədləşdirilməli və aktlaşdırılmalıdır. Hər bir halda idarənin işçi barəsində tətbiq etdiyi intizam tədbirlərinin qanuni olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. İşçi əgər qaydanı pozmayıbsa, yazdığı izahatda hər hansı qayda pozuntusuna yol vermədiyini izahatda göstərməlidir”.

Masallı Regional Meşə Təsərrüfatından şikayət edən isə təkcə Kərəm deyil.

Bu qurum Masallı ilə yanaşı Yardımlı və Cəlilabad rayonlarına da nəzarət edir.

Cəlilabad rayon kənd sakini Mirqasım Sadıqov deyir ki, Fətullahqışlaq kəndinin 13 saylı dolayının ərazisində bu ilin martında ağcaqayın ağacları əkilib. Ancaq əkindən keçən 7 ay ərzində ağaclar böyümək əvəzinə quruyub. Onun sözlərinə görə, ağaclar becərilmədiyinə görə quruyub:

“Bura əkin sahəsindən daha çox fermaya oxşayır. At peyni, mal-qaranın yatağına çevrilib, əkilənlərin hamısı quruyub. Əkin yerinə təzə mal peyni necə düşə bilər? Bunlar ancaq meşə qırmaqla məşğuldur”.

“Meşə torpaqlarını satır, dövlət büdcəsindən meşənin bərpası üçün ayrılan pulları mənimsəyirlər” - Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı iddia

Ekoloji məsələləri işıqlandıran “Ecofront” səhifəsi də 2 ay bundan əvvəl Masallı və Cəlilabadda yerləşən meşələrdə 5 günlük monitorinq aparmış, qanunsuz faktlar aşkarlandığını elan etmişdi.

Cənub zonasında zaman-zaman ağacların qırılması, əkin yerlərində fermaların salınması ilə bağlı müxtəlif şikayətlər səslənsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıldığını deməklə kifayətlənir.

Eləcə də, Kərəm Ağayevlə bağlı göndərdiyimiz sorğuya da nazirlik eyni cavabı verib.

Hazırda işsiz qalan Kərəm isə mübarizəsini davam etdirir, yenidən işə bərpa olacağı günü gözləyir.
//azinfo.tv//












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru