Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                 

Hərbçi ailəsinə bu daxmanı da çox görürlər - BİABIRÇILIQ
Tarix: 22-12-2020, 09:05 | Çap et
Hərbçi ailəsinə bu daxmanı da çox görürlər
Müharibə ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Düşmən darmadağın edildi və işğal altındakı ərazilərimizin böyük hissəsi azad edildi. Lakin indi yeni problemlər ortaya çıxıb. Son günlər əsgər və zabitlərin, onların ailə üzvlərinin sosial təminatla bağlı şikayətləri artmaqdadır. Şikayətçilərdən biri də leytenant Asiman Xəlilzadədir.

Vətən müharibəsinin iştirakçılarından olan Asiman Xəlilzadə deyir ki, cəbhədə olduğu müddətdə Bakıda ailəsini 25 ildir yaşadığı şəraitsiz evdən də çıxarıblar. Soyuq qış günlərində yaxınlarının küçədə qaldığını bildirən hərbçi dövlət başçısından kömək istəyir. Onun fikrincə, məmur özbaşınalığının qarşısını ancaq ölkə rəhbərliyi ala bilər: “Biz özümüz dörd ilə yaxın mübarizə aparsaq da, məmur özbaşınalığı ilə bacara bilmədik…”

Hərbçi ailəsinə bu daxmanı da çox görürlər

Xəlilovlar ailəsi uzun illər Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəz küçəsində, fin konstruksiyalı taxta evdə yaşayıb. Hərbçinin atası Mehman Xəlilov “Press Klub”a bildirdi ki, sözügedən ev də, yerləşdiyi ərazi də Qaz-aparat zavodunun yardımçı təsərrüfatının balansında olub. O, həmin zavodda gözətçi işləyib. 1996-cı ildən ona ailəsi ilə birlikdə həmin evdə yaşamağa icazə verilib. Ötən 24 il ərzində evin bütün kommunal xidmət haqlarını özü ödəyib, bunu təsdiq edən sənədlər də var.

Hərbçi ailəsinə bu daxmanı da çox görürlər

Zavod struktur dəyişikliyindən sonra Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Mehman Xəlilov da ASC-nin üzvüdür. Onun sözlərinə görə, 2017-ci ildə xəbər tutublar ki, Mehman Əhmədov adlı şəxs onların yaşadığı evə də, onun yerləşdiyi əraziyə də sahiblənmək istəyir. Həmin ilin noyabrında Mehman Əhmədov Sabunçu rayon Məhkəməsində iddia qaldırıb. Tələbi də bu olub ki, Mehman Xəlilov və ailə üzvləri yaşadıqları evdən çıxarılsın, həm ev, həm də ətrafındakı ərazi boşaldılaraq, onun istifadəsinə verilsin.

Hərbçi ailəsinə bu daxmanı da çox görürlər

“Bildiyimizə görə, Mehman Əhmədov polis əməkdaşıdır. Yaxın qohumu notariat kontorunun müdiridir. Birləşib başımıza oyun açdılar. Özü də bu soyuğun günündə, virusun yayıldığı bir vaxtda… Taxta evi daş və betondan olan ev kimi rəsmiləşdiriblər. Ekspertizanın rəyinə də əhəmiyyət verən olmadı. Belə sənədləşdiriblər ki, guya bu ərazi 2015-ci ildə Mehman Əhmədova satılıb, onun mülkiyyətindədir. Ora zavodun balansında olub. Əgər satılırdısa, həm cəmiyyətin üzvü, həm də uzun illərdir orada yaşayan biri kimi, ilk növbədə mənə təklif olunmalıydı. Qanun da, hüquq da bunu deyir. Amma qanunu saymadılar”, – deyə Mehman Xəlilov söylədi.

Bu mülkiyyət mübahisəsinə öncə Sabunçu rayon Məhkəməsində, sonra Bakı Apellyasiya Məhkəməsində, bir müddət əvvəl də Ali Məhkəmədə baxılıb. Məhkəməyə Mehman Əhmədov müraciət etsə də, prosesin gedişində Mehman Xəlilov da alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən mülkiyyətə dair çıxarışın ləğvi barədə qarşılıqlı iddia qaldırıb. Qarşılıqlı iddia təmin olunmayıb.

Ali Məhkəmədən “Press Klub”a bildirildi ki, Xəlilovlar ailəsi evdən çıxarılmayıb:

“Mehman Əhmədovun iddiası qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində təmin olunub. Sabunçu rayon Məhkəməsi iddianı tam təmin etmişdi. Amma Bakı Apellyasiya Məhkəməsi evin də boşaldılması hissəsində qətnaməni dəyişib. Ona görə cavabdeh Mehman Xəlilovla yanaşı, iddiaçı Mehman Əhmədov da bu qərardan narazı qalıb, Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Ali Məhkəmə isə şikayətlərin heç birini təmin etmədi və apellyasiya instansiyasının qətnaməsi qüvvədə saxlanıldı”.
//pressklub.az//












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru