Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri - İTTİHAM
Tarix: 12-11-2018, 09:51 | Çap et
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsisində məqsəd adından bəlli olduğu kimi, alternativ enerji ilə müxtəlif məntəqələri təmin etmək idi. Bu proqram çərçivəsində dövlət büdcəsindən layihələrin icrası üçün agentliyə fantastik məbləğlərdə vəsaitlər yönəldilib. Qurumun rəsmi saytında icra edilmiş layihələrin adları açıqlanıb. http://area.gov.az/page/8 Bəs Prezident Fərmanı ilə yaradılaraq geniş status verilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəüçün yaradılıb? Ötən müddətdə Agentliyin direktoru Akim Bədəlov nə iş görüb? Hansı alternativ enerji mənbələri aşkar olunub, bu enerjilərdən nə qədər mənfəət əldə edilib? Agentlik hər il Dövlət büdcəsindən milyonlarla vəsait alsa da, ortada səmərəli vəüz qızardan bir iş yoxdur. Niyə? Bu suala cumhuriyyet.az-ın aşağıdakı araşdırma yazısında cavab tapa biləcəksiniz… Maxinasiya layihələri – sübut Həmin projelərin həyata keçirilməsi kağız üzərindən olub və büdcədən silinən pullar agentliyin sədri Akim Bədəlovu, müavinləri Nurəli Yusifbəyli, Cəmil Məlikovu, aparat rəhbəri İmran Əhmədovu varlandırıb. Misal üçün rəsmi saytda Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi ilə təmin edilməsi xəbəri göstərilir. Amma həmin təhsil və səhiyyə ocaqlarının adları açıqlanmır. Türkan qəsəbəsində internat məktəbinin alternativ enerji mənbələri hesabına enerji ilə təmin olunması qeyd olunub. Bu da təsdiqini tapmır. Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün “6 məktəb – 6 bağça” layihəsi, Masallının Boradigah qəsəbəsində idman zalının tikintisi, Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun inzibati ərazisində yerləşən Xocavənd qəsəbəsində idman zalının tikintisi guya ki, agentlik tərəfindən həyata keçirilib. Və sual doğurur ki, alternativ enerji mənbələri təchiz edən agentlik nə üçün idman zalı tikintisi aparmalıdır? Eyni zamanda Bakı-Ələt yolunda, Bakı-Quba yolunun Tağıyev qəsəbəsi istiqamətindəki günəş enerjisi alan qurğuların quraşdırılması da formal mahiyyət daşıyır. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar təsdiqləyir ki, agentlik sədri A.Bədəlov və onun komandasının qarşısına qoyulan layihələr, proqramlar maxinasiyalara xidmət edib, prezidentin tapşırıqları icra edilməyib. Keçid və pilot layihələrdə talançılıq A.Bədəlovun prezident tərəfindən qarşıya qoyulan hədəflər sırasında həyata keçirmədiyi keçid layihələrdir (http://area.gov.az/page/9). Bu siyahıda hansı işlərin görüldüyü indiyə qədər qaranlıqdır. Eyni zamanda perspektiv layihələrin icrasında (http://area.gov.az/page/9) heç bir tərpəniş müşahidə olunmur. Məsələn, pilot layihələrdən olan sosial binalarda (təhsil və səhiyyə müəssisələrində, ASAN xidmət mərkəzlərində və s.) günəş panellərinin (PV modulların) quraşdırılması nəzərdə tutulub. Amma cumhuriyyet.az olaraq bildirək ki, proyektlərin yerinə yetirilməsi yenə də dövlət rəhbərliyindən gizlədilməyə cəhd olunub. Çünki A.Bədəlov illərlə diqqətdən kənarda qalmağı bacararaq, büdcə pullarını mənimsəyiblər. Bundan başqa, “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı var. Bu fərmanın icrası sual altındadır. Bütün bunlarla bərabər, A.Bədəlov təkcə agentliyin layihələrində yeyintilərlə məhdudlaşmayıb. Onun iş bioqrafiyasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla sıx iş birliyi haqda məlumatlar var. Elə bunun nəticəsidir ki, agentliyin aktivləri “Azərişıq” ASC-nin balansına keçib. Çünki Bədəlova olan etimad itirilib. Baxmayaraq ki, bəzi xəbərlərdə Pirverdiyevin gedişindən sonra ona əlavə səlahiyyətlərin veriləcəyi söylənir. Lakin adı maliyyə yeyintilərində və MTN şefi ilə keçən A.Bədəlova nə dərəcədə etimad göstəriləcəyi maraq doğurur. Çüni Külək Elektrik Parkı bu agentliyin balansından çıxarılaraq “Azərişıq” ASC-nin balansına verilib. 2008-ci ildə Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Agentlik yaradılmışdı. 2013-cü ildə bu agentlik nazirliyin tərkibindən çıxarılaraq müstəqil struktura çevrildi. A.Bədəlov müstəqil qurumda artıq istəklərini reallaşdırmağa başladı. Eldar Mahmudov-Akim Bədəlov–Pərviz Vəliyev tandemi Plana əsasən 2020-ci ilə qədər ölkənin elektrik enerjisinə olan tələbatının 20 faizi məhz alternativ və bərpa olunan mənbələr hesabına təmin edilməliydi. Amma yuxarıdakı faktlardan da görünür ki, “gələcəyə baxış 2020” layihəsini agentlik sədri icra etməyib. Məsələn, Hesablama Palatası agentliyin tabeliyində olan “Azalternativenerji” MMC-də büdcə vəsaitlərinin talan edilməsi faktları aşkarlamışdı. Bədəlov isə bu talanları həyata keçirərkən E.Mahmudovun vaxtı ikən qüdrətinə arxalanmışdı. Onun bacısı oğlu MTN-nin Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı üzrə idarəsinin rəisi olmuş polkovnik Pərviz Vəliyevdir. Ölkənin siyasi rəhbərliyinə məruzə olunub ki, Akim Bədəlov, agentliyin nəzdindəki “Azalternativenerji” MMC-nin direktoru Rizvan Vəliyev və qardaşı olan MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi Pərviz Vəliyev Mahmudovla işbirliyinə gediblər. Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdır. MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində xəbərlər var. R.Vəliyev dayısı A.Bədəlovla MTN-də yüksək himayədarları sahəsində uzun illər Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçiriblər. Bədəlovun Elçin Quliyev, İlqar Əliyev və general Tofiq Babayevə çıxışı… Mediada yayılan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, Akim Bədəlovla MTN –lə münasibətləri illərə söykənir. Ancaq Eldar Mahmudov MTN naziri təyinatı almamışdan hələ xeyli qabaq Akim Bədəlov Antiteror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyevlə general Tofiq Babayevin işçiləri olduğu zamandan bəri münasibətləri yaranıb. Eldar Mahmudov MTN naziri təyinatından sonra ikilinin sürətlə çox mühüm bir idarənin rəhbərliyinə və MTN rəhbərliyi ilə “dərin dövlət” kliçkası adı altında qarşı qarşıya oturması isə artıq onun böyüklərdən biri etmişdi. Bacısı oğlu Pərviz Vəliyev MTN-ə bu qrupun ATM deyilən “dərin idarəsində” stajor kimi fəaliyyətə başlayır. Həmin illərdə MTN adı ölkədə hər kəsdə bir qorxu yaradırdı. Bir müddətdən sonra isə artıq ATM-də “dərin dövlət”in sədaqətli zabitinə çevrilən Pərviz Vəliyev məhz ATM rəhbərliyinin təqdimatı ilə MTN-nin Hava Limanı İdarəsinin rəisi təyin edilir. “Xəzər Konsaltinq” Agentliyi, Aqşin Bədəlovun Kanar adaları, villaları… Təkcə 2014-cü ildə layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə “Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir. Akim Bədəlovun ailəsinin nəzarətində olan «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzin onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir. Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Qanun bunu yasaqlasa da, Akim Bədəlov buna əhəmiyyət verməkdədir. Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində fəaliyyətdə olan 6 məktəbdə və 6 uşaq bağçasında istilik mənbəyi və binadaxili istilik sistemlərinin yaradılması, həmçinin alternativ enerji mənbələrinin yaradılması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb. Yəni gizli və qanunlara müvafiq aparılmadan talan həyata keçirilib. Akim Bədəlovun hazırda Bakı şəhərində 20-dən çox obyektinin olduğu deyilir. Göygöl, Şamaxı, Qax, Quba rayonlarında yay evləri. Villalar, Samux rayonunda hektarlarla torpaq sahələri və mal qara fermaları, Bakı şəhərində evləri var. Novxanıda dəniz kənarında milyonluq villası, İstanbulda, londonda mənzillər və sair daşınmaz əmlaklar. Akim Bədəlovun oğlu Aqşin Bədəlov qiyməti 150 min manatlqı olan avtomobildə gəzir. Oğul Bədəlov yay istirahətini Farer adalarında, Tailandda, Kanar Adalarında, Avropanın dəbdəbəli şəhərlərində keçirir. Aqşın Bədəlov dəfələrlə ətrafındakılara deyib ki, İsveçrədəki banklda adıma 20 milyon dollara yaxın pul var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|