Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                     Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq .....                     Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb .....                     Putin görsə ki İran dardadır... .....                     Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                 

İki rayonumuz üçün bir təhlükə mənbəyi... - Sakinlər qorxurlar ki...
Tarix: 23-07-2018, 09:44 | Çap et
İki rayonumuz üçün bir təhlükə mənbəyi...
Tərtər çayının yatağındakı mövcud duruma diqqət yetirəndə, ilk olaraq ağıla gələn Bərdə və bərdəlilər üçün yarana biləcək təhlükədir. Çay yatağında istirahət üçün bulvar və parkların yaradılması, məktəb, uşaq bağçası, 10 mərtəbəli yaşayış binası, digər şirkət və ticarət obyektlərinin tikilməsi bu təhlükəni daha da artırır.

Tərtər çayı mənbəyini işğal altında olan Kəlbəcərimizin buz bulaqlı yaylaqlarından götürür. 1970-ci illərdə çayın qarşısı Ağdərə rayonu ərazisində bəndlənərək SES yaradılıb. Müharibənin başlandığı dönəmdən bu günə qədər su anbarında təmir-bərpa işləri də aparılmayıb. Bu barədə ekoloqlarımız da həmişə narahatçılıqlarını ifadə ediblər.

Mütəxəssislərin fikrincə, Sərsəng su anbarının dağılması böyük bir ərazini humanitar fəlakətlə üz-üzə qoya bilər. Bərdə və Tərtər də daxil olmaqla bir sıra rayonlarımız üçün qəzanın nəticələri faciə demək olar.

Bu, kifayət qədər ciddi təhlükədir. Buna baxmayaraq, göz qabağında olan fəlakəti görən yoxdur. Tərtər çayının yatağında əvvəllər sahil bərkitmə işləri aparılsa da, bu gün həmin bəndlərin içi qalın meşəliklərə çevrilib. Bu halın özü də baş verə biləcək daşqın vəziyyətində ağacların maneəyə çevrilməsi, şəhərin su altında qalması ehtimalını yaradır. Ən azından, çay yatağını təmizləməklə selin rahat ötüb keçməsi üçün yol açmaq olar. Fəlakətin nəticələrini minimuma endirmək üçün xüsusi plan belə, hazır olmalıdır.

Yaşlı nəslin nümayəndələrinin fikrincə, güclü sel hər an gələ bilər. Dəfələrlə çay daşqını ailə faciələrinə səbəb olub. Çayda çimən, ya da sahilində oynayan uşaqlar qurbana çevriliblər.

Sputnik Azərbaycan-a danışan şəhər sakini Rafiq Hüseynov 1985-ci ildə baş verən dəhşətli hadisəni xatırlayır: "Hadisə gözlənilmədən baş verdi. Günəşli hava idi. Qəflətən gələn sel yataqda nə vardısa, ağuşuna alıb apardı. Fazil adlı kişinin uşağı da həmin vaxt selin qurbanına çevrildi. Çay sakitləşəndən sonra nə qədər axtarıldısa da, faydası olmadı. Uşaq yoxa çıxdı".

Başqa bir şəhər sakini Vüsal Məmmədov da 94-95-ci illərdə belə bir hadisə olduğunu qeyd edir. Bildirir ki, uzaq qohumu olan bir ailənin iki uşağını sel aparıb. Qız uşağını xilas eləmək mümkün olsa da, oğlanı tapmaq mümkün olmayıb.

Bu gün Tərtər çayının suyu az gəldiyi üçün heç kimin ağlına pis hadisə gəlmir. Sanki, burada sel təhlükəsindən sığortalanıblar. Çayın yatağında 10 mərtəbəli yaşayış, 1000 yerlik məktəb binası, uşaq bağçası, şadlıq sarayları, restoranlar, ticarət və biznes obyektlərinin inşası həyata keçirilib. Bulvar və parklar yaradılıb. Ərazidə indi də tikinti işləri davam etdirilir.

Nəzərə alsaq ki, Tərtər çayı üzərində qurulan Sərsəng su anbarı erməni işğalı altındadır, deməli, təhlükə hər an var. Leysan yağışların düşdüyü vaxtda bir bəhanə yetər ki, ermənilər "anbarda suyun səviyyəsi qalxıb" — deməklə bəndin qapılarından birini qaldırsınlar. Yarana biləcək fəlakətin miqyasını təsəvvür eləmək çətin deyil.

Azərbaycanlı mütəxəssislər də zaman-zaman Sərsəng su anbarının drenaj mühafizə sisteminin, qoruyucu avadanlıqlarının eroziyaya məruz qaldığını bildiriblər. Qeyd ediblər ki, Sərsəng su anbarında yaranmış qəzalı vəziyyətə görə Tərtər və Bərdə rayonları su basma təhlükəsi qarşısındadır.

Sərsəng su anbarındakı təhlükəli vəziyyətlə bağlı AŞPA-nın da qətnaməsi var. Bu qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi tələb olunur. Deməli, Tərtər çayında baş verə biləcək təbii fəlakət təhlükəsi AŞPA kimi beynəlxalq qurumu belə, narahat edir. Çay yatağında mövcud durum isə bizim bu narahatçılığa əhəmiyyət vermədiyimizi göstərir.

Ümid edək ki, səlahiyyətli şəxslər baş verə biləcək hadisə barədə istənilən ehtimala diqqətlə yanaşacaq, milli təhlükəsizliyimiz naminə zəruri addımlar atacaqlar.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru